/ / Azərbaycan Beynəlxalq Məhkəməyə Ermənistanın minalar yerləşdirməsi ilə bağlı yeni faktlar təqdim edib
Azərbaycan Beynəlxalq Məhkəməyə Ermənistanın minalar yerləşdirməsi ilə bağlı yeni faktlar təqdim edib
31.01.2023 [14:26]
"Azərbaycanın Beynəlxalq Məhkəmədə Ermənistana qarşı iddia qaldırmasında məqsəd erməni tərəfinin yerləşdirdiyi minaların partlaması nəticəsində azərbaycanlıların qətlə yetirilməsinə və əlil olmasına son qoymaqdır".
“Report” xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Beynəlxalq Ədalət Məhkəməsində keçirilən dinləmələrdə çıxışı zamanı deyib.
“Azərbaycan bu gün yalnız bir məqsədlə məhkəməyə müraciət edib: 2020-ci ilin noyabrında üçtərəfli bəyanatın imzalanmasından sonra Ermənistanın yerləşdirdiyi partlayıcı qurğuların partlaması nəticəsində etnik və milli mənsubiyyətinə görə azərbaycanlıların davamlı şəkildə qətlə yetirilməsinə və əlil olmasına son qoymaq”, - E.Məmmədov bildirib.
Onun sözlərinə görə, cəmi 1 il əvvəl Ermənistan məhkəmədə Azərbaycan Respublikasının ərazisində yerüstü minalar yerləşdirmədiyini iddia etsə də, bütün bunlar yalandır: “Azərbaycan Ermənistan tərəfindən yerüstü minaların və partlayıcı qurğuların yerləşdirilməsi ilə bağlı yeni faktlar aşkar edib".
Nazir müavini qeyd edib ki, 2021-ci il dekabrın 7-də əvvəlki məhkəmə qərarının elan edilməsindən sonra 2021-ci ildə Ermənistanda istehsal olunmuş və Azərbaycan ərazisində yerləşdirilmiş 2700-dən çox yeni mina aşkar edilib ki, bunların 1800-dən çoxu Ermənistan-Azərbaycan sərhədindən uzaqda yerləşən mülki yaşayış məntəqələrinin yaxınlığında tapılıb.
Xatırladaq ki, 2021-ci ilin oktyabrında BMT-nin Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Beynəlxalq Konvensiyanın pozulmasına görə Ermənistana qarşı qaldırdığı iddia üzrə ikigünlük dinləmələr keçirilib. Həmin il dekabrın 7-də isə Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanda fəaliyyət göstərən fiziki şəxslər və təşkilatlar tərəfindən azərbaycanlılara qarşı irqi nifrət təbliğatının qadağan edilməsi üzrə müvəqqəti tədbirlər görülməsi ilə bağlı Azərbaycanın vəsatətini təmin edib. Məhkəmə həmçinin Ermənistanda azərbaycanlılara qarşı etnik zəmində insan hüquqlarının pozulmasının qarşısını almaq üçün təcili tədbirlər görülməsi ilə bağlı qərar qəbul edib.
Xəbər lenti
Hamısına baxSosial
11 İyul 11:18
Hərbi
11 İyul 10:52
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17

