Prezidentin göstərişi ilə...
13.08.2022 [10:25]
Şuşada bəzi sahibkarlıq fəaliyyəti növləri qadağan olunub
Abidələrə təhlükə yaradan işlər dayandırılıb
Günel ABBASOVA
Şuşanın Baş Planı hazırlanarkən ölkə başçısı şəhərin relyefinə uyğun olaraq yaşıllıqları və landşaftı qoruyub saxlamaq, onu inkişaf etdirmək məqsədilə yaşıl dəhlizlərin inşası ilə bağlı göstəriş vermişdi. Prezident şəhərin Baş Planı ilə tanış olarkən burada Şuşanın tarixi əzəmətinin əsas götürülməsi, bütün yeni layihələrin tarix ilə müasirliyin vəhdəti üzərində qurulması aydın nəzərə çarpırdı. Şuşa şəhərində hazırda görülən işlərin Baş Plana uyğunlaşdırılması istiqamətində mütəmadi şəkildə yeni qanunlar, sərəncamlar və qərarlar imzalanır. Avqustun 11-də Baş nazir Əli Əsədov bu xüsusda iki qərar imzalayıb.
Birinci qərara əsasən, “Şuşa şəhərinin ərazisində qadağan olunmuş sahibkarlıq fəaliyyəti növlərinin Siyahısı” təsdiq edilib. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.
Şuşa şəhərinin ərazisində qadağan olunmuş sahibkarlıq fəaliyyəti növləri bunlardır: Bitkiçilik və heyvandarlıq, ovçuluq və bu sahələrdə xidmətlərin göstərilməsi (bitkiçilik sahəsində xidmətlərin göstərilməsi istisna olmaqla); Daş kömür və liqnit hasilatı; Xam neft və təbii qaz hasilatı; Metal filizlərin hasilatı; Mədənçıxarma sənayesinin digər sahələri; İçki istehsalı (mineral sular və digər suların butulkalarda istehsalı; alkoqolsuz içkilərin istehsalı istisna olmaqla); Tütün məmulatlarının istehsalı; Dərinin aşılanması, rənglənməsi və hazırlanması; Kağız və karton istehsalı (büzmələnmiş karton, kağız, karton və kağız taraların istehsalı, təsərrüfat-məişət və sanitariyagigiyena təyinatlı kağız məmulatlarının istehsalı, dəftərxana və kağız məmulatlarının istehsalı istisna olmaqla), Koks və təmizlənmiş neft məhsullarının istehsalı; Kimya sənayesi (ətriyyat və kosmetika vasitələrinin istehsalı istisna olmaqla); Rezin və plastmas məmulatların istehsalı (müxtəlif növ möhürlərin və ştampların hazırlanması, plastik qapı-pəncərə istehsalı istisna olmaqla); Digər qeyri-metal mineral məhsulların istehsalı (misgərlik fəaliyyəti, qalayçılıq fəaliyyəti, yeməkxana saxsı qablarının, digər təsərrüfat və tualet saxsı ləvazimatlarının istehsalı, saxsı məmulatların istehsalı istisna olmaqla), Metallurgiya sənayesi; Elektrik avadanlıqlarının istehsalı; Maşın və avadanlıqların istehsalı; Avtomobil, qoşqu və yarımqoşquların istehsalı; Sair nəqliyyat vasitələrinin istehsalı; Qazın istehsalı; Təhlükəsiz tullantıların emalı və ləğv edilməsi; Təhlükəli tullantıların emalı və ləğv edilməsi; Digər tullantıların yığılması və məhv edilməsi (zibilin və tullantıların yığılması və daşınması, ictimai yerlərdə zibilin zibil yeşiklərinə yığılması və onların daşınması, küçələrin, yolların, maşın dayanacaqlarının və s. süpürülməsi və sulanması, qar və buzdan təmizlənmə istisna olmaqla); Dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılması; Kəşfiyyat qazıntısı; Taxılın, emal olunmamış tütünün, toxumların və heyvanlar üçün yemin topdan satışı; Diri heyvanların topdan satışı; Dəri və gönün topdan satışı; Kənd təsərrüfatı maşınlarının və avadanlıqlarının topdan satışı; Dəzgahların topdan satışı; Dağ-mədən və tikinti, o cümlədən mülki tikinti üçün maşın və avadanlıqların topdan satışı; Yanacağın topdan satışı; Metal və metal filizinin topdan satışı; Meşə materiallarının, tikinti materiallarının və sanitar-texniki avadanlıqların topdan satışı; Gübrə və aqrokimyəvi məhsulların topdan satışı və Tullantıların və qırıntıların topdan satışı.
Baş nazirin digər qərarı ilə “Şuşa şəhərinin ərazisində yerləşən abidələrə təhlükə yaradan işlərin məhdudlaşdırılması və ya dayandırılması ilə bağlı yazılı göstərişlərin məzmunu, habelə təhlükənin aradan qaldırılması tədbirləri, onların həyata keçirilməsi Qaydası və müddəti” təsdiqlənib. Qərar Şuşa şəhərinin ərazisində yerləşən abidələrə təhlükə yaradan işlərin məhdudlaşdırılması və ya dayandırılması ilə bağlı yazılı göstərişlərin məzmununu, təhlükənin aradan qaldırılması tədbirlərini, onların həyata keçirilməsi qaydasını və müddətini müəyyən edir. Bununla da Şuşa şəhərinin hüdudları daxilində Azərbaycan Respublikasının Qanunu və digər normativ hüquqi aktları ilə müəyyən edilmiş hüquqi tənzimləmənin tətbiqinə zəmin yaradılmış olur.
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

