Yeni Azərbaycan Partiyası öz gücünü xalqın dəstəyindən alır
19.11.2021 [11:08]
Arif Fərzəliyev
YAP Cəbrayıl rayon təşkilatının sədri vəzifəsinin icraçısı
Ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyası ötən 29 ildə Ümummilli Liderimiz Heydər Əliyevin ideyalarına əsaslanaraq çox böyük və şərəfli yol keçib. YAP-ın yarandığı dövrə nəzər salsaq, ölkəmizdə hökm sürən xaos, anarxiya və hərc-mərcliyin miqyası olduqca böyük idi. Bu anarxiya isə Azərbaycanın öz müstəqilliyini itirmək təhlükəsi ilə üzləşməsinə səbəb olmuşdu. Hakimiyyətdə olan səriştəsiz qüvvələr ölkəni dərin siyasi böhrandan xilas etmək iqtidarında deyildi. Məhz ölkənin və xalqın taleyinin həll edildiyi bu tarixi dövr Yeni Azərbaycan Partiyasının yaranmasını zəruri etdi. Belə bir şəraitdə 91 nəfər ziyalı yeni yaranacaq Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verməsi üçün Ulu Öndər Heydər Əliyevə müraciət etdi. Ümummilli Lider Heydər Əliyev ziyalılara göndərdiyi 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi. 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyası təsis edildi və Ulu Öndər Heydər Əliyev partiyanın Sədri seçildi. Ümummilli Lider Heydər Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası qısa müddət ərzində təşkilatlandı, xalqın dəstəyi ilə 1993-cü ildə hakimiyyətə gəldi.
YAP yarandığı gündən Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və uğurla tətbiq edilən əsas proqram məramı Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsindən, ərazi bütövlüyünün təmin edilməsindən, demokratik, hüquqi, dünyəvi cəmiyyət qurulmasından, əmin-amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü və sosialyönümlü iqtisadiyyat yaratmaqdan ibarət olub. Partiyamız ötən 29 ildə öz məqsədlərinə uyğun fəaliyyət göstərib. Bu uğurlu yol müasir, müstəqil və güclü Azərbaycanın yaranmasına səbəb oldu, milli inkişafa xidmət edən vəzifələrin yerinə yetirilməsində layiqli rol oynadı.
Öz gücünü xalqın dəstəyindən alan Yeni Azərbaycan Partiyası bu gün də Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə davamlı islahatların həyata keçirilməsinə, ictimai-siyasi sabitliyin qorunmasına, Azərbaycanın inkişafına, dövlət müstəqilliyimizin güclənməsinə, ölkəmizin beynəlxalq nüfuzunun artmasına milsilsiz töhfələr verməkdədir. YAP həm də Azərbaycanın beynəlxalq imicinin möhkəmlənməsində müstəsna rol oynayıb. Yeni Azərbaycan Partiyası həm Avropanın, həm də Asiyanın bir çox ölkələrinin aparıcı siyasi partiyaları ilə ikitərəfli və çoxtərəfli əlaqələrini inkişaf etdirib, partiyalar səviyyəsində beynəlxalq qurumlarda uğurla təmsil olunub.
YAP 2020-ci ildə baş vermiş Vətən müharibəsi dövründə də xalqın birlik modeli qismində çıxış etdi. Partiyanın yerli strukturları Azərbaycanın haqq işi uğrunda apardığı mübarizəyə səfərbər oldu və qələbənin əldə edilməsinə töhfələrini verdlilər. YAP Cəbrayıl rayon təşkilatı, ümumilikdə cəbrayıl ictimaiyyəti Azərbaycan Prezidentinin qələbə xəbərlərini xoş sevinclə qarşıladı. 2020-ci ilin oktyabrın 4-də Cəbrayıl rayonunun işğaldan azad edilməsi Müzəffər Ali Baş Komandanımızın bizə verdiyi ən böyük töhfə oldu. Rayon ictimaiyyəti ilə görüşündə möhtərəm Prezidentimiz Cəbrayılın qısa zamanda tikilib qurulacağını bildirdi. Hər birimiz o günü böyük ümidlə gözləyirik.
Qeyd edim ki, Ümummilli Liderimizin yaradıcısı olduğu, dünənin, bu günün və gələcəyin partiyası kimi dəyərləndirdiyi, hazırda ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni hədəflərə doğru inamla irəliləyən Yeni Azərbaycan Partiyası cəmiyyətin avanqard qüvvəsi kimi nüfuzunu artırıb, sıralarını kəmiyyət və keyfiyyət baxımından zənginləşdirib. Yeni Azərbaycan Partiyası ölkəmizin ictimai-siyasi, iqtisadi, sosial və mədəni həyatında fəal iştirak edir. Partiyanın hər bir üzvü Ulu Öndər Heydər Əliyev ideyalarının, dövlət başçısı cənab İlham Əliyevin təkmil islahatları sayəsində müasirləşən, yeniləşən, hər gün yeni zəfərlərə imza atan Azərbaycanın uğurlarının təbliğatçılarıdırlar. Bu mənada, YAP Cəbrayıl rayon təşkilatı da üzərinə düşən məsuliyyətli işi şəfərlə və qürurla həyata keçirməkdədir. Hazırda rayon təşkilatının 39 ərazi ilk partiya təşkilatı fəaliyyət göstərir. Təşkilatın 3856 üzvü var. Onlardan 1702 nəfəri gənclər, 1574 nəfəri isə qadınlardır.
Xalqın partiyası olan Yeni Azərbaycan Partiyası bundan sonra da öz fəaliyyətini uğurla davam etdirəcək, xalqın dəstəyi ilə növbəti qələbələr qazanaraq yeni zirvələri fəth edəcək, ölkəmizin inkişafına layiqli töhfələrini verməkdə davam etdirəcək. Hər bir Azərbaycan vətəndaşı buna inanır!!!
Xəbər lenti
Hamısına baxDünya
19 Yanvar 23:34
Siyasət
19 Yanvar 23:33
YAP xəbərləri
19 Yanvar 23:15
Sosial
19 Yanvar 22:58
Dünya
19 Yanvar 22:41
Gündəm
19 Yanvar 22:31
YAP xəbərləri
19 Yanvar 22:24
Gündəm
19 Yanvar 21:50
Dünya
19 Yanvar 21:50
YAP xəbərləri
19 Yanvar 21:29
Sosial
19 Yanvar 21:17
İqtisadiyyat
19 Yanvar 20:49
İqtisadiyyat
19 Yanvar 20:36
Gündəm
19 Yanvar 20:28
Gündəm
19 Yanvar 20:27
YAP xəbərləri
19 Yanvar 20:13
İqtisadiyyat
19 Yanvar 19:50
YAP xəbərləri
19 Yanvar 19:32
Gündəm
19 Yanvar 19:25
Dünya
19 Yanvar 19:14
Dünya
19 Yanvar 18:43
YAP xəbərləri
19 Yanvar 18:22
YAP xəbərləri
19 Yanvar 18:16
YAP xəbərləri
19 Yanvar 17:10
YAP xəbərləri
19 Yanvar 17:09
Elm
19 Yanvar 16:56
YAP xəbərləri
19 Yanvar 16:53
Hadisə
19 Yanvar 16:45
YAP xəbərləri
19 Yanvar 16:13
Sosial
19 Yanvar 16:07
Dünya
19 Yanvar 16:06
İdman
19 Yanvar 16:06
İqtisadiyyat
19 Yanvar 16:05
Siyasət
19 Yanvar 15:59
Gündəm
19 Yanvar 15:58
Sosial
19 Yanvar 15:39
YAP xəbərləri
19 Yanvar 15:38
YAP xəbərləri
19 Yanvar 15:31
YAP xəbərləri
19 Yanvar 15:29
YAP xəbərləri
19 Yanvar 15:24
YAP xəbərləri
19 Yanvar 15:23
Gündəm
19 Yanvar 15:13
Sosial
19 Yanvar 14:35
YAP xəbərləri
19 Yanvar 14:00
YAP xəbərləri
19 Yanvar 13:54
Siyasət
19 Yanvar 13:47
YAP xəbərləri
19 Yanvar 13:27
Sosial
19 Yanvar 12:34
Dünya
19 Yanvar 12:33
Dünya
19 Yanvar 12:26
Sosial
19 Yanvar 12:21
YAP xəbərləri
19 Yanvar 12:01
İqtisadiyyat
19 Yanvar 12:00
İqtisadiyyat
19 Yanvar 11:59
Hadisə
19 Yanvar 11:59
Dünya
19 Yanvar 11:45
Dünya
19 Yanvar 11:19
Sosial
19 Yanvar 11:14
Dünya
19 Yanvar 10:54
Dünya
19 Yanvar 10:20
Dünya
19 Yanvar 10:09
Dünya
19 Yanvar 09:41
Sosial
19 Yanvar 09:18
Sosial
19 Yanvar 08:56
Dünya
19 Yanvar 08:22
Dünya
19 Yanvar 08:10
Sosial
19 Yanvar 08:03
Dünya
19 Yanvar 07:45
Elm
18 Yanvar 23:32
Hadisə
18 Yanvar 22:15

