/ / Türk jurnalist: “Azərbaycan seçki təhlükəsizliyinin təmin edilməsində dünya ölkələri üçün nümunə ola bilər”
Türk jurnalist: “Azərbaycan seçki təhlükəsizliyinin təmin edilməsində dünya ölkələri üçün nümunə ola bilər”
18.08.2024 [14:14]
“Azərbaycanın demokratiya təcrübəsi bir çox ölkələrdən daha qədimdir. Bir çox ölkədə seçki hüququ hələ tam formalaşmadığı vaxt, Azərbaycan Cümhuriyyətində qadınlar da daxil olmaqla, bütün vətəndaşlara seçki hüququ verilmişdi. Azərbaycanın tarixi təcrübəsi və müstəqilliyini bərpa edəndən sonra daha da inkişaf edən seçki ənənəsi sentyabrın 1-də keçiriləcək Milli Məclis seçkilərinin şəffaf, demokratik prinsiplərə uyğun baş tutacağına zəmin yaradır”.
Bu fikirləri “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında türkiyəli jurnalist Həsən Barın deyib.
O, Azərbaycanda seçki təhlükəsizliyinin yüksək səviyyədə təmin edildiyini diqqətə çatdırıb:
“Bu gün dünyada seçki prosesi ilə bağlı ən vacib məsələlərdən biri təhlükəsizliyin təmin edilməsi, kənar müdaxilələrin qarşısının alınmasıdır. Bütün ölkələr bunu təmin edə bilmir. Azərbaycan seçki təhlükəsizliyinin təmin edilməsində dünya ölkələri üçün nümunə ola bilər”.
Türk jurnalist hesab edir ki, Azərbaycanda keçirilən seçki prosesi beynəlxalq müstəvidə demokratik və şəffaf seçki nümunəsidir.
“Hər kəsin seçmək və seçilmək hüququ təmin olunur. Bir çox ölkədə namizədlərin sayında məhdudiyyətlər var, misal üçün, yalnız iki namizədin mübarizə apardığı nümunələr mövcuddur. Azərbaycanda isə qanunvericiliyin tələblərinə uyğun olaraq, hər kəs seçilmək hüququndan istifadə edə bilər. Bu, demokratiyanın ən önəmli prinsiplərindəndir. Bununla yanaşı, seçkinin ədalətli və şəffaf keçirilməsində seçki prosesini həyata keçirən qurumun fəaliyyəti də önəmli rol oynayır. Azərbaycanda Mərkəzi Seçki Komissiyası, eləcə də aşağı seçki komissiyalarının fəaliyyəti mükəmməl səviyyədədir”, - o bildirib.
H.Barın Milli Məclis seçkilərinin ilk dəfə azad olunmuş ərazilərdə keçirilməsinin Azərbaycanın xarici siyasəti üçün önəmli hadisə olduğunu vurğulayıb:
“Bu ilin fevral ayında azad olunmuş ərazilərdə ilk dəfə prezident seçkiləri keçirildi, sentyabrın 1-də də ilk dəfə parlament seçkiləri baş tutacaq. Bu, Azərbaycanın beynəlxalq müstəvidə, o cümlədən, sülh danışıqlarında mövqelərini gücləndirən amildir. Bu ərazilərdə seçki keçirilməsə, danışıqlarda azad olunmuş torpaqlar üzərində suverenliyin təmin edilmədiyi kimi iddialar irəli sürülə bilər. Seçkinin keçirilməsi bu ərazilərdə də insanların təməl demokratik hüququnun təmin edilməsidir ki, bundan sonra Azərbaycana qarşı belə bir iddiaların irəli sürülməsi mümkün deyil. Bu baxımdan, prezident seçkilərindən sonra parlament seçkilərinin də azad olunmuş əraziləri əhatə etməsinin Azərbaycanın xarici siyasəti üçün əhəmiyyət kəsb etdiyini düşünürəm”.
H.Barın sentyabrın 1-də keçiriləcək Milli Məclis seçkilərinin Türkiyədə də yaxından izlənildiyini diqqətə çatdırıb.
Xəbər lenti
Hamısına baxDünya
28 İyul 13:32
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35

