«Yapı Kredi Bank Azərbaycan» QSC ilin üçüncü rübünü 8.3 milyon manat xalis mənfəətlə başa vurdu
15.10.2024 [15:03]
Bank bu ilin üçüncü rübünü 8.3 milyon manat xalis mənfəətlə başa vurmuşdur. Keçən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar - sentyabr ayları üzrə faiz gəlirləri 18% artaraq 32 milyon manat, qeyri-faiz gəlirləri 16% artaraq 19 milyon manat təşkil edib. Ümumilikdə, xalis faiz gəlirləri keçən ilin analoji dövrü ilə müqayisədə 7% artaraq 27 milyon manat olmuşdur.
Cari ilin üçüncü rübündə bankda müştərilərə verilən kredit porfelininin həcmi keçən ilin sonu ilə müqayisədə 11% artmış və 325 milyon manat təşkil etmişdir. Belə ki, istehlak kreditləri 12% artaraq 76 milyon manata, daşınmaz əmlak kreditləri 35% artaraq 47 milyon manata çatmışdır. Biznes kreditləri cari ilin üçüncü rübündə 7% artaraq 202 milyon manat təşkil etmişdir.
Bankda depozit portfeli 403 milyon manat təşkil etmişdir. Fiziki şəxslərdə bu rəqəm keçən ilin sonu ilə müqayisədə 11% artaraq 100 milyon manat, hüquqi şəxslərin depozit portfeli isə keçən ilin sonu ilə müqayisədə 10% artaraq 303 milyon manat təşkil edib.
Yapı Kredi Bank Azərbaycan cari ilin üçüncü rübündə Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən müəyyən olunmuş prudensial normativləri lazımı səviyyədə yerinə yetirmişdir. Belə ki, bankın I dərəcəli kapitalının adekvatlıq əmsalı 16.14%, məcmu kapitalının adekvatlıq əmsalı isə 18.82% olmuşdur. Bankın tutulmalardan sonra məcmu kapitalı 97 milyon manat təşkil edib. Qeyd edək ki, mövcud qanunvericiliyə əsasən minimum məcmu kapital norması 50 milyon manatdır.
Əsas səhmdarı Türkiyənin Yapı Kredi A.Ş. bankı olan “Yapı Kredi Bank Azərbaycan” QSC Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərən Telefon Mərkəzi (*0444) və İnternet/Mobil Bankçılıq məhsulları ilə müştərilərə geniş çeşiddə xidmət göstərir.
Xəbər lenti
Hamısına baxHərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36
Gündəm
27 Sentyabr 09:08
Siyasət
27 Sentyabr 08:26
Formula 1
27 Sentyabr 08:15
Siyasət
27 Sentyabr 07:25
Hadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37

