Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Türkiyə Azərbaycana müdafiə sənayesi müşaviri təyin edəcək

Türkiyə Azərbaycana müdafiə sənayesi müşaviri təyin edəcək

02.06.2022 [13:21]

Türkiyənin Azərbaycandakı səfirliyində müdafiə sənayesi müşaviri vəzifəsi yaradılır.

APA xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müvafiq qərar imzalayıb.

Qərara əsasən, müdafiə sənayesi müşaviri xidmət apardığı ölkədə müdafiə sənayesinə dair prosesləri və buna bənzər mövzuları dəyərləndirib hesabatlar hazırlayacaq və Türkiyə Müdafiə Sənayesi İdarəsini məlumatlandıracaq.

Ümumilikdə Türkiyənin 9 ölkədəki səfirliyində Müdafiə Sənayesi Müşavirliyi heyəti yaradılacaq və təyinatlar olacaq.

Müdafiə sənayesi müşavirləri Bakı/Azərbaycan, Doha/Qətər, İslamabad/Pakistan, Braziliya, Cakarta/İndoneziya, Kuala Lumpur/Malayziya, Məsqət/Oman, Dəkkə/Banqladeş, London/Böyük Britaniya səfirliklərinin nəzdində fəaliyyət göstərəcək.

Paylaş:
Baxılıb: 778 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30