Nəqliyyat sahəsi üzrə yeni dövlət standartları qəbul edilib
02.07.2024 [18:31]
Ölkədə nəqliyyat sahəsi üzrə yeni dövlət standartları qəbul edilib.
Azərbaycan Standartlaşdırma İnstitutundan (AZSTANDART) AZƏRTAC-a bildirilib ki, yeni dövlət standartlarının tətbiqi ölkəyə idxal olunan hibrid avtomobil kateqoriyasını müəyyən etməyə, ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrindən istifadə üzrə zəruri infrastrukturun yaradılmasına, nəqliyyat vasitələrinin ətraf mühitə buraxdığı çirkləndirici maddələrin miqdarını azaltmağa, nəqliyyat vasitələrində elektrik ötürücülərinin təhlükəsizliyini təmin etməyə imkan yaradacaq.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən aşağıdakı yeni dövlət standartları qəbul edilib:
- AZS ECE 83:2024 “Mühərrikin yanacaq tələblərinə uyğun olaraq çirkləndiricilərin emissiyası ilə bağlı nəqliyyat vasitələrinin təsdiqinə dair vahid müddəalar”;
- AZS ECE 101:2024 “Karbon 4-oksidin həcminin və yanacaq sərfinin və/və ya elektrik enerjisinin və elektrik diapazonunun ölçülməsi ilə bağlı yalnız daxili yanma mühərriki ilə hərəkətə gətirilən, yaxud hibrid elektrik ötürücünün köməyi ilə hərəkətə gətirilən minik avtomobillərinin, həmçinin elektrik enerjisinin sərfinin və elektrik diapazonunun ölçülməsi baxımından yalnız elektrik ötürücünün köməyi ilə hərəkətə gətirilən M1 və N1 kateqoriyalı nəqliyyat vasitələrinin təsdiqinə dair vahid müddəalar”;
- AZS ECE 100:2024 “Elektrik ötürücülərinə dair xüsusi tələblərlə bağlı nəqliyyat vasitələrinin təsdiqinə dair vahid müddəalar”.
Yeni dövlət standartları Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturun təkmilləşdirilməsi üzrə 2024-cü il üçün Yol Xəritəsi”ndə nəzərdə tutulmuş tədbirlərin icrası məqsədilə qəbul olunub. Adıçəkilən Yol Xəritəsi Komissiyanın “Ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi üzrə altqrupu”nun fəaliyyətini əhatə edir.
Sözügedən standartlar “Nəqliyyat və nəqliyyat infrastrukturu” (AZSTANDART/TK 43) standartlaşdırma üzrə Texniki Komitənin iclasında müzakirə edilib və konsensus əsasında qəbul edilmiş qərara müvafiq olaraq Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən təsdiqlənərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fondu və Reyestrinə daxil edilib.
Müvafiq dövlət standartarı ilə milli standartlaşdırma qurumunun rəsmi internet səhifəsində (http://azstand.gov.az/az/standart-axtar, http://e-standart.gov.az/) tanış olmaq və rəsmi nəşrlərini kağız və ya elektron formada əldə etmək mümkündür.
Qeyd edək ki, Komissiyanın “Ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi üzrə altqrupu”na rəhbərliyi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyata keçirir.
Xəbər lenti
Hamısına baxElm
04 Avqust 09:13
Dünya
03 Avqust 23:17
Siyasət
03 Avqust 22:38
Dünya
03 Avqust 22:34
Dünya
03 Avqust 22:20
Sosial
03 Avqust 21:14
Dünya
03 Avqust 20:33
Dünya
03 Avqust 19:17
YAP xəbərləri
03 Avqust 18:40
Yeni texnologiyalar
03 Avqust 18:20
Dünya
03 Avqust 17:35
Dünya
03 Avqust 16:18
Dünya
03 Avqust 15:40
Dünya
03 Avqust 14:22
Dünya
03 Avqust 13:38
YAP xəbərləri
03 Avqust 12:30
YAP xəbərləri
03 Avqust 12:28
Dünya
03 Avqust 12:24
Gündəm
03 Avqust 12:04
Dünya
03 Avqust 11:19
Dünya
03 Avqust 10:55
Dünya
03 Avqust 10:33
Dünya
03 Avqust 09:52
Dünya
03 Avqust 09:17
Dünya
03 Avqust 08:25
Mədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Dünya
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59

