Tarixi yaddaşın bərpası - gələcək strateji hədəflərə çatmaq üçün
30.12.2021 [10:57]
İrəvan Müəllimlər Seminariyasının 140 illiyi qeyd ediləcək
Prezident İlham Əliyevin daim diqqət mərkəzində saxladığı əsas məsələlərdən biri xalqımızın öz tarixi irsinə sahib çıxması, milli keçmişimizə aid reallıqların öyrənilməsi və geniş təbliğ olunmasıdır. Bu, şübhəsiz ki, milli yaddaşın bərpası baxımından mühüm əhəmiyyətə malikdir. Dövlət başçısı xalqımızın milli hafizəsinin yenilənməsini təkcə tarixi məsələ kimi deyil, həm də siyasi, mənəvi, mədəni və ideoloji hadisə kimi nəzərdən keçirir. Çünki Azərbaycanın gələcək hədəflərinə nail olmaq - perspektiv inkişaf yolu həm də milli keçmişimizə sahib çıxmaqdan, tarixi yaddaşımızın siyasi-ideoloji, mədəni-mənəvi qatlarını yeniləməkdən keçir. Ona görə də Azərbaycan Prezidenti vaxtaşırı milli-ictimai yaddaşa mühüm tarixi məsələləri təqdim edir, bununla bağlı müvafiq addımlar atılır. Məsələn, dövlət başçısı 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yaradılandan bir gün sonra İrəvan şəhərinin Ermənistan dövləti üçün paytaxt şəhəri olmasına razılıq verməsini, eləcə də indiki Ermənistanın tarixi Azərbaycan torpaqlarında yaradılmasını xüsusi olaraq vurğulayır. Azərbaycan Milli Şurası 1918-ci il mayın 29-da keçirilən iclasında səs çoxluğu ilə İrəvan şəhərini Ermənistan respublikasının paytaxtı kimi tanımağı mümkün sayıb və bu şəhəri ermənilərə “bağışlayıb”. İrəvana sahiblənən ermənilər sonralar yaranmış şəraitdən sui-istifadə edərək digər ərazilərdən də azərbaycanlıları qovmağa, deportasiya etməyə başlayıblar və bu yolla öz ərazilərini genişləndiriblər. Bu tarixi fakt və siyasi reallıqdır. Tarix isə dərs çıxarmaq üçün əvəzsiz vasitədir. Çünki tarix dünənin siyasəti, siyasət isə bu günün tarixidir.
Prezident İlham Əliyev qətiyyətlə vurğulayır ki, “İrəvan bizim tarixi torpağımızdır və biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq. Bu, bizim siyasi və strateji hədəfimizdir və biz tədricən bu hədəfə yaxınlaşmalıyıq”. Şübhəsiz ki, bu siyasi-strateji hədəfimizə uyğun müvafiq addımlar atılır, həmçinin tarixi-mədəni və mənəvi-ideoloji əhəmiyyəti çox böyük olan işlər görülür. Dövlət başçısının 29 dekabr 2021-ci il tarixində “İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin qeyd edilməsi haqqında” Sərəncam imzalaması isə bu baxımdan çox mühüm əhəmiyyətə malikdir.
Qeyd etmək lazımdır ki, İrəvan Müəllimlər Seminariyası 1881-ci il noyabrın 8-də açılıb. Burada azərbaycanlılarla yanaşı, müxtəlif millətlərin nümayəndələri təhsil alıb. Ümumiyyətlə, İrəvan Müəllimlər Seminariyasının və gimnaziyasının təşkil edilməsi Cənubi Qafqazda maarifçiliyin geniş vüsət almasına ciddi təsir göstərib. Seminariyanın məzunları azərbaycanlıların yaşadığı bölgələrdə yeni məktəblərin açılmasında, soydaşlarımızın təhsilə cəlb edilməsində fəal iştirak ediblər, İrəvanda, Naxçıvanda, Azərbaycanın müxtəlif bölgələrində milli intibah yolunda böyük fədakarlıq göstəriblər.
Dövlət başçısının imzaladığı Sərəncamda bu və digər məsələlərə dair çox mühüm məqamlar diqqətə çatdırılıb. Qeyd edilib ki, İrəvan şəhəri tarixən azərbaycanlıların köklü yaşadığı böyük elm, maarif və mədəniyyət mərkəzlərindən biri kimi şöhrət tapmışdır: “Şəhərdə Azərbaycan xalqına məxsus son dərəcə zəngin ədəbi-mədəni mühit formalaşmışdır. İrəvan xanlığı çar Rusiyasının tərkibinə qatıldıqdan sonra burada dünyəvi təhsilə xüsusi diqqət yetirilməsində həmin mühitin özü əhəmiyyətli rol oynamışdır. XIX əsrin ikinci yarısından etibarən Cənubi Qafqazda maarifçilik hərəkatı geniş vüsət aldı. Regionda dünyəvi təhsil verən yeni tipli məktəbin - İrəvan Müəllimlər Seminariyasının açılması da məhz bu vaxtlara təsadüf edir”.
Sənəddə vurğulandığı kimi, 1881-ci ilin noyabr ayında fəaliyyətə başlayan İrəvan Müəllimlər Seminariyası çar hakimiyyətinin bölgədəki maraqları naminə yaradılmasına baxmayaraq, 40 ilə yaxın müddətdə hazırladığı müasir dünyagörüşünə və düşüncə tərzinə malik yüksəkixtisaslı milli müəllim kadrları ilə azərbaycanlıların üstünlük təşkil etdiyi İrəvan mahalında ədəbi-ictimai, elmi-mədəni həyatın ənənəvi dolğunluğunun və canlılığının qorunub saxlanılmasında təqdirəlayiq xidmətlər göstərmiş, pedaqoji fikir salnaməmizə yaddaqalan səhifələr yazmışdır: “Görkəmli maarifpərvər Firidun bəy Köçərli seminariyanın ilk müəllimlərindən olmuş, geniş mədəni-maarif işləri aparmışdır. Seminariyanın məzunları sırasında xalqımızın bir çox tanınmış şəxsiyyətləri və dövrünün görkəmli ziyalıları vardır”.
Şübhəsiz ki, İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin qeyd edilməsi təkcə təhsil hadisəsi, yaxud elmi məsələ deyil. Bu, elə tarixi torpaqlarımıza qayıdış hədəfinin reallaşması üçün çox mühüm addımlardan biridir. İrəvan, Göyçə, Zəngəzur kimi əzəli və tarixi torpaqlara qayıdış isə tank, top, tüfəng vasitəsilə həmin ərazilərə qədəm qoymaq deyil. Bu, milli kimliyimizi qoruyaraq, tarixi irsimizə sahib çıxaraq və milli yaddaşımızı yeniləyərək baş tutacaq hadisədir. Azərbaycan xalqı tədricən bu hədəfə yaxınlaşır!
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42

