/ / Azərbaycan Ermənistana qarşı təbii sərvətlərin qanunsuz istismarına dair yeni hüquqi məsuliyyət tədbirləri planlaşdırır
Azərbaycan Ermənistana qarşı təbii sərvətlərin qanunsuz istismarına dair yeni hüquqi məsuliyyət tədbirləri planlaşdırır
29.12.2022 [19:07]
Növbəti ilin əvvəlində Azərbaycan tərəfi Ermənistana qarşı ətraf mühitə və canlı təbiətə vurulmuş zərər, həmçinin enerji resurslarının və təbii sərvətlərin qanunsuz istismarına dair yeni hüquqi məsuliyyət tədbirləri planlaşdırır.
Bu, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin 2022-ci ilin yekunlarına dair məlumatında yer alıb.
Bildirilib ki, il ərzində Beynəlxalq Ədalət Məhkəməsi (BƏM) və İnsan Hüquqları üzrə Avropa Məhkəməsində Azərbaycan tərəfinin Ermənistana qarşı verdiyi şikayətlər üzrə zəruri tədbirlər görülüb.
"Dekabr ayında Azərbaycan tərəfi Ermənistana qarşı 2022-ci ilin may-avqust aylarında Ermənistanın Laçın şəhərini və iki qonşu kəndi tərk etməsi zamanı əmlakın, o cümlədən yüzlərlə mülki evin və digər yaşayış sahələrinin qəsdən və məqsədyönlü şəkildə dağıdılmasına dair yeni dövlətlərarası şikayət təqdim edib. Azərbaycan tərəfi insan hüquqlarının kobud şəkildə pozulması nəticəsində dəymiş ziyana görə kompensasiya, reparasiya, restitusiya, digər xərclərin qarşılanmasını tələb edir. Bundan əlavə, Ermənistana qarşı aparılan hüquqi məsuliyyət tədbirləri çərçivəsində BƏM-ə təqdim ediləcək əsas iddia - 30 illik hərbi işğal dövrünə aid bütün faktları əks etdirən müfəssəl sənəd yekunlaşdırılıb. Sənəd 2023-cü ilin yanvar ayının sonunda BƏM-ə təqdim ediləcək. Həmçinin 12 oktyabr 2022-ci il tarixində BƏM Ermənistan tərəfindən 16 sentyabr 2022-ci il tarixində Azərbaycana qarşı yeni müvəqqəti tədbirlərə dair verilmiş vəsatəti rədd edib. Növbəti ilin əvvəlində Azərbaycan tərəfi Ermənistana qarşı ətraf mühitə və canlı təbiətə vurulmuş zərər, həmçinin enerji resurslarının və təbii sərvətlərin qanunsuz istismarına dair yeni hüquqi məsuliyyət tədbirləri planlaşdırır", - məlumatda xatırladılıb.
Xəbər lenti
Hamısına baxİdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30

