Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Aİ Mərkəzi Asiyanın nəqliyyat sektoruna 10 milyard avro sərmayə yatıracaq

Aİ Mərkəzi Asiyanın nəqliyyat sektoruna 10 milyard avro sərmayə yatıracaq

03.06.2024 [12:22]

Avropa İttifaqı Mərkəzi Asiyada dayanıqlı nəqliyyat əlaqələrinə 10 milyard avro sərmayə yatırmağa hazır olduğunu bəyan edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Avropa İttifaqının Tacikistandakı nümayəndəliyi məlumat yayıb.

“Avropa İttifaqı beynəlxalq tərəfdaşların birgə töhfəsi olaraq, Mərkəzi Asiyada dayanıqlı nəqliyyat əlaqəsinə 10 milyard avro sərmayə yatıracağını elan edib. Avropa Komissiyası Brüsselin “Global Gateway” strategiyası çərçivəsində Transxəzər nəqliyyat dəhlizinə dəstək üçün regional nəqliyyat proqramı hazırlayır”, - deyə məlumatda bildirilir.

Nümayəndəliyin məlumatına görə, Avropa Komissiyasının müşaviri Henrik Hololey “Transxəzər Nəqliyyat Dəhlizi - İpək Yolunun dirçəldilməsi” yüksək səviyyəli missiyası çərçivəsində Tacikistana səfər edib.

Qeyd edək ki, 2024-cü ilin yanvarında Brüsseldə Avropa və Mərkəzi Asiya arasında Dayanıqlı Nəqliyyat Əlaqəsi üzrə İnvestor Forumu keçirilib. Forumda Mərkəzi Asiya regionunun beş ölkəsi nəqliyyat dəhlizlərinin gücləndirilməsinə və bununla da regional əlaqələrin genişləndirilməsinə dair siyasi öhdəliklərini bəyan ediblər.

Paylaş:
Baxılıb: 782 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30