Qalib xalqın qalib partiyası
05.11.2022 [10:47]
Prezident İlham Əliyev: “Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır”
Yarandığı vaxtdan öz məqsədyönlü fəaliyyəti ilə müxalifətçiliyin sivil qaydalarını və normalarını müəyyənləşdirən Yeni Azərbaycan Partiyası ortaya yeni siyasi mədəniyyət forması qoydu. Və bununla da, bildirdi ki, əslində müxalif olmaq dövlət maraqlarına zidd mövqe tutmaq deyil, əksinə iqtidar partiyası kimi fəaliyyət göstərməklə məhz xalqa xidmət etmək, onun mənafeyini qorumaq prinsiplərinə əsaslanmaqdır. Yeni Azərbaycan Partiyasının yaranması və fəaliyyəti, eyni zamanda dövlətin siyasi sisteminin təşəkkül tapması baxımından da əlamətdardır. Ulu öndər Heydər Əliyev Yeni Azərbaycan Partiyasının yaradılmasını zamanın tələbi kimi qiymətləndirərək, o vaxtkı şəraitlə əlaqədar həmin zaman üçün tarixi zərurət kimi meydana gələn bir partiya olduğunu deyirdi: “Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içindən çıxmış zərurətdir. ...Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq istəyən, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə, bir təşkilati mərkəz olmadan, hərənin öz tərəfindən hərəkət etməsi nəticəsində, ağır şəraitdə, böyük təqiblər şəraitində yaranmışdır”.
Görkəmli Azərbaycan ziyalıları, nüfuzlu şəxsiyyətləri 1992-ci il oktyabr ayının 16-da 91 nəfər olmaqla “Səs”qəzetində imzaladıqları müraciətlə Azərbaycanın tanınmış siyasi lideri, Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etməsini xahiş edirlər. Tanınmış dövlət xadimi, böyük təcrübəyə malik ?lu ?ndər Heydər Əliyev həmin dövrdə blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə sədrlik edirdi.
1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə, Azərbaycanın regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu ilk konfrans keçirildi. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərarı, partiyanın Proqram və Nizamnaməsini qəbul etdi. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Habelə partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri seçildi. Beləliklə, Azərbaycanda böyük tarixi missiyanı öz üzərinə götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası yarandı.
90-cı illərin əvvəllərində xalqımızın istək və arzularının ən ümdəsi ictimai-siyasi sabitliyin təmin edilməsi, anarxiyanın aradan qaldırılması idi. Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə qayıdaraq bunları həyata keçirdi. Ölkəmizdə iqtisadi sabitliyin təmin edilməsi, tənəzzülə uğramanın qarşısının alınması və yeni dövrün tələblərinə uyğun şəkildə islahatların həyata keçirilməsi Heydər Əliyevin müdrik siyasətinin önəmli nəticəsidir. Onun irəli sürdüyü bütün tələblər Azərbaycan dövlətinin ardıcıl şəkildə həyata keçirdiyi və ölkəmizdə yeni iqtisadi mühitin, azad bazar iqtisadiyyatının formalaşmasını bir daha göstərir. Xalqın rifahının yaxşılaşdırılması istiqamətində əhəmiyyətli addımlar atılması, vətəndaşların sosial durumunun yaxşılaşdırılması ilə bağlı bir sıra addımlar atıldı. Cəmiyyətdə böyük nüfuza malik olan partiyanın əsas vəzifələri- dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firavan həyatının təmin edilməsidir. Dövlətçilik, azərbaycançılıq, vətəndaş həmrəyliyi, sosial ədalət prinsipləri YAP-ın qarşısında duran əsas vəzifələrdir. Ölkəmizin ictimai-siyasi həyatına Yeni Azərbaycan Partiyası qüdrətli bir təşkilat kimi daxil olur və qısa zamanda partiyanın şəhər və rayon təşkilatları təsis olunur. Bu təşkilatlar isə özlərində onlarla ərazi ilk partiya təşkilatlarını birləşdirir. Ölkədə demokratik ənənələrin, azad iqtisadi məkanın, sivil siyasi münasibətlərin bərqərar edilməsi istiqamətində atılmış addımlar Azərbaycanı qısa vaxt ərzində dərin tarixi burulğanların əhatəsindən qopararaq siyasi sabitlik və iqtisadi inkişaf dövrünə çıxardı. Yeni Azərbaycan Partiyası məhz, bu dövrdə öz qətiyyəti, ardıcıl və sistemli fəaliyyəti ilə respublikanın siyasi həyatında özünəməxsus yer tutaraq milli dövlət quruculuğu prosesinin müəllifinə çevrildi.
XX əsrin sonlarında - dünyanın demokratiyanı dövlət və cəmiyyətin inkişafının prioriteti kimi qəbul və dərk etdiyi bir dövrdə vətəndaş cəmiyyəti quruculuğu prosesinin nə qədər çətin və məsuliyyətli olduğunu izah etməyə ehtiyac yoxdur. Lakin bütün bunlara baxmayaraq son 30 ildə ölkənin siyasi sistemində aparıcı təşkilata çevrilən YAP-ın malik olduğu potensial respublikada olan problemlərin həllində mühüm faktorlardan biri kimi çıxış etməsi təkzibolunmaz həqiqətdir. 90-cı illərdə Azərbaycanda sivil siyasi münasibətlərdən - siyasi qüvvələr arasında inkişafa xidmət edən sağlam rəqabətdən, milli məsələlərə rasional və konstruktiv yanaşmadan söhbət belə gedə bilməzdi. Yalnız Yeni Azərbaycan Partiyası məhz bu ictimai-siyasi ənənələri yaratdı, Azərbaycanın gələcək demokratik inkişafının siyasi özülünü qoydu. Partiya öz sıralarına Azərbaycan cəmiyyətinin, demək olar ki, bütün təbəqələrindən olan sağlam düşüncəli və möhkəm əqidəli insanları birləşdirib.
Azərbaycanın müstəqillik tarixində qazandığı hər bir uğurunda Yeni Azərbaycan Partiyasının öz dəst-xətti, rolu vardır, 30 il şərəfli yol keçən partiya öz sıralarında 800 minə yaxın insanı birləşdirir. Yeni Azərbaycan Partiyası fəaliyyətinin ilk günlərindən, demək olar ki, bütün xalqı öz ətrafında birləşdirdi. Etnik mənsubiyyətindən, dilindən asılı olmayaraq bütün Azərbaycanı özünə bağlı sayan hər kəs bu partiya ətrafında toplanıb.
Yarandıqdan cəmi 7 ay sonra hakim partiyaya çevrilən Yeni Azərbaycan Partiyası Heydər Əliyev şəxsiyyətinə inamı ifadə etməklə yanaşı, həm cəmiyyətin irəliyə doğru keyfiyyətcə yeni inkişaf mərhələlərinə daxil olmasını təmin edən aparıcı siyasi qüvvə kimi çıxış edir, həm də yaratdığı yeni çağırışları və reallıqları tənzimləyərək gələcəyə istiqamətlənmiş məqsəd və vəzifələr müəyyənləşdirir. Ulu öndər Heydər Əliyevin bildirdiyi kimi, Yeni Azərbaycan Partiyasına xidmət etmək xalqa, dövlətə xidmət etmək deməkdir. Ulu öndər Heydər Əliyevin Azərbaycanın müstəqillik tarixində qoyduğu izlər, gördüyü işlər, Azərbaycanın ən yüksək zirvələri fəth etməsi üçün yaratdığı möhkəm təməl bundan sonra da ölkəmizə davamlı uğurlar qazandıracaq. Prezident İlham Əliyev bildirir: “Yeni Azərbaycan Partiyası Azərbaycanın müasir tarixində böyük fenomendir. Nəinki Azərbaycanda, qonşu ölkələrdə də Yeni Azərbaycan Partiyası kimi güclü, mütəşəkkil qüvvə yoxdur”.
Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev bu gün beynəlxalq aləmdə fəal siyasət apararaq Azərbaycanı tanıtmaq istiqamətində böyük işlər görür. Yeni Azərbaycan Partiyası təmsilçilərindən formalaşmış iqtidar komandası ölkəmizi tarixin ən böyük nailiyyətlərinə yetirib, ötən illər ərzində Azərbaycanı uğurla, inamla inkişaf etdirib dünya ölkələri sırasında ən ön cərgələrə yazdırıb. Və bu gün Azərbaycan həmin siyasətin nəticəsidir ki, güclü ölkəyə çevrilib.
Prezident İlham Əliyevin apardığı siyasətin məqsəd və vəzifələri, eyni zamanda onun Sədri olduğu partiyanın məqsəd və vəzifələri deməkdir. Buna görə də Prezident İlham Əliyevin təsdiq etdiyi, cəmiyyətin müxtəlif sahələrinin inkişafını nəzərdə tutan milli prioritetlər, dövlət proqramları, konsepsiyalar, inkişaf strategiyaları və fəaliyyət planlarındakı müddəalar partiyanın proqramında öz əksini tapmışdır. YAP-ın proqramında partiyanın inkişaf tarixinə və uğurlarına nəzər salınır, onun Heydər Əliyev yoluna və irsinə sadiqliyi, qarşısına qoyduğu məqsəd və vəzifələri böyük məsuliyyətlə, layiqincə yerinə yetirdiyi vurğulanır. Hüquqi dövlətin və vətəndaş cəmiyyətinin, bazar iqtisadiyyatı münasibətlərinin inkişafı istiqamətində YAP-ın fəaliyyətinin tarixi-siyasi əhəmiyyəti qeyd olunur.
YAP təkcə Azərbaycanın deyil, eyni zamanda regionun ən güclü və nüfuzlu siyasi partiyasıdır. İqtisadi və siyasi islahatlar, enerji sektorunda da uğurlarımız davamlıdır. Cənub Qaz Dəhlizinin rəsmi açılışı, onun əsas seqmentlərindən olan TANAP-ın istifadəyə verilməsi, “Yeni əsrin müqaviləsi”nin imzalanması və sair kimi biri-birindən əhəmiyyətli hadisələr Azərbaycanın dünyanın enerji təhlükəsizliyində yeri və rolunu möhkəmləndirir. Partiyanın beynəlxalq əlaqələrinin genişlənməsi isə Azərbaycanın dünyada mövqeyinin möhkəmlənməsinə əhəmiyyətli töhfə kimi çıxış edir. Partiyaya daim böyük etimad göstərilir, bunun müqabilində isə YAP xalqa sonsuz inam aşılayır. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham
Əliyevin həyata keçirdiyi siyasət ölkəmizə böyük nüfuz qazandırıb, Azərbaycan regionun lider dövlətinə çevrilib.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin siyasi, iqtisadi, sosial, ekoloji və hərbi təhlükəsizlik sahələrində həyata keçirdiyi strategiya unikaldır və ölkənin hərtərəfli, sürətli, innovativ inkişafını təmin edir. Bu strategiya Prezident İlham Əliyev tərəfindən işlənilmiş uzunmüddətli və elmə əsaslanan proqnozlar, onların həyata keçirilməsi üçün strateji planlaşdırma və innovativ idarəetmə texnologiyalarına əsaslanır. Strategiyanın uğurunun ən parlaq təsdiqi Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin payızında keçirilmiş 44 günlük Vətən Müharibəsidir. Bu müharibə nəticəsində 30 ilə yaxın Ermənistan tərəfindən işğal edilmiş torpaqlar azad edildi, ölkənin ərazi bütövlüyü bərpa olundu. Bununla da BMT Təhlükəsizlik Şurasının Azərbaycan Respublikasının torpaqlarının erməni işğalından dərhal və qeyd-şərtsiz azad edilməsinə dair qəbul etdiyi 4 qətnamənin tələbləri təmin edildi. Hazırda isə azad edilmiş ərazilərdə bərpa işləri böyük sürətlə və ən yüksək müasir standartlar nəzərə alınmaqla həyata keçirilir. Azad olunmuş ərazilərin bərpası və inkişafı ölkə Prezidenti İlham Əliyevin 2 fevral 2021-ci ildə imzaladığı sərəncamda nəzərdə tutulmuş milli prioritetlər əsasında həyata keçirilir. Əgər ölkənin ərazi bütövlüyünün hərbi və hərbi-diplomatik yolla bərpası çox qısa zaman kəsiyində həyata keçirildisə, müharibə və qarətlərdən sonra azad olunmuş ərazilərin bərpası da çox yüksək templə reallaşdırılır. Yaranmış vəziyyət həm innovativ idarəetmə texnologiyalarının, həm də ən müasir istehsal proseslərinin tətbiqi nəticəsində baş verir. Bu fəaliyyətin əsasında isə müvafiq bilik və bacarığa malik olan insan potensialının formalaşdırılması və idarə edilməsi durur. Ölkə Prezidenti İlham Əliyevin 2003-cü ildə Dünya Sammitində elan etdiyi milli inkişafın insan potensialına, onun bilik və bacarığına əsaslanması konsepsiyası öz nəticəsini göstərməkdədir və bu konsepsiyanın əməli icrası prosesində YAP-ın potensial və resurslarından da uğurla istifadə olunur.
44 günlük Vətən müharibəsində qazanılmış tarixi qələbə yalnız hərbi quruculuq sahəsində uğurlu fəaliyyətin nəticəsi kimi dəyərləndirilə bilməz. Hərbdə uğur və müharibənin fəsadlarının sürətli və səmərəli aradan qaldırılması ilk növbədə ölkənin iqtisadi, sosial və humanitar durumundan asılıdır. Bu sahələrin yüksək inkişaf səviyyəsində olması təhlükəsizliyin vacib şərtidir. Bununla yanaşı, ümumi və hərbi təhlükəsizlik və hərtərəfli innovativ tərəqqi yüksək səviyyəli diplomatiya, beynəlxalq münasibətlərin düzgün formalaşması, milli və qlobal səviyyədə obyektiv və operativ informasiyanın kütləvi şəkildə yayılmasından asılıdır. Bütün bu istiqamətlərdə Prezident, Ali Baş Komandan İlham Əliyev qabaqlayıcı strateji planlaşdırma və operativ idarəetmə siyasətini həyata keçirir. Bunun nəticəsidir ki, beynəlxalq təşkilatların rəsmi hesabatlarına əsasən, Azərbaycan Respublikası inkişafın davamlılığının təmin edilməsi və inklüziv cəmiyyətin qurulması sahəsində maddi və insan resurslarını ən səmərəli istifadə edən dövlət kimi tanınır.
Ölkənin hərtərəfli və innovasiyalara əsaslanan inkişafı, bu reallığın beynəlxalq səviyyədə tanınması və qəbul edilməsi yalnız dövlət idarəçiliyinin yüksək səviyyədə təşkili şəraitində mümkündür. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra ölkəni dərin siyasi, iqtisadi və humanitar fəlakətdən qurtaran ulu öndər Heydər Əliyev oldu. Bu uğuru daha da inkişaf etdirən ölkə Prezidenti İlham Əliyev dövlət idarəçiliyinə və bu sahə üçün kadr potensialının formalaşdırılması elm və praktikasına yeniliklər gətirdi. Azərbaycan Respublikasının innovativ inkişafı, bu inkişafın mərkəzində insanın, onun bilik və bacarıqlarının dayanması strategiyasının işlənilməsi və həyata keçirilməsi siyasəti 2003-ci ildən sonra xüsusilə sürətlənmişdir. Planlaşdırılmış hədəflərə nail olmaq üçün ölkədə təhsil, sağlamlıq və idman sahələri dinamik şəkildə inkişaf etdirilir, sosial məsələlər yüksək səviyyədə həll olunur, yeni biliklərə əsaslanan, neft və qazdan asılı olmayan iqtisadiyyat formalaşır, müasir tələblərə cavab verən infrastruktur yaranır. Ölkənin proqressivliyi və ənənəvi olaraq multikultural prinsiplərlə idarə edilməsi bir nümunə kimi qlobal və beynəlxalq toplantıların gündəliyinə daxil edilir. Dövlət idarəçiliyində sinergetik texnologiyalara aid olan insan inkişafına dair fəaliyyətin həyata keçirilməsində, ümumiyyətlə, ölkənin dünyada imicinin formalaşdırılmasında ölkənin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, YAP Sədrinin birinci müavini Mehriban xanım Əliyevanın əvəzsiz xidmətləri vardır. Mehriban Əliyevanın ardıcıl səyləri nəticəsində, YUNESKO, İSESKO, digər beynəlxalq humanitar, elmi, təhsil, dini, mədəni təşkilatlarla fəal əməkdaşlıq Azərbaycan Respublikasının dövlət inkişafı kursunun yüksək humanitar standartlara cavab verdiyini bütün dünyaya nümayiş etdirib.
Parlaq hərbi-diplomatik qələbənin qazanılmasında informasiya sahəsində həyata keçirilmiş fəaliyyət də çox əhəmiyyətlidir. Hərbi əməliyyatlar zamanı ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev dünyanın aparıcı televiziya kanallarına və qəzetlərinə ingilis, rus, türk və Azərbaycan dillərində 30-dan çox müsahibə vermişdir. İnnovativ dövlət idarəçiliyinin vacib tərkib hissəsi olan bu müsahibələr yüksək intellekt və diplomatiya məharətinin nümunəsi kimi hələ uzun illər tədqiq ediləcək. Bunların arasında Prezident İlham
Əliyevin ABŞ-ın “Foks Nyus” televiziyasına müsahibəsi xüsusi qeyd olunmalıdır. Açıq-aşkar qərəzli sualların cavabında Prezident İlham Əliyev ölkənin qısa müddətdə uğurlu inkişafına aid statistik məlumatları sadalayır və müxbirə “öz ölkəniz ilə müqayisə edin” təklifi verirdi. Belə inadlı təklif beynəlxalq təşkilatların rəsmi hesabatlarına görə Azərbaycanın bir sıra mühüm iqtisadi və sosial göstəricilərinin ABŞ və digər inkişaf etmiş ölkələrdəkindən daha yüksək olmasından qaynaqlanırdı. Bu fakt dünyanın 21-ci əsr üçün əsas prioriteti olan davamlı inklüziv inkişafa da aiddir. İnklüziv inkişaf tərəqqinin elə bir yoludur ki, bu zaman ölkə hərtərəfli inkişaf edir və prosesin müsbət nəticələrini bütün vətəndaşlar hiss edir. Dünya ölkələrində inklüziv inkişafın səviyyəsi beynəlxalq təşkilatlar tərəfindən xüsusi indeks ilə dəyərləndirilir. Ölkələrin inklüziv inkişaf indeksi 12 iqtisadi, sosial, demoqrafik, ekoloji göstəricilər əsasında hesablanır. Göstəricilər arasında əhalinin gəlirləri, bu gəlirlərin cəmiyyətdə ədalətli bölünməsi, işsizliyin səviyyəsi, ölkənin xarici borcunun həcmi, əhalinin demoqrafik strukturu, iqlim dəyişikliklərinə təsirin səviyyəsi və s. yer almışdır. Beynəlxalq təşkilatların dəyərləndirmələrinə görə, Azərbaycanın inklüziv inkişaf göstəriciləri bir sıra inkişaf etmiş “böyük yeddilik” (G 7), Avropa İttifaqına daxil olan ölkələrdən daha yüksəkdir. O da qeyd edilməlidir ki, müqayisəyə cəlb edilən bütün ölkələrin iqtisadi imkanları Azərbaycan Respublikasından əhəmiyyətli dərəcədə yüksəkdir. Nisbətən az vəsaitin istifadəsi ilə daha yüksək nailiyyətlərin əldə edilməsi intellektə əsaslanır, yalnız yüksək səviyyəli idarəetmə texnologiyalarının tətbiqi şəraitində mümkündür. Prezident cənab İlham Əliyevin dövlət idarəçiliyində tətbiq etdiyi yeni kompleks texnologiyalar həm sülh, həm də hərbi şəraitdə öz yüksək səmərəliliyini parlaq şəkildə nümayiş etdirdi.
Azərbaycan Respublikasında Prezident İlham Əliyevin nəzəri baxımdan əsaslandırılmış və praktiki olaraq dünyada ilk dəfə dövlət idarəçiliyində tətbiq etdiyi texnologiyalar yüksək səmərəsi ilə fərqlənir. Azərbaycanın hərbi sahədə işlətdiyi innovativ texnologiyalar kimi, iqtisadi və sosial sahədə də tətbiq olunan texnologiyalar yenidir, ilk dəfə Prezident cənab İlham Əliyev tərəfindən işlənilib, praktikada istifadə edilmişdir. Heç şübhə yoxdur ki, bu texnologiyalar da dünyada geniş öyrəniləcək və istifadə ediləcək. Bu qənaətin düzgünlüyü misallarla təsdiqini tapıb. 2018-ci ildə Davos Dünya İqtisadi Forumunun təsisçisi və əvəzsiz Prezidenti, professor Klaus Şvab xüsusi hesabat dərc etmişdir. Hesabatda dünyanın 146 ölkəsinin iqtisadi imkanları və bu imkanlardan sosial sahənin inkişafı üçün nə dərəcədə istifadə edilməsi təhlil edilmişdir. Professor Klaus Şvab 7 ölkə - ABŞ, Almaniya, Danimarka, Braziliya, Cənubi Afrika, Vyetnam və Azərbaycanın göstəricilərinə xüsusi diqqət ayırmışdır. Hesabatda təqdim olunmuş təhlildən aydın olur ki, Azərbaycan Respublikası uğurlu sosial siyasət həyata keçirən və bu məqsədlə iqtisadi imkanlarından dünyada ən səmərəli istifadə edən ölkədir.
Vətən müharibəsi bitəndən sonra ölkə və regionun inkişafında yeni mərhələ başlayır. Ölkə Prezidenti cənab İlham Əliyev xalqa müraciətində yeni mərhələnin azad edilmiş ərazilərin bərpası və inkişafı ilə əlaqədar olacağını qeyd edib. Azərbaycan Respublikasında dövlət idarəçiliyində tətbiq edilən innovativ texnologiyaların bu mərhələnin də uğurunu təmin edəcəyi şübhəsizdir.
Yeni Azərbaycan Partiyası da qurucu, yaradıcı Sədrinin siyasi kursuna daim dəstək olaraq yeni Azərbaycanın quruculuğu ilə məşğuldur, onun fəaliyyəti bu gün müstəqil Azərbaycanda yeniləşir, modernləşir, inkişaf edir. Bu isə qarşıya yeni hədəflər çıxarır, qarşıya yeni məqsədlər qoyur. Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev cənablarının söylədiyi kimi: “YAP sözün əsl mənasında ümumxalq partiyasına çevrilib. Cəmiyyətimizin bütün təbəqələri hakim partiyada birləşib. YAP nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi təşkilatıdır. Partiyamızın böyük ənənələri var. Yeni Azərbaycan Partiyası bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq”.
Bu gün Yeni Azərbaycan Partiyasının yaranmasının 30-cu ildönümünü tarixi ədalətin bərpa olunduğu, haqq savaşımızda qələbə qazandığımız, “Qarabağ Azərbaycandır!” nidası ilə möhürlənmiş tarixi günlər ərəfəsində qeyd edirik. Və bu gün ən maraqlı məqam odur ki, Yeni Azərbaycan Partiyasının yaranmasının tarixi Azərbaycanın müstəqillik dövrünün tarixi ilə, demək olar ki, üst-üstə düşür. Böyük qələbəni al qanı ilə yazan şəhidlərimizin intiqamının alınması ilə qazanılan zəfəri, qalibiyyəti Azərbaycan xalqına bəxş etməklə Prezident İlham Əliyev, həm də həyatını Azərbaycana həsr edən, “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur”, - deyən Ulu Öndərin arzusunu reallaşdırıb.
Urxan Ələkbərov,
Azərbaycan Respublikası
Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik
Xəbər lenti
Hamısına baxDünya
08 May 23:34
Formula 1
08 May 22:46
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05
İqtisadiyyat
08 May 12:04
İqtisadiyyat
08 May 12:03
Gündəm
08 May 11:19
YAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20

