31 il əvvəl, bu gün...
16.12.2022 [10:27]
16 dekabr 1991-ci il
Heydər Əliyevin təşəbbüsü ilə
“Biz böyük qürur hissi ilə deyə bilərik ki...”
Günel ABBASOVA
Dünyanın harasında yaşamasından asılı olmayaraq, dünya azərbaycanlılarının həmrəyliyi günü hər bir azərbaycanlı üçün əzizdir. Hər il xalqımız bu əlamətdar günü daha mütəşəkkil, daha təşkilatlanmış və müqəddəs amallar ətrafında birləşərək qeyd edir.
Təsadüfi deyil ki, bir çox mütərəqqi qərarlar kimi bu günün təsis olunması da xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə bağlıdır. 1991-ci il dekabrın 16-da ulu öndər Heydər Əliyevin imzası ilə qəbul edilən qərar bir tərəfdən böyük liderin uzun illərdən bəri uğrunda mübarizə apardığı amalın təntənəsi idi. Digər tərəfdən müstəqilliyin bərpa olunmasından sonra bütün dünyaya səpələnmiş milyonlarla azərbaycanlının vahid ideologiya ətrafında birləşdirmək məramına xidmət göstərirdi.
Ali Məclisin Sədri Heydər Əliyev bu iclasda çıxışı zamanı bildirib ki, Dünya Azərbaycan türklərinin milli həmrəylik və birlik günü haqqında məsələnin Naxçıvan Muxtar Respublikası Ali Məclisi sessiyasında müzakirə olunması, böyük siyasi əhəmiyyətli qərar qəbul edilməsi Azərbaycan türklərinin uzun illər ayrılıqdan sonra birləşməsi yolunda ilk addımdır. Biz böyük qürur hissi ilə qeyd edə bilərik ki, bu, məhz Naxçıvanda, qədim türk diyarında irəli sürülmüşdür.
Dekabrın 25-də isə Ali Sovet müraciəti nəzərə alaraq, dekabrın 31-nin dünya azərbaycanlılarının həmrəyliyi günü elan olunması barədə qanun qəbul edib.
Ulu öndər Heydər Əliyev hələ sovet hakimiyyəti illərində Azərbaycana rəhbərlik edərkən respublikanın gələcək müstəqilliyini aydın görüb, özünün bütün fəaliyyətini ümummilli mənafelərin həyata keçirilməsinə həsr edib. 1990-cı illərin əvvəllərində Naxçıvan Muxtar Respublikasına, 1993-cü ildən isə müstəqil Azərbaycana rəhbərlik edərkən o, azərbaycançılıq məfkurəsini xalqımızın vahid milli ideyası kimi irəli sürüb, onu daha da inkişaf etdirərək milli ideologiyamızın nəzəri və təcrübi konsepsiyasını yaradıb, dövlətçilik ideologiyası kimi inkişaf etdirib. Yeni Azərbaycan Partiyasının proqramındakı ideoloji prinsiplər də öz mayasını məhz bu amaldan götürüb. Bu baxımdan Ulu Öndərin “Yeni 2001-ci il, yeni əsr və üçüncü minillik münasibəti ilə Azərbaycan xalqına müraciəti” əslində milli ideologiyamızın tarixi-nəzəri konsepsiyasıdır.
Ölkəmizin tam siyasi-iqtisadi müstəqilliyi, milli mənəvi dəyərlərin qorunması şərti ilə ümumbəşəri dəyərlərə inteqrasiyası təmin olunub, müstəqil, müasir, demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu uğurla aparılıb. Sosial ahəngdarlığın və vətəndaş həmrəyliyinin möhkəmləndirilməsinə xidmət edən sosial dövlətçilik və sosial ədalət təmin edilib. Bütün bunlar milli ideologiyamızın və inkişaf strategiyamızın başlıca prinsiplərini təşkil edir. Hazırda milli ideologiya bütün prinsiplər üzrə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir.
Ümummilli Liderimizin əsasını XX əsrin 70-ci illərində qoyduğu, 1990-cı illərin əvvəllərində Naxçıvanda yaşayıb, işləyərkən inkişaf etdirdiyi və mühüm siyasi qərarla tarixiləşdirdiyi dünya azərbaycanlılarının həmrəyliyi və birliyi ideyası onun Azərbaycana rəhbərliyə qayıdışından sonra qarşısıalınmaz reallığa çevrilib. Heydər Əliyevin verdiyi Sərəncamla ilk dəfə 2001-ci il noyabr ayının
9-10-da Bakı şəhərində Dünya azərbaycanlılarının I Qurultayı keçirilib. Məhz bundan sonra dünyanın siyasi xəritəsi üzrə səpələnmiş milyonlarla azərbaycanlı təşkilatlanmağa başlayıb, vahid azərbaycançılıq ideyası və müstəqil dövlətimizin bayrağı altında birləşərək ümummilli həmrəylik ideyası uğrunda səfərbər olublar.
Dövlətimizin başçısı İlham Əliyevin imzaladığı sərəncamlarla Bakı şəhərində 2006-cı il martın 16-da Dünya Azərbaycanlılarının ikinci, 2011-ci il iyulun 5-6-da üçüncü, 2016-cı il iyunun 3-4-də isə dördüncü qurultayının keçirilməsi diaspor quruculuğu işinə əsaslı töhfə verdi. Bu qurultaylar dünya azərbaycanlılarının birlik və həmrəyliyinin təntənəsi baxımından mühüm tarixi əhəmiyyət kəsb edir. Eyni zamanda, qurultaylar dünya azərbaycanlılarının Prezident İlham Əliyevin və Azərbaycan dövlətinin ətrafında sıx birləşdiyini bir daha sübut etdi. 44 günlük Vətən müharibəsində dünya azərbaycanlılarının həmrəyliyi tarixi Qələbəmizi daha inamlı etdi. Müqəddəs savaşımız zamanı xaricdə yaşayan soydaşlarımızın düşmənin və anti-Azərbaycan dairələrinin təxribatlarına qarşı cəsarətli etirazları, dünya ictimaiyyətinə Azərbaycan həqiqətlərinin göstərilməsi işində fədakar xidmətləri Qələbəmizə layiqli töhfə oldu.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

