Qocaman müəllim “Malibu” şirkətindən şikayətçidir
02.12.2021 [11:24]
Şikayətçinin iddiasına əsasən, ona məxsus mənzil tikinti şirkəti tərəfindən qeyri-qanuni şəkildə sökülüb
İlhamə Rəsulova
Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Nehrəm kəndində daimi qeydiyyatda olan, hazırda Abşeron rayonu Masazır qəsəbəsi, Dədə Qorqud küçəsi 7 ünvanında yaşayan Füzuli Həsən oğlu Salmanov redaksiyamıza müraciət edərək öz şikayətini dilə gətirib. Öncə onu deyək ki, Füzuli Salmanov uzun illər müxtəlif vəzifələrdə çalışıb, o cümlədən uzun illər müəllim kimi fəaliyyət göstərib. YAP Babək rayon təşkilatının sədr müavini olub. Hazırda YAP Babək rayon təşkilatının İdarə Heyətinin üzvüdür.
Füzuli Salmanov bildirir ki, onun Bakı şəhər Nəsimi rayonu Ş.Əzizbəyov 119 ünvanında yerləşən 3 mərtəbəli yaşayış evi (171 kv.m) və 1 ədəd qeyri-yaşayış sahəsi (39,1 kv.m) “Malibu” tikinti şirkəti tərəfindən qeyri-qanuni şəkildə sökülüb. Füzuli Salmanovun dediyinə görə, şirkət pilot layihə çərçivəsində böyük bir yaşayış kompleksi tikməliydi: “Həmin ərazidə yaşayan vətəndaşlarla razılaşmaya getmək əvəzinə, yanlış yollara əl atıldı. İşığımızı, suyumuzu kəsdilər, evlərimizin hasarlarını sökdülər, hətta evimizdən oğurluq edildi. Bununla bağlı 5 dəfə şikayət etmişəm və 3-ü barədə cinayət işi məhkəməyə göndərilib. 2018-ci ildə biz yaşadığımız evi tərk edib kirayəyə köçməli olduq. Mən şirkətin bizə zəng edib kompensasiya və ev təklif edəcəyini gözləyirdim, lakin 2021-ci ilin avqust ayında qonşular zəng edib dedilər ki, sənin evin sökülür. Bütün bu qanunsuzluqlar dövlətin adından çıxarılan məhkəmə qətnaməsi əsasında edilib və mənə bu barədə heç bir məlumat verilməyib. Bildiyimə görə, Nəsimi rayon Məhkəməsinin sədri İlham Cəfərov şirkətdən 300 000 manat vəsait alaraq 15 nəfərin evinin kompensasiyasız sökülməsi barədə qərar qəbul edib. Mən Nəsimi Rayon Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsi tərəfindən kobud qanun pozuntularına yol verildiyini qeyd etmək istəyirəm”.
“Məhkəmə qərar verib ki, mənim iddiam təmin olunsun, mənə məxsus 110 kv.metr mənzil sökülsün, əvəzində mənə aylıq 500 manat kirayə haqqı və 132 kv.metr mənzil verilsin. Bu qərar əsasında mənə rəsmi bildiriş gəlmədən evim və qeyri-yaşayış sahəm sökülüb. Məhkəmə araşdırma etmədən belə qərara gəlib ki, evim ümumilikdə 212 kv. metr deyil, 110 kv metrdir. Məhkəmənin hakimi hesab edir ki, Nəsimi rayon icra başçısının sərəncamı Konstitusiya ilə, beynəlxalq konvensiyalar ilə qanunlarla qorunan təməl hüququmuzdan - mülkiyyət hüququndan daha vacibdir? Mənim hüquqlarım həm “Malibu” şirkəti, həm də məhkəmələr tərəfindən kobud şəkildə pozulub. Mən Apellyasiya Məhkəməsinin qərarına etirazımı bildirsəm də, məhkəmənin sədri etirazımı təmin etməyib. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə görə, mənim xəbərim olmadan evimin sökülməsi barədə qərar qəbul edilməsi məhkəmə sədrinin vəzifə səlahiyyətindən sui-istifadə etməsi deməkdir. Mən ölkə vətəndaşı olaraq pozulmuş haqlarımın bərpasını tələb edirəm”.
Füzuli Salmanov redaksiyamıza evin qanunla ona məxsus olması, evin sahəsi barədə bütün sənədləri də təqdim edib.
“Yeni Azərbaycan” qəzeti olaraq “Malibu” şirkəti ilə əlaqə saxlayıb, məsələ ilə bağlı onların da mövqeyini öyrənmək istədik. Şirkətdən bizə öncə bildirildi ki, Füzuli Salmanovun evi pilot layihə çərçivəsində Nəsimi rayon İcra Hakimiyyətinin sərəncamı ilə məhkəmə qərarı əsasında sökülüb. Evi sökənlər də şirkət nümayəndələri yox, məhkəmənin icraçılarıdır.
“Pilot layihədir deyə istənilən addımı atıb qanunsuzluğa yol vermək olarmı?” sualını bildirdikdən və bunun qanunla yolverilməz olduğunu vurğuladıqdan sonra “Malibu”dan ikinci bir açıqlama gəldi: “Biz Füzuli Salmanova 132 kv və 40 kv.metr həcmində iki mənzil vermişik. 7-8 ay ərzində ona 500 manat məbləğində kirayə haqlarını da ödəmişik, lakin o bizdən 500 000 manat pul və 130 kv. metr həcmində 2 mənzil istəyir. Bu gün məhkəmə qərarında bildirildiyi qaydada evləri Füzuli Salmanova verməyə hazırıq. Lakin o istəmir”.
Füzuli Salmanov isə “Malibu” şirkətindən heç bir kompensasiya və kirayə pulu almadığını israrla bildirir. Ümumiyyətlə, qanunvericiliyə əsasən, şirkət evi sökülən vətəndaşa kirayə pulunu 7-8 ay ərzində deyil, çoxmərtəbəli evin tikintisi başa çatıb, sakinlər mənzillərinə köçdüyü günə qədər ödəməlidir. Ola bilər ki, öncədən tikinti şirkəti 1 illik kirayə haqqı ödəsin, lakin tikinti 3 il davam etsin. O zaman vətəndaş nə etməlidir?
Füzuli Salmanovun evinin özündən xəbərsiz sökülməsi barədə hüquqşünas rəyini də öyrəndik. Vəkil Anar Qasımlı sorğumuza cavab olaraq bildirdi ki, ümumiyyətlə, mülkiyyət hüququ şəxsin konstitusiya ilə təsbit edilmiş hüququdur və pozulmasına yol vermək olmaz: “Şəxsin mülkiyyəti dövlət ehtiyacları üçün alına bilər, lakin bu zaman da özbaşınalığa yol verilmir. Məsələ qanunla müəyyən olunmuş prosedurlar gözlənilməklə, kompensasiya müəyyən etməklə, vətəndaşla razılıq əldə edilməzsə, məhkəməyə müraciət etməklə həllini tapmalıdır. Vətəndaşın mülkiyyət hüququnun deyildiyi kimi pozulması qanunlara ziddir. Məhkəmə keçirilibsə, şikayətçi iştirak etməliydi. Şirkət məhkəmə qərarlarını ortaya qoymalıdır. Mən inanmıram ki, məhkəmə vətəndaşın icazəsi olmadan şəxsi mülkiyyətinin sökülməsi barədə qərar çıxarsın. Bu məsələ öyrənilməlidir. Vətəndaşın pozulmuş hüquqları bərpa edilməlidir”.
P.S. Problemi araşdırmağa davam edəcəyik.
Xəbər lenti
Hamısına baxSiyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10

