/ / Əli Kərimlinin ictimai-siyasi sabitliyi pozmağa çalışması şəhidlərin ruhuna və ailələrinə hörmətsizlik idi
Əli Kərimlinin ictimai-siyasi sabitliyi pozmağa çalışması şəhidlərin ruhuna və ailələrinə hörmətsizlik idi
03.12.2021 [16:57]
“Azərbaycan xalqı Əli Kərimlinin daha bir xəyanətinə də şahidlik etdi. Təsəvvür edirsinizmi, şəhid ailələri faciə səbəbindən acı içində, şəhid ailələrinin üzüntüsündən ictimaiyyətimiz çaşqın vəziyyətdə olarkən, cəmiyyətimiz Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması nəticəsində şəhid olan hərbi qulluqçuları ilə vidalaşarkən, xalq qəhrəman zabitlərini namaz qılıb, ruhuna dualar oxuyub son mənzilə yola salarkən Əli Kərimli və onun dəstəsi ictimai-siyasi sabitliyi pozmaqla, erməni dairələrindən verilmiş siyasi tapşırıqları yerinə yetirməklə məşğul idi. Ermənipərəst mənbələrdən alınan qrantlar, ianələr hesabına 40-50 nəfərlə şəhərin mərkəzində, insanların gediş-gəlişinin sıx olduğu ərazidə qarşıdurma yaratmaqla həm vətəndaşların rahatlığını pozmaq, sahibkarlara ziyan vurmaq, polislə qarşıdurma yaratmaq, həm də baş vermiş faciə ilə əlaqədar şəhidlərimizə olan diqqəti yayındırmaq və bununla da onların ruhuna, ailələrinə hörmətsizlik etmək niyyətini reallaşdırmağa cəhd etdilər”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.
Ramil Vəlibəyov bildirib ki, şəhidlərin ruhuna və ailələrinə hörmətsizlik etməklə ictimai-siyasi sabitliyi pozmağa çalışan Əli Kərimlini və dəstəsi məqsədinə çata bilmədi: “Çünki qarşıdurma və gərginlik yaratmaq niyyəti saxta bəhanə əsasında həyata keçirilirdi. Guya AXCP üzvü Saleh Rüstəmli adlı birisi 25 gündür aclıq edir. Bu qədər yalanı ancaq Əli Kərimli cəbhəçi trollarına sırıya bilərdi. Axı harada görünüb ki, insan 25 gün quru aclıq etsin, qidadan, sudan imtina etsin, amma sağ qalsın. Görünür, cəbhəçilər tiktok ulduzu Rəşid Mahmudovun “nağıllarına” çox qulaq asırlar. İnsan susuz cəmi 3-5 gün qala bilər, ondan sonra artıq həyat əlamətləri itir. Lakin cəbhəçilərin “sponsoru” olmuş Saleh Rüstəmli 25 gün susuz, qidasız nəinki zəifləyir, hətta həbsxanadan bəyanatlar da səsləndirə bilir”.
“Bəs, görəsən, bu Saleh Rüstəmli manipulyasiyası və spekulyasiyası nə üçündür? Bu məqamda bu gün “qəhrəman” obrazı yaradılan Saleh Rüstəmlinin istintaqa ifadəsi yada düşür” – deyən Ramil Vəlibəyov əlavə edib ki, o, istintaqa verdiyi ifadədə Əli Kərimli və Qənimət Zahidə Rusiyadan külli miqdarda pul göndərdiyini etiraf edib: “O, deyirdi: “Vəsaiti Bakıda ya Aqil Məhərrəmli götürürdü, ya da Ruslan Nəsirli. Olub ki, Babək Həsənov da götürüb. Qənimət Zahidə 2000-2500 dollar vəsait göndərirdik. Bakıya – Əli Kərimliyə göndərilən vəsait isə 20-30 min dollar olurdu. Sonra Əli Kərimli mənə “whatsapp”da yazırdı ki, “sağol, bəy, çatdı”. İndi bildinizmi heç yerdə işləməyən, qanuni gəliri olmayan Əli Kərimli nəyin hesabına iki uşağını xaricdə oxutdurub, özü isə keçmiş dostu Sahib Kərimlinin dediyi kimi, “lordlara xas həyat tərzi keçirir?". Bildinizmi ki, sadə cəbhəçilər normal qidalanmağa pul tapmadığı halda, Əli Kərimli hansı vəsaitlə yekəpər cangüdənlər saxlayır? Adi cəbhəçilər avtobusla getməyə 20 qəpik tapmayanda, Əli Kərimlinin ailə üzvləri nəyin hesabına Bakı-London, hazırda isə həm də Bakı-Nyu-York reysini su yoluna döndərir? İndi aydın olurmu ki, Əli Kərimli və onun dəstəsi niyə “Saleh Rüstəmli” oyunu qurublar? Hətta, bu gün müəyyən məlumatlar da ortaya çıxır ki, Saleh Rüstəmli Rusiyada yaşayarkən oradakı bazarlardan hər ay 500 min dollar pul toplayırdı, özü də hüquq-mühafizə orqanlarının dəstəyilə. Bəs, görəsən, Əli Kərimli bu faktları necə izah edə bilər? İllərlə hər ay Saleh Rüstəmlidən aldığı 20-30 min dolları nə üçün qəbul edirdi? Şəxsi istifadəsi üçün, yoxsa ölkədə qarışıqlıq yaratmağa? Bəlkə Əli Kərimli həmin pulların qarşılığında hansısa öhdəlik götürüb? Bəlkə Əli Kərimlinin sosial şəbəkələrdəki şüvənliyi bu öhdəlikdən irəli gəlir? Bəlkə Əli Kərimlini və ailəsini illərdir yedirdənlər indi də Saleh Rüstəmliyə görə tələblər irəli sürürlər? Suallar çoxdur, amma ünvan birdir: Əli Kərimli bu suallara cavab verməlidir...”.
Xəbər lenti
Hamısına baxHərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36
Gündəm
27 Sentyabr 09:08
Siyasət
27 Sentyabr 08:26
Formula 1
27 Sentyabr 08:15
Siyasət
27 Sentyabr 07:25
Hadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37

