Nümayəndələr Palatasının yeni spikeri...
10.01.2023 [11:17]
Politoloq: Kevin Makkarti Azərbaycana münasibətdə ədalətli olacaq
ABŞ Konqresinin Nümayəndələr Palatasının yeni spikeri seçilib. Artıq bu vəzifəni Respublikaçılar Partiyasının nümayəndəsi Kevin Makkarti daşıyacaq.
Nümayəndələr Palatasının spikerini yalnız səsvermənin 15-ci turunda seçmək mümkün olub. Qanunvericilərin altısı namizədlərin heç birini dəstəkləmədiyi üçün 216 səs Kevin Makkartinin sədr seçilməsinə kifayət edib. Əvvəlki turlarda olduğu kimi, 15-ci turda da Hakim Ceffrisə Konqresin aşağı palatasındakı demokratların 212 təmsilçisi səs verib.
Nümayəndələr Palatasının spikeri ABŞ-ın dövlət iyerarxiyasında üçüncü mühüm vəzifə sayılır. Kevin Makkartinin hələ yanvarın 5-də bu vəzifəni tutacağı gözlənilirdi, lakin bir neçə partiyadaşının mövqeyinə görə o, lazımi qədər səs toplaya bilmirdi. CNN telekanalının məlumatına görə, bəzi respublikaçılar sabiq prezident Donald Trampla telefon danışığından sonra mövqelərini dəyişiblər. Son 100 ildə ilk dəfədir ki, Nümayəndələr Palatasının sədrini ilk səsvermədə seçmək mümkün olmayıb. Analoji hadisə sonuncu dəfə 1923-cü ildə baş vermişdi. O zaman spiker səsvermənin doqquzuncu turunda seçilmişdi. Qeyd edək ki, Kevin Makkarti bu vəzifədə ermənipərəst Nensi Pelosini əvəzləyib.
Ümumiyyətlə, Nümayəndələr Palatasında Respublikaçılar Partiyasının təmsilçilərinin üstünlük qazanması nə vəd edir? Məsələ ilə bağlı qəzetimizə açıqlama verən politoloq Yeganə Hacıyeva bildirib ki, ABŞ seçki sistemi müasir dünyanın şərtlərinə görə köhnə sistemdir və günün, eləcə də ABŞ-ın özünün bütün dünyada müdafiəçisi elan etdiyi demokratiya tələbləri ilə bəzən uzlaşmır. ABŞ öz tarixinin böyük hissəsində seçkilərlə ikipartiyalı sistem əsasında idarə edilib, ölkənin seçki sistemini ümumilikdə bu iki partiyanın sistemi, seçkiləri isə bu iki partiyanın yarışması da adlandıra bilərik. Onun sözlərinə görə, ABŞ seçki sistemində yalnız bir dəfə 1912-ci ildə partiyadan olan namizəd, islahatçı kimi namizədliyi irəli sürülən Teodor Ruzvelt seçkilərdə səslərin 20 faizini qazana bilib: “Ümumiyyətlə, ABŞ seçki sistemi elə qurulub ki, ölkə üzrə bütün ştatlar üzrə yekcins və vahid seçki mexanizmi yoxdur, bu proses çoxpilləli və bir neçə mərhələdən ibarət mürəkkəb prosesdir. “Reality şou” xarakteri daşıyan ABŞ seçkisi həmişə gərgin və son illər isə seçki sisteminin cəmiyyətdə doğurduğu bir sıra narazılıqlarla keçir. 2020-ci il noyabrın 3-də keçirilən prezident seçkiləri və keçən ilin yanvar ayında Baydenin inaqurasiyası günü Kapitolidə yaşananlar buna misaldır. Seçki sonrası keçirilən sorğuların nəticəsi onu sübut edir ki, AB?-da uzun illərdir tətbiq olunan seçki sistemi artıq əvvəlki demokratik müsbət effekti vermir”.
Politoloq qeyd edib ki, Nümayəndələr Palatasının spikeri vəzifəsinə seçkilər də çox gərgin keçib. Bunun səbəbi təkcə iki partiya arasında olan siyasi mübarizə deyil. Respublikaçılar Partiyasının daxilində də rəqabət var idi. Ona görə də, belə gərginlik baş verdi. Həmsöhbətimiz söyləyib ki, Nümayəndələr Palatası ABŞ-da siyasi və iqtisadi qrupların lobbi maraqlarının təmin olunduğu dövlət təsisatıdır. Nümayəndələr Palatasında respublikaçılar çoxluq təşkil etsə də, spiker seçkisinin gərgin keçməsi məhz lobbi qrupları arasında rəqabətin göstəricisidir.
Keçmiş spiker Nensi Pelosiyə gəlincə, Yeganə Hacıyeva hesab edir ki, o, lobbi qruplarının pulu ilə istənilən prosesə imza atacaq bir simadır: “Pelosi illər öncə Azərbaycana səfəri çərçivəsində məcburi köçkünlərın çadır düşərgəsində göz yaşı axıtmışdı. Amma o, ötən il Ermənistanda da qondarma “soyqırımı” abidəsi önündə ağladı. Bu fakt onun qeyri-prinsipial sima olduğunu göstərir. Amma indiki spiker Makkarti haqqında bunu deyə bilmərik. Kevin Makkarti ənənəvi amerikan siyasətçisidir və kifayət qədər konservativ baxışlıdır. Öz baxışlarını müdafiə etmək üçün başqaları ilə münasibətləri korlamaqdan qorxmayan bir siyasətçidir. Amma onu da qeyd etməliyik ki, spiker Makkarti Nensi Pelosidən fərqli olaraq Azərbaycana münasibətdə ədalətli mövqe tutacaq. Mən inanıram ki, əgər Makkarti Azərbaycana səfər edərsə, reallıqları olduğu kimi ifadə edəcək, həqiqətləri dünyaya çatdıracaq. Hesab edirəm ki, Makkartinin spikerliyi dövründə Nümyanədələr Palatasındakı erməni lobbisinin nümayəndələri Azərbaycana qarşı əl-qol aça bilməyəcəklər. Yəni Pelosinin dövrü ilə müqayisədə vəziyyət xeyli fərqli olacaq”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10

