/ / Soçi görüşü, İƏT Zirvə Toplantısı Azərbaycanın regionda və dünyada artan mövqeyinin təqdimatı oldu
Soçi görüşü, İƏT Zirvə Toplantısı Azərbaycanın regionda və dünyada artan mövqeyinin təqdimatı oldu
29.11.2021 [15:22]
“Noyabrın 26-da Rusiyanın vasitəçiliyi ilə Rusiya və Azərbaycan Prezidentlərinin və Ermənistan baş nazirinin Soçi görüşünün nəticələri hazırda geniş müzakirə olunmaqdadır. Hər bir görüş müzakirə olunan məsələlər baxımından xüsusi əhəmiyyət kəsb edir. 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatının imzalanmasından ötən bir il həm sənəddə əksini tapan müddəaların icrası, həm də Zəfərimizin yaratdığı reallıqlar fonunda işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işlərinin geniş miqyas alması ilə diqqətçəkəndir. Azərbaycanın işğaldan azad olunmuş ərazilərində qısa vaxtda uğurlu bərpa-quruculuq işlərini həyata keçirməsi regionun iqtisadi potensialını üzə çıxarmaq üçün daha geniş miqyaslı layihələrin həyata keçirilməsinə təkan verəcək, Qarabağın dirçəldilməsi prosesi daha da sürətlənəcək. Prezident İlham Əliyev dəfələrlə bəyan etmişdir ki, biz istər danışıqlarla, istərsə güc yolu ilə Zəngəzur dəhlizini açacağıq. Soçidə Azərbaycanın əldə etdiyi diplomatik nailiyyətlər göstərir ki, Zəngəzur dəhlizinin açılmasına doğru gedirik. Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin üçtərəfli görüşdəki nitqində nəqliyyat dəhlizlərini xatırlaması, imzalanmış sənəddə dəmir yolu və nəqliyyat əlaqələrinin açılmasına dair bəndlər Zəngəzur dəhlizindən xəbər verir.”
Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.
M.Həsənov qeyd edib ki, bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması yeni əməkdaşlıq formatlarının yaradılmasını sürətləndirəcək: “Azərbaycan yeni əməkdaşlıq formatlarının müəllifidir. Bu, ölkəmizin regionda və dünyada mövqelərinin daha da möhkəmlənməsindən irəli gəlir. Nikol Paşinyan bölgədə yaranmış yeni reallıqlarla barışmaq məcburiyyətində qalaraq ölkəsinin ictimai rəyini Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyini tanımağın qaçılmaz olduğuna inandırmağa çalışacaq.”
Millət vəkili noyabrın 28-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində «Birlikdə gələcəyə» devizi ilə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısında cənab İlham Əliyevin nitqində diqqət yönəltdiyi məsələlərdən də bəhs edərək bildirib ki, postmünaqişə dövrünün reallıqları bugünümüzün əsas müzakirə mövzusudur: “Cənab İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa və quruculuq işlərindən və onların nəticələrindən bəhs edərək statistikanı açıqamışdır ki, Azərbaycan yalnız özünün maliyyə resurslarına arxalanaraq sıfırdan yeni şəhər və kəndlər salır. Bu il bu məqsədlə dövlət büdcəsindən 1,3 milyard dollar ayrılıb. 2022-ci ildə də bu işlərə ən azı eyni həcmdə vəsait ayrılacaq. Təbii ki, görülən işlər Azərbaycanan malik olduğu iqtisadi imkanların təqdimatında əhəiyyətli rol oynayır. Azərbaycanın tarixi Zəfərinin yaratdığı reallıqlar bölgəyə sülh, əmin-amanlıq, təhlükəsizlik gətirməklə yanaşı, iqtisadi inkişafı daha da sürətləndirəcək. Bu baxımdan Zəngəzur dəhlizinin reallaşması regionun nəqliyyat sektorunda yeni imkanlar yaradacaq.”
İstər Soçi görüşünün, istərsə də İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısının Azərbaycanın regionda və dünyada artan mövqeyinin təqdimatı olduğunu bildirən Malik Həsənov qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putinin azərbaycanlı həmkarı İlham Əliyevə hörmət və ehtiramla yanaşması, Azərbaycan Prezidentinin regionun gələcəyi ilə bağlı bu vaxta kimi səsləndirdiyi fikirlərin Soçi Bəyanatında öz əksini tapması proseslərin rəsmi Bakının iradəsindən kənarda inkişaf etmədiyinin göstəricisidir: “Ermənistan reallıqlarla barışmaq, sülh müqaviləsini imzalamaq məcburiyyətindədir. Əks halda onu hansı faciələrin gözlədiyi aydındır. Düşünürük ki, Ermənistan 44 günlük Vətən müharibəsinin “Dəmir yumruq” əməliyyatını unutmayıb. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev hər çıxışında dəmir yumruğun yerində olduğunu bildirir. Ermənistanın üzərinə qoyulan öhdəliklərdən qaça bilməsi mümkünsüz görünür.”
“Soçi Bəyanatının müddəalarının uğurlu icrası bölgəyə yeni həyat gətirəcək. Artıq keçmişlə deyil, gələcəklə yaşamağın zamanıdır. Azərbaycan daim gələcəyə baxır və işğalçı Ermənistana da bu çağırışı edir. Ümumilikdə Soçi Bəyanatında Azərbaycanın mövqeyini əks etdirən məqamlar tam şəkildə təmin edilib. Onu da qeyd edək ki, Azərbaycan Prezidentinin və Ermənistan baş nazirinin Soçi görüşünün ardınca Brüssel görüşü olacaq. Avropa İttifaqı Şurasının Prezidenti dekabr ayının 15-də Brüsseldə keçiriləcək Şərq Tərəfdaşlığının Zirvə Görüşü çərçivəsində Azərbaycan və Ermənistan rəhbərlərinin görüşünün təşkil edilməsi təklifi ilə çıxış edib. Dünyanın gücləri, nüfuzlu beynəlxalq təşkilatlar Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsində maraqlıdırlar. İntensivləşən görüşlər tərəflər arasında təmasları möhkəmləndirəcək, hədəflərin reallığa çevrilməsini stimullaşdıracaq”,- deyə Malik Həsənov bildirib.
Xəbər lenti
Hamısına baxHadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18

