/ / Vüqar Rəhimzadə: “Media haqqında” yeni qanun indiyə qədər sui-istifadə edilən boşluqları aradan qaldıracaq
Vüqar Rəhimzadə: “Media haqqında” yeni qanun indiyə qədər sui-istifadə edilən boşluqları aradan qaldıracaq
17.12.2021 [19:20]
“Tarixi Zəfərimiz Azərbaycanın qarşısında yeni imkanlar açıb. Dövrün yeni reallıqları daim təkmiləşməni, yeniləşməni bir zərurətə çevirir. Digər tərəfdən nəzərə alsaq ki, Azərbaycan dərin islahatlar ölkəsi kimi nüfuz qazanıb bu halda yeni reallıqlar bu prosesi qaçılmaz edəcək. Ümumilikdə götürdükdə bu islahatlar prosesi bütün sahələri əhatə edir. Mətbuatın cəmiyyətin güzgüsü, hər bir ölkənin inkişaf səviyyəsinin göstəricisi olduğunu nəzərə alsaq bu təkmilləşmənin, yeniləşmənin öncə media sahəsində aparlması vacibdir. Qalib Azərbaycanın yeni reallıqlara cavab verəcək təkmil mətuatının olmasına böyük ehtiyac var. Bu baxımdan dövlət başçısı İlham Əliyevin 44 günlük Vətən müharibəsindən sonra imzaladığı “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərman, Medianın İnkişafı Agentliyinin yaradılması və “Media haqqında” qanun layihəsinin hazırlanması barədə tapşırığın verilməsi milli informasiya məkanında davamlı inkişafa nail olunmasının dövlət üçün prioritet təşkil etməsinin göstəricisidir. Cəmiyyətin idarə olunmasında əsas rol oynayan qanunlarımız bütün sahələri əhatə edir. 1999-cu ildə qəbul olunan “KİV haqqında” qanun məhz o dövrün reallıqlarına uyğun idi. Artıq o zamandan 22 il vaxt keçir. Bu dövr ərzində Azərbaycanın keçdiyi inkişaf yolu hər kəsə məlumdur. Bu isə öz növbəsində qanunlarda da əlavə və dəyişikliklərin edilməsini şərtləndirib. “KİV haqqında” qanuna bugünədək 79 dəfə əlavə və dəyişikliklər edilib. Artıq günümüzün reallığı hansısa əlavə və dəyişikliyin edilməsini deyil, yeni qanunun qəbulunu tələb edir. “Media haqqında” qanun layihəsi Azərbaycan mediasının inkişafı üçün yeni imkanlar və yeni mərhələ deməkdir. Amma təəsüflər olsun ki, qanun layihəsi ilə bağı haqsız, qərəzli fikirlər səsləndirib, onun əhəmiyyətini azaltmağa cəhd edənlər də də var.”
Bu fikirləri “İki sahil” qəzetinin Baş redaktoru, Əməkdar jurnalist, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
V.Rəhimzadə qeyd edib ki, yeni hədəflərə doğru inamla irəliləyən qalib Azərbaycanın hər bir uğuruna real baxan, məqsədi və məramı dövlətə, dövlətçiliyə xidmət etmək olan, mətbuatın prinsiplərinə hörmətlə yanaşıb onları fəaliyyətlərinin əsas amalı kimi qəbul edən, ən əsası yazdığı sözün mahiyyətini və dəyərini dərk edən media nümayəndəsi “Media haqqında” qanunun yaradacağı imkanları düzgün təhlil edəcək, ondan gələcək fəaliyyətində bəhrələnməyə çalışacaq: “Ağa qara deməyə adətkar olanlar, hər bir uğura, hakimiyyətin atdığı addımlara qara eynəkdən baxanlar daim yaxşını da pis görəcək, qarışıqlıq yaratmaq üçün ən çirkin yollara əl atacaq. Bu gün bəzi “ekspertlər” tərəfindən “Media haqqında” qanun lyihəsi ilə bağlı səsləndirilən fikirlər də bunun aydın ifadəsidir.”
Vüqar Rəhimzadə bildirib ki, 22 il bundan öncə qəbul olunan qanunun müasir tələblərə cavab verməsi təbii ki, mümkün deyil: “Əgər yenlikdən, təkmilləşmədən, mətbuatın qarşısında dayanan vəzifələrin uğurlu icrasından bəhs ediriksə, həmçinin cəmiyyətin informasiya tələbatının dolğun şəkildə ödənilməsini istəyiriksə, təkmiləşmə, yeni çağırışların nəzərə alınması qaçılmazdır. “Media haqqında” qanunun ən mühüm üstünlüklərindən biri peşəkar jurnalistlərin yetişməsinə şəratin yaradılmasıdır. Görünür bu günə kimi, bulanıq suda balıq tutanlar, reketlər, şantajçılar, mövcud boşluqlardan sui-istifadə edib öz çirkin niyyətlərini həyata keçirənlər, Qərbdən qrantlar alaraq bu sahədə nomal mühit yaratmaq cəhdlərinə zərbə vuranlar üçün yeni qanun sərf etmir.
Belələri nə zamanadək meydan sulamaqda davam edəcəklər? Hazırda Milli Məclisdə müzakirə olunan və yaxın zamanlarda qəbulu gözlənilən layihə birmənalı şəkildə peşəkar medianın maraqlarına uyğundur.”
Vüqar Rəhimzadə onu da əlavə edib ki, bu gün Azərbaycanın uğurlarını həzm edə bilməyən dairələrin əlində bir vasitəyə çevrilən və adı hər zaman xaricdən alınan qrantlarla yanaşı çəkilən Mehman Əliyev kimilərin görülən işlərə kölgə salmaq üçün dəridən-qabaqdan çıxmaları ikrah doğurur. Yeni qanun onun kimilərin indiyə qədər sui-istifadə etdikləri boşluqları aradan qaldıracaq. Onların yeni qanuna qarşı qərəzli münasibətinin arxasında da bu səbəb dayanır: “Cəmiyyət belə ekspertlərin hansı maraqlar naminə meydana atıldıqlarını çox yaxşı bilir. Cəmiyyətin güzgüsü olan mətbuatımızın keçdiyi inkişaf yoluna nəzər salsaq daim dövrün tələblərinə uyğun təkmilləşdiyini görərik. 1998-ci ildə senzuranın ləğvindən bugünədək mətbuat inkişafın önündə olub. “Media haqqında” Qanun layihəsinin bir qrup tərəfindən hədəfə alınması ictimaiyyətdə təəccüb doğurmur. Çünki belələrinin cəhdləri reallıqların fonunda sabun köpüyündən başqa bir şey deyil. Hər yeni qanun adında da ehtiva etdiyi kimi, yenilik, yeni mərhələnin başlanması deməkdir. Düşünürük ki, yeni qanun media sahəsində boşluqları aradan qaldıracaq, bu sahəyə qanunsuz gəlir mənbəyi kimi baxıb jurnalist adına ləkə olanların sıradan çıxmasını, təsadüfi insanlardan təmizlənməsini təmin edəcək.”
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34

