/ / Diaspor təşkilatının sədri: Beynəlxalq müşahidəçilər Azərbaycandakı seçki prosesini örnək göstərirlər
Diaspor təşkilatının sədri: Beynəlxalq müşahidəçilər Azərbaycandakı seçki prosesini örnək göstərirlər
12.08.2024 [17:36]
“Azərbaycanın zəngin seçki təcrübəsi var. Müstəqillik əldə etdikdən sonra ölkəmizdə dəfələrlə bir sıra seçkilər keçirilib. Bu baxımdan sentyabrın 1-nə təyin olunmuş Milli Məclisə seçkilərin də demokratik və şəffaf keçiriləcəyinə heç bir şübhəmiz yoxdur”. Bunu “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında Moskva şəhərinin qərb inzibati dairəsində Azərbaycanlıların Milli-Mədəni Muxtariyyətinin sədri və Həzi Aslanov adına Veteran Cəmiyyətinin sədri Əli Kazımov deyib.
Diaspor təşkilatının sədri qeyd edib ki, indiyə qədər Azərbaycanda keçirilən seçkilər beynəlxalq və yerli müşahidəçilər tərəfindən çox yüksək qiymətləndirilib.
“Bütün bunlar beynəlxalq müşahidəçilərin hazırladıqları hesabatlarda və verdikləri bəyanatlarında öz əksini tapır. Seçki prosesində yeni texnologiyaların tətbiqi, elektron sistemlərdən və veb-kameralardan istifadə inkişaf və şəffaflığın nümunəsidir. Hətta bəzi beynəlxalq müşahidəçilər Azərbaycanda seçki prosesində tətbiq edilən texnologiyaları digər dövlətlər üçün örnək göstərirlər. Azərbaycanın seçki demokratiyası ilə bağlı nümunələrini beynəlxalq ekspertlərdən eşitmək hər birimiz üçün fəxrdir”, - deyə o bildirib.
Əli Kazımov dünya azərbaycanlılarının parlament seçkilərinin ilk dəfə azad olunmuş torpaqlarda keçirilməsindən qürur duyduğunu diqqətə çatdırıb: “Ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olunduqdan sonra ilk dəfə bu il fevral ayının 7-də Prezident seçkiləri keçirildi. Parlament seçkilərinin bütün ölkə ərazisində keçirilməsi ilə daha bir tarixi gün sentyabrın 1-də yaşanacaq. Hər bir soydaşımız kimi, bu, şəhid qardaşı olaraq məni də həddindən artıq qürurlandırır. Sevinirik ki, işğaldan azad olunan ərazilərə Böyük Qayıdış başlayıb. Artıq həmin yerlərin sakinləri öz torpaqlarında səsvermə hüququndan istifadə edərək, öz deputatlarını seçəcəklər. Qalib ölkənin seçicisi olmaq, həqiqətən də qürurvericidir. Müstəqil Azərbaycanın diasporu olaraq, ölkəmizdəki demokratik inkişafı görməkdən çox böyük fəxarət hissi keçiririk”.
Xəbər lenti
Hamısına baxSosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58

