Azərbaycan beynəlxalq hüquq müstəvisində də Ermənistana qalib gəlir
09.12.2021 [19:10]
Əli HÜSEYNLİ
Milli Məclisin deputatı
Bildiyiniz kimi, Ermənistanın təcavüzü nəticəsində bir milyondan çox azərbaycanlı evlərindən zorla qovularaq qaçqın və məcburi köçkün düşüb. Azərbaycanın şəhərləri tamamilə yer üzündən silinib. Rəsmi Yerevanın kapitulyasiyası ilə nəticələnmiş 44 günlük Vətən müharibəsinin yekunu kimi 2020-ci il 10 noyabr tarixində imzalanmış Üçtərəfli Bəyanatın imzalanmasından sonra isə Ermənistan vaxtilə işğal etdiyi ərazilərimizə minalar basdırmaqla bir daha insanlıq əleyhinə cinayətə yol verib, habelə minalanmış ərazilərin xəritələrini verməkdən imtina etməklə beynəlxalq konvensiyaları pozmağa davam edib. Üstəlik, Azərbaycanın təkidli tələbləri sayəsində beynəlxalq təzyiq altına düşən Ermənistanın minalanmış ərazilərlə bağlı təqdim etdiyi formulyarlarla ilkin tanışlıq onların etibarsız və qeyri-dəqiq olmasını təsdiq edir.
Bütün bunlardan irəli gələrək və BMT-nin 1965-ci il tarixli “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” beynəlxalq konvensiyasını rəhbər tutaraq bu ilin sentyabrında Azərbaycan Ermənistan tərəfindən xalqımıza qarşı uzun müddət ərzində etnik təmizləmə siyasətinin aparılması faktları ilə bağlı Haaqa şəhərində yerləşən BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edib.
İddiada qeyd edilib ki, Ermənistan birbaşa və dolayı yollarla etnik təmizləmə siyasətini həyata keçirir, irqçi təbliğat apararaq azərbaycanlılara qarşı nifrəti və etnik zorakılığı qızışdırır və bu həmçinin hökumətin ən yüksək səviyyələrində aparılır. 2020-ci ilin 44 günlük müharibəsinə toxunularaq bildirilir ki, Ermənistan bu dövrdə bir daha azərbaycanlıları etnik nifrətdən qaynaqlanan qəddar rəftar üçün hədəf alıb. Bu ölkənin Azərbaycan əleyhinə ayrı-seçkilik siyasəti və hərəkətləri insan hüquqlarının və azərbaycanlıların fundamental haqlarının ayaq altına salınmasına səbəb olub ki, bu da sözügedən Konvensiyanın müvafiq maddələrinin kobud şəkildə pozulmasıdır.
Ona görə də Azərbaycan Məhkəmədən Ermənistanın məsuliyyətə cəlb olunmasını və bununla dövlətimizə və xalqımıza vurduğu ziyanın ödənməsi barədə tələbi təmin etməyi xahiş edib.
Beləliklə, BMT-nin ali ədliyyə orqanı olan Beynəlxalq Ədalət Məhkəməsi 2021-ci il oktyabrın 14-dən 19-dək davam edən dinləmələrin nəticəsi olaraq 7 dekabr 2021-ci il tarixində Ermənistanın, o cümlədən Ermənistan ərazisində fəaliyyət göstərən və Azərbaycanlıları hədəf alan fərdlər və təşkilatlar tərəfindən irqi nifrətin təşviq etməsini qadağan edən müvəqqəti tədbirlərə dair Azərbaycanın vəsatətini təmin edib. Belə ki, Məhkəmə əsaslı olaraq Ermənistan tərəfinə azərbaycanlıların insan hüquqlarının pozulmasının qarşısını almaq üçün təcili tədbirlər görməyi tapşırıb. Mahiyyət etibarı ilə söhbət illər boyu işğal siyasəti yürüdən bu ölkənin törətdiyi cinayət əməllərinə görə beynəlxalq məhkəmələr tərəfindən cəzalandırılmasından gedir.
Azərbaycanda saxlanılan erməni əsilli şəxslərin dərhal azadlığa buraxılması, habelə Bakıdakı Qənimətlər Parkının dərhal bağlanmasına dair Ermənistan tərəfindən qaldırılan vəsatətlər isə rədd edilib. Məhkəmə saxlanılan şəxslər tərəfindən Azərbaycanın suveren ərazisində hərbi və digər cinayətlərin törədilməsini sübut edən dəlilləri, Azərbaycanın öz cinayət və cinayət prosessual qanunvericiliyi əsasında bu şəxsləri məsuliyyətə cəlb etmə hüququnun olduğunu və onların etnik mənşəyinə görə deyil, törədilmiş konkret cinayətlərə görə məsuliyyətə cəlb edildiyini sübut edən faktları obyektiv şəkildə dəyərləndirərək əsas kimi qəbul edib.
Beynəlxalq hüquq müstəvisində Azərbaycanın böyük uğuru sayılan bu hadisə Azərbaycanın haqq işi uğrunda bundan sonra da Ermənistana qarşı hüquqi məsuliyyət tədbirlərini davam etdirilməsi üçün güclü stimuldur. Belə ki, erməni hərbi birləşmələrinin Azərbaycan Respublikasının ərazi bütövlüyünün pozulmasına, dinc əhaliyə qarşı törətdikləri təxribatçı əməlləri ilə bağlı başlanmış cinayət işləri üzrə işğalçı ölkənin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilərək cəzalandırılmalarını təmin etmək məqsədi ilə bütün zəruri və institusional tədbirlər daha böyük əzm və səmərə ilə həyata keçirilməkdədir.
Erməni vandalizmi nəticəsində talan edilmiş, dağıdılmış yaşayış məntəqələrinə, tarixi, dini-mədəni abidələrə və digər əmlaklara dəymiş ziyanın, atəşkəsin davam etdiyi dövrdə əldən çıxmış faydanın məbləğlərinin müəyyən edilməklə beynəlxalq məhkəmələrə müraciət olunması istiqamətində müvafiq işlər davam etdirilir.
İşğaldan azad olunmuş ərazilərimizdə vaxtilə xarici ölkələrin konkret şirkətlərinin ekologiya və yerin təkinin istismarı qaydalarının kobud şəkildə pozulması ilə nəticələnən qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları faktları ilə bağlı cinayət işləri üzrə, həmçinin əzəli torpaqlarımızda qanunsuz məskunlaşmanı həyata keçirən bütün təqsirli şəxslərin beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilməsi istiqamətində də tədbirlər görülür.
Buradan belə bir nəticəyə gəlmək mümkündür ki, beynəlxalq ədalət mühakiməsində Ermənistanı dalana dirəyən Azərbaycan, Beynəlxalq Konvensiyalarla üzərinə götürdüyü öhdəliklərə sadiqdir və rəsmi Yerevandan fərqli olaraq irqi ayrı-seçkilik siyasəti yürütmür, dövlətimiz beynəlxalq hüquq çərçivəsində bütün vətəndaşlarının hüquqlarını qorumaq əzmindədir. Ermənistan isə beynəlxalq hüquq pozuntularına görə Azərbaycana qarşı törətdiyi böyük miqyaslı cinayətlərin bədəlini ödəyəcəkdir.
Xalq-Prezident-Ordu birliyi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin güclü siyasi iradəsi və bacarıqlı sərkərdəliyi sayəsində Vətən torpaqları uğrunda müqəddəs savaşda öz ərazi bütövlüyünü bərpa etməklə tarixi ədaləti təmin edən Azərbaycan müharibənin başa çatmasından sonra beynəlxalq hüquqi müstəvidə də Ermənistanı məğlubiyyətə uğratmaqda davam edir.
Xəbər lenti
Hamısına baxGündəm
27 Sentyabr 09:08
Formula 1
27 Sentyabr 08:15
Hadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36

