Beynəlxalq Gənclər Festivalında COP 29 haqqında məlumat verildi
29.06.2024 [14:59]
Özbəkistanda keçirilən Qlobal Gənclər Festivalında iştirak edən Azərbaycan gəncləri ölkəmizdə iqlim dəyişiklikləri ilə bağlı görülən işlərdən və Bakıda keçiriləcək BMT-nin COP 29-cu sessiyası ilə bağlı məlumat veriblər.
Konfransda bu barədə geniş təqdimat verən ADA Universitetinin tələbəsi, NAYORA-nın üzvü Gənclər Mərkəzi İB-nın beynəlxalq əməkdaşlıq üzrə sədr müavini Aytac Adıgözəlova bildirmişdir ki, "Hazırda iqlim dəyişmələri dünyanı narahat edən qlobal problemlərdən biridir. Məlum olduğu kimi Yer kürəsinin iqlim sisteminə çox böyük mənfi təsirlər göstərilmiş, digər atmosfer tullantıları ilə yanaşı, istixana effekti yaradan qazların qlobal miqyasda sürətli artımı baş vermişdir. Bu gün Yer kürəsində iqlimin dəyişilməsinin mənfi təsir göstərmədiyi yer yoxdur. Sel, yağışlar, daşqınlar, həddindən güclü küləklər və sair get-gedə çoxalır. Bunu nəzərə alan dünya dövlətləri beynəlxalq hüquqi sənəd qəbul ediblər.1992-ci ildə Rio de Janeyro şəhərində BMT-nin İqlim Dəyişimləri üzrə Konvensiyası qəbul olundu. Azərbaycan 1995-ci ildə bu Konvensiyanı, 2000-ci ildə Konvensiyanın Kioto Protokolunu, 2017-ci ildə isə Paris Sazişini ratifikasiya etməklə qlobal iqlim dəyişmələrinin mənfi təsirlərinin yumşaldılması üzrə beynəlxalq səylərə qoşulub. Ölkəmiz neft-qaz cəhətdən zəngin olsa da, "yaşıl enerji" sahəsində inkişafa da xüsusi diqqət ayırır. Azərbaycan regionda və bütün dünyada sülhün bərqərar olunmasında və planetimizin ekoloji balansının qorunmasında israrlıdır. Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanda 2024-cü il "Yaşıl dünya naminə həmrəylik ili" elan edilib. Azərbaycanın iqlim dəyişikliyi ilə bağlı gördüyü işlərin nəticəsi olaraq BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un Bakıda keçirilməsi qərara alınıb. Düşünürəm ki, belə möhtəşəm tədbirin Azərbaycanda keçirilməsi regionda iqlim dəyişikliyi ilə bağlı problemlərin həllinə və sülhün inkişafına böyük təsir edəcəkdir. Bu sahədə gənclərimizin təşəbbüsləri olur. Azərbaycanda Gənc İqlim Elçiləri adlı proqram yaranıb. UNİCEF, Azərbaycan Gənclər və İdman Nazirliyi bu proqrama dəstək verir. Təklif edirəm ki, Qlobal Gənclər Festivalında biz Dünya Gənc İqlim Elçiləri adlı proqramı yaradıb və bu istiqamətdə işlər görə bilərik."
Konfransda ölkəmizi təmsil edən gənclərimiz Diana Əliyeva, Sevinc Qasımova, Mehin Məmmədli, Şirxan Aslanov, Eldar Əliyev Azərbaycanda 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili"ndə dövlətin dəstəyi və vətəndaş cəmiyyətinin təşəbbüsü ilə görülən işlər barədə məlumatlar və media nümayəndələrinə müsahibələr vermişlər. Özbəkistanda 25-30 İyun tarixində 150 ölkədən 1000 nəfər iştirakçı ilə keçirilən Qlobal Gənclər Festivalda gənclərimizin iştirakını Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və NAYORA təmin etmişdir.
Xəbər lenti
Hamısına baxDünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10

