/ / Zəngəzur dəhlizi İƏT üzvlərinin əməkdaşlıq və ticarət əlaqələrinin inkişafına əlavə impulslar verəcək
Zəngəzur dəhlizi İƏT üzvlərinin əməkdaşlıq və ticarət əlaqələrinin inkişafına əlavə impulslar verəcək
30.11.2021 [13:31]
İqtisadi Əməkdaşlıq Təşkilatı konstruktiv əməkdaşlıq platformasıdır. Cənubi Qafqaz regionunun ən güclü ölkəsi kimi Azərbaycan da İƏT-in fəal üzvüdür. Azərbaycan beynəlxalq platformalarda, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində İƏT-ə üzv dövlətlərlə səmərəli əməkdaşlıq edir. Bu baxımdan, Azərbaycanın İƏT-ə üzv dövlətlərlə münasibətləri də dostluq və qarşılıqlı hörmətə əsaslanır”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.
Ramil Vəlibəyov bildirib ki, Azərbaycan Türkiyə, İran, Qazaxıstan, Pakistan, Əfqanıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Tacikistan kimi ölkələrin daxil olduğu İƏT çərçivəsində əməkdaşlığa önəm verir və təşkilatın səmərəli fəaliyyət göstərməsində maraqlıdır: “Azərbaycan 2006-cı və 2012-ci illərdə İƏT Zirvə Toplantılarına ev sahibliyi edib və bu tədbirlərdə qəbul edilmiş sənədlərdə üzv ölkələr arasında bir sıra sosial-iqtisadi və siyasi əlaqələrin əsas prinsipləri, regional münasibətlərin prioritetləri və istiqamətləri öz əksini tapıb. Qəbul edilmiş qərarlar, atılmış addımlara əsasən əminliklə demək olar ki, Azərbaycan İƏT vasitəsilə ortaq maraq kəsb edən layihələrin həyata keçirilməsini dəstəkləyir və müxtəlif sahələrdə əməkdaşlığın inkişafı məqsədilə təklif və təşəbbüslər irəli sürür. Bu xüsusda, ölkəmizin təşəbbüsü ilə Bakıda İƏT Tədqiqat Mərkəzinin təsis edilməsinə dair İƏT Xarici İşlər Nazirləri Şurası tərəfindən müvafiq qərar qəbul edilib. Təsadüfi deyil ki, Azərbaycanda yerləşəcək İqtisadi Əməkdaşlıq Təşkilatının Tədqiqat Mərkəzinin səmərəli fəaliyyətinin təmin edilməsi üçün lazımi dəstək göstəriləcək. Bundan əlavə, Azərbaycan Təşkilat çərçivəsində digər üzv dövlətlərlə bir sıra prioritet sahələr, o cümlədən ticarət, investisiya, nəqliyyat, enerji və ətraf mühit sahələri üzrə əməkdaşlıq edir. Elə noyabrın 28-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısı çərçivəsində Azərbaycan və İran prezidentlərinin iştirakı ilə “İran İslam Respublikasının ərazisindən təbii qazın tranzit şərtlərini müəyyənləşdirən Saziş”in imzalanması haqqında danışılan əməkdaşlığın bariz nümunəsidir. Azərbaycanın Türkmənistan qazını İran üzərindən almasını təmin edəcək saziş üçtərəfli əməkdaşlıq üçün çox gözəl zəmin yaradır, iqtisadi və enerji təhlükəsizliyi baxımından da çox böyük önəm daşıyır”.
“44 günlük Vətən müharibəsində əldə olunmuş Zəfərdən sonra yaranmış yeni reallığa əsasən Azərbaycanın formalaşdırdığı əməkdaşlıq platforması İƏT ölkələri üçün də faydalı olacaq” – deyən Ramil Vəlibəyov əlavə edib ki, Zəngəzur dəhlizi İƏT üzvlərinin əməkdaşlıq və ticarət əlaqələrinin inkişafına əlavə impulslar verəcək. Yeni nəqliyyat infrastrukturu Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli hissəsinə çevriləcək ki, İƏT-ə üzv ölkələr də bu dəhlizdən istifadə edəcəklər.
Xəbər lenti
Hamısına baxHərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36
Gündəm
27 Sentyabr 09:08
Siyasət
27 Sentyabr 08:26
Formula 1
27 Sentyabr 08:15
Siyasət
27 Sentyabr 07:25
Hadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37

