Prezident İlham Əliyev Tacikistan Ali Məclisi Milli Məclisinin sədrini qəbul edib
03.03.2022 [14:44]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də Tacikistan Respublikası Ali Məclisi Milli Məclisinin sədri Rüstəm Emoməlini qəbul edib.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Tacikistan Respublikası Ali Məclisi Milli Məclisinin sədri Rüstəm Emoməlinin səfərinin səmərəli keçəcəyinə və ölkələrimiz arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsi işinə xidmət edəcəyinə əminliyini ifadə etdi.
Azərbaycanın və Tacikistanın bir çox istiqamətlərdə sıx qarşılıqlı fəaliyyət həyata keçirdiyini vurğulayan dövlətimizin başçısı özünün Tacikistan Prezidenti Emoməli Rəhmonla təmaslarının və qarşılıqlı dəstəyin önəmini qeyd etdi.
Dövlətimizin başçısı ölkələrimiz arasında parlamentlərarası əməkdaşlığın da uğurla inkişaf etdiyini bildirdi, iqtisadi, nəqliyyat və investisiya qoyuluşu sahələrində də yaxşı perspektivlərin mövcud olduğunu vurğuladı.
Xoş sözlərə görə minnətdarlığını bildirən Tacikistan Respublikası Ali Məclisi Milli Məclisinin sədri Rüstəm Emoməli, ilk növbədə, Tacikistan Prezidenti Emoməli Rəhmonun salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırdı.
Rüstəm Emoməli parlamentlərimiz arasında əməkdaşlıq haqqında sazişin, həmçinin Bakı və Düşənbənin qardaşlaşması barədə sənədin imzalanacağını qeyd edərək, bunları dostluq əlaqələrimizin yaxşı göstəricisi kimi qiymətləndirdi.
Prezident İlham Əliyev Tacikistanın dövlət başçısının salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Emoməli Rəhmona çatdırmağı xahiş etdi.
Xəbər lenti
Hamısına baxİdman
08 İyun 11:19
İqtisadiyyat
08 İyun 11:02
Elm
08 İyun 11:01
Dünya
08 İyun 10:57
Sosial
08 İyun 10:56
Dünya
08 İyun 10:22
Dünya
08 İyun 09:45
YAP xəbərləri
08 İyun 09:27
Dünya
08 İyun 09:17
Dünya
08 İyun 08:50
Dünya
08 İyun 08:25
Dünya
08 İyun 07:46
Dünya
08 İyun 07:30
Hadisə
07 İyun 23:42
Dünya
07 İyun 22:30
Siyasət
07 İyun 21:23
Dünya
07 İyun 20:17
Dünya
07 İyun 19:31
Sosial
07 İyun 18:34
Sosial
07 İyun 17:12
Siyasət
07 İyun 16:13
Dünya
07 İyun 15:40
Dünya
07 İyun 14:27
Dünya
07 İyun 13:31
Dünya
07 İyun 12:25
Dünya
07 İyun 11:19
Dünya
07 İyun 10:21
Dünya
07 İyun 09:50
Hadisə
07 İyun 08:39
Dünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Siyasət
06 İyun 18:58
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42

