Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Nazirlər Kabineti prekursorlarla bağlı qərarını dəyişib

Nazirlər Kabineti prekursorlarla bağlı qərarını dəyişib

17.01.2023 [16:00]

Nazirlər Kabineti “İdxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların alınması, saxlanılması, satılması, əldə edilməsi, paylaşdırılması, buraxılması, daşınması, göndərilməsi və onlardan istifadə edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 29 oktyabr 2020-ci il 29 oktyabr tarixli qərarında dəyişiklik edib.

Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, bundan sonra Səhiyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi prekursora illik tələbat barədə qəbul edilmiş qərarı real vaxt rejimində Daxili İşlər Nazirliyinə və prekursorların idxalına, ixracına, tranzit nəql edilməsinə nəzarətin həyata keçirilməsi məqsədilə isə Dövlət Gömrük Komitəsinə göndərəcək.

"Bu qərarla prekursorların illik tələbata uyğunluğu yoxlanıldıqdan sonra ölkəyə buraxılması mexanizmi tənzimlənir. Həmçinin qərarda prekursorlara olan illik tələbat barədə müraciətə prekursorların adı, xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə kodu, mənşəyi və istifadə məqsədinə dair məlumatların əlavə edilməsi ilə bağlı müddəlar əks olunub", - deyə hökumətdən bildirilib.

Paylaş:
Baxılıb: 636 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Siyasət

Analitik

Sosial

Sosial

Daxili siyasət

Ədəbiyyat

Payızın ilk “Ulduz”u 

30 Sentyabr 13:43  

Gündəm

BMT çərçivəsində ilk...

30 Sentyabr 12:19  

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Yeni müdafiə mexanizmi

30 Sentyabr 10:43

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31