“Qalib ölkənin qalib gəncləri”
13.08.2022 [11:15]
Müxtəlif sferalarda fəaliyyət göstərən gənclər təltif olunub
Gənclik cəmiyyətin aparıcı qüvvəsidir. Eyni zamanda, daim axtarışda olan, yeniliyi sevən bir qüvvədir. Sağlam gənclik sağlam nəsil deməkdir. Xalqın təkidli tələbi ilə ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkə gənclərinin sağlam ruhda tərbiyəsi, əsl vətəndaş kimi formalaşması naminə məqsədyönlü islahatlara başlandı. Həmin islahatlar Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir. Bunun nəticəsidir ki, Azərbaycan gəncləri bu gün özlərini müstəqil Azərbaycan dövlətinin gəncləri kimi hiss edirlər. Onların əksəriyyəti vətənpərvər gənclərdir. Vətənpərvərliyin əsas nümunəsini gənclərimiz 44 günlük müharibə zamanı həm ön cəbhədə, həm də arxa cəbhədə nümayiş etdirdilər. İndi Azərbaycan dövlətinin və gənclərinin gücünü göstərən əsas amillərdən biri məhz Vətən müharibəsində əldə olunan Zəfərdir.
Müxtəlif sferalarda fəaliyyət göstərən vətənpərvər gənclərin inkişafı və stimullaşdırılması məqsədilə 2 fevral Gənclər Günü və 12 avqust Beynəlxalq Gənclər Günündə dövlət qurumları tərəfindən mükafatlandırılma mərasimləri keçirilir. Artıq iki ildir bu mərasimlər bir qədər də geniş xarakter alıb. Sevindiricidir ki, bu gün Azərbaycan gəncləri qalib ölkənin qalib gəncləri kimi mükafata layiq görülürlər.
Binəqədi rayonunda “12 Avqust Beynəlxalq Gənclər” günü münasibətilə keçirilən “Qalib ölkənin qalib gəncləri” adlı tədbir bu baxımdan olduqca əhəmiyyətli idi. Tədbirdə Millət vəkili Səbinə Xasayeva, Bakı şəhəri Gənclər və İdman Baş İdarəsi rəisinin birinci müavini Aydın Yusifov, YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov, YAP Binəqədi Rayon Təşkilatının sədr müavini Sevinc Abdullayeva, Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsin direktoru Günel Həsənova, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Amal Əsgərov, Vətən müharibəsi iştirakçısı qazi Ceyhun Sədrayev, Vətən müharibəsi qəhrəmanı şəhid Polkovnik-leytenant Anar Şükürovun oğlu fəal gənc Ümid Şükürlü, “Yeni Azərbaycan” qəzetinin əməkdaşı gənc jurnalist Günel Abbas və digər fəal gənclər iştirak ediblər.
Açılış nitqi ilə çıxış edən YAP Binəqədi Rayon Təşkilatının sədr müavini Sevinc Abdullayeva gənclərin bayramını təbrik edərək bildirib ki, ölkəmizdə gənlərə ən yüksək diqqət və qayğı göstərilir, bütün sahələrdə gənclərin iştirakına təkan vermək məqsədilə geniş imkanlar yaradılır. Daha sonra çıxış edən Səbinə Xasayeva çıxışında 1998-ci ildən hər il avqustun 12-nin dünyada Beynəlxalq Gənclər Günü kimi qeyd olunduğunu bildirib. Bakı şəhəri Gənclər və İdman Baş İdarəsi rəisinin birinci müavini Aydın Yusifov Azərbaycanın bir çox sahədə olduğu kimi, bu sahədə də bir çox ölkələri, o cümlədən beynəlxalq ictimaiyyəti qabaqladığını diqqətə çatdırıb. YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov bildirib ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün tələblərinə uyğun davam etdirilməsi gənclərin hərtərəfli fəaliyyətinə geniş imkanlar yaradıb.
Vətən müharibəsi qəhrəmanı şəhid Polkovnik-leytenant Anar Şükürovun oğlu Ümid Şükürlü və Vətən müharibəsi iştirakçısı Qazi Ceyhun Sədrayev bildiriblər ki, Dövlətimizin hər sahədə şəhid ailələri, qazilər və gənclərə göstərdiyi diqqət və qayğı danılmazdır. Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev və Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Amal Əsgərov da “12 Avqust Beynəlxalq Gənclər” günü münasibətilə gəncləri təbrik edib, uğurlar arzulayıblar.
Tədbir öz fəaliyyətləri ilə fərqlənən bir qrup gəncin fəxri fərmanla təltif olunması və bədii hissə ilə davam edib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29

