Uşaqlar gülərsə...
01.06.2024 [10:59]
Onların Beynəlxalq Müdafiəsi Günüdür
Həqiqi saflığı, təmizliyi görmək istəyiriksə, körpələrin gözlərinə baxmaq yetərlidir. Kiçik “mələklər”- məsum körpələr sanki insanlığı xilas etmək üçün yer üzünə gəliblər. Gəliblər ki, çöhrələrindən süzülən saflıqla dünyanın günahlarını əridib yox etsinlər, saflaşdırsınlar. Şirin kəlmələri ilə qəlbimizi sevindirib, üzümüzü güldürsünlər. Ona görə də uşaqların səsini ən gözəl nəğmə adlandıranlar heç bir pafosa yol verməyiblər.
Saxsıdakı bir çiçək belə yaşamaq üçün diqqət və sevgiyə ehtiyac duyduğu halda, bir uşağın sadəcə qarnının tox olması, isti bir evinin olması onun sağlam şəkildə böyüməsi üçün yetərlimidir? Təbii ki, yox. Uzun illərdən bəri uşaqların məhəbbətə, diqqət və qayğıya hava, su qədər ehtiyacı olması barədə fikirlər səsləndirilib. Lakin elə məqamlar var ki, onların qarşısında acizik. Bir sıra xoşagəlməz hadisələr körpə fidanların sevincini əlindən alır, onları valideyn nəvazişindən ayrı salır. Bəzən də nadanlıq ucbatından uşaqlar öz doğma valideynlərinin himayəsindən məhrum olurlar. Bu günə kimi qəbul edə bilmədiyimiz və milli adət-ənənələrimizə, mentalitetimizə uyğun bilmədiyimiz uşaq evlərinin mövcudluğu ürəyimizi ağrıdır.
Artıq 70 ildən çoxdur ki, dünyanın əksər ölkələrində Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunur. 1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən bu günün qeyd olunması qərara alınıb.
Dövlətimiz hər zaman öz qayğısını uşaqlardan əsirgəməyib, körpələrin azad, firavan yaşaması üçün həmişə zəruri addımlar atılıb. Respublikamız uşaq hüquqlarının müdafiəsi sahəsində bir sıra beynəlxalq təşkilatlarla, xüsusilə də BMT-nin Uşaq Fondu UNİCEF ilə sıx əməkdaşlıq edir.
Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bu gün Heydər Əliyev Fondu, Heydər Əliyev Mərkəzi və Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzinin parkında Uşaq festivalı keçiriləcək. Festivalda müxtəlif yaş kateqoriyalarındakı uşaqlar maraq dairələrinə uyğun əyləncə seçib asudə vaxtlarını səmərəli keçirə və istedadlarını nümayiş etdirəcəklər. Festival zamanı Mərkəzin parkı mövzular və əyləncə növləri üzrə zonalara bölünəcək. Burada günün əsas qəhrəmanları olan uşaqlara bir-birindən maraqlı və fərqli əyləncələr, maarifləndirici proqramlar təqdim olunacaq.
Uşaq festivalında Vətən uğrunda şəhid olan qəhrəmanlarımızın övladları, Bakıdakı uşaq evlərinin sakinləri, daun sindromlu uşaqlar da iştirak edəcəklər.
Belə bir gündə gələcəyimiz olan uşaqların hər zaman diqqət və qayğı ilə əhatə olunması barədə müxtəlif tədbirlərin keçilməsinə xüsusi diqqət yetirilir. Təbii ki, uşaqların yalnız bir gün deyil, hər gün diqqətə ehtiyacı var. Bu mənada xüsusi qayğıya ehtiyacı olan azyaşlıların müdafiəsi, təhsili, sağlamlığı, bir sözlə, onların cəmiyyətə inteqrasiyası da aktuallıq kəsb edir.
Müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqlara qayğı isə ikiqat olmalıdır. Bu sırada autizmdən əziyyət çəkən uşaqları xüsusilə qeyd edə bilərik. Məlumdur ki, autizm fərqlilikdir. Bu sindromdan əziyyət çəkən azyaşlıların sağlam həyata cəlb olunması, onların digər yaşıdlarından geri qalmaması olduqca vacibdir. Uşaqlarla işləyən hər kəs bunu bilməli və əməl etməlidir. Nəticədə həm özümüz, həm də cəmiyyətimiz qazanar.
Yeri gəlmişkən, autizmli uşaqların sosial mühitə uyğunlaşdırılmasında “Birgə və Sağlam” İctimai Birliyinin xüsusi xidmətləri var. 2013-cü ildə təsis edilən İctimai Birliyin məqsədi autizm spektr pozuntusu olan şəxslər və onların ailələrinə dəstək olmaqdır. Birlik bugünədək
Heydər Əliyev Fondu və Birinci vitse-prezident möhtərəm Mehriban Əliyevanın nəcib dəstəyi ilə autizmli şəxslərin təhsili, cəmiyyətə inteqrasiyası, əmək məşğulluğu və sosial rifahı üçün çoxsaylı layihə və tədbirlər həyata keçirib.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxHadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18

