“Hatayda çox dəhşətli mənzərələr gördüm”
13.02.2023 [12:07]
TÜRKSOY-un azərbaycanlı nümayəndəsi Türkiyədə zəlzələ dağıntısından 3 nəfərin xilas olmasına yardım edib
Türkiyənin zəlzələ fəlakəti ilə əlaqədar yaşadığı bu ağır günlərində bütün ölkələr və beynəlxalq təşkilatlar dəstəklərini əsirgəmirlər. Beynəlxalq Türk Mədəniyyət Təşkilatı (TÜRKSOY) da maddi və mənəvi olaraq bu faciəli günlərdə Türkiyənin yanındadır.
TÜRKSOY-un Baş katibi Sultan Rayevin göstərişi ilə təşkilatın əməkdaşları zəlzələ bölgələrinə gedərək zərərçəkənlərə dəstək veriblər.
Bu heyətdə iştirak edən TÜRKSOY-un mətbuat şöbəsinin azərbaycanlı əməkdaşı Vüqar Novruzoğlu “Yeni Azərbaycan” qəzetinə öz təəssüratlarını bildirib.
Xatırladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık və Elbistan rayonlarında 7,7 və 7,6 maqnitudalı, eyni gündə Qaziantepin Nurdağı və İslahiye rayonlarında 6,4 və 6,5 maqnitudalı zəlzələlər baş verib.
13,5 milyon insanın həyatına təsir edən zəlzələ Kahramanmaraş, Hatay, Osmaniyə, Adıyaman, Qaziantep, Şanlıurfa, Diyarbakır, Malatya və Adana başda olmaqla ətraf ərazilərdə dağıntılar törədib, təkanlar paytaxt Ankarada da hiss edilib.
“Qazaxıstanın xilasetmə qrupu ilə ata və iki oğlunu dağıntılar altından sağ çıxardıq”
Vüqar Novruzoğlu deyib ki, Türkiyədə baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək vermək üçün TÜRKSOY olaraq mütəşəkkil qaydada fəaliyyətə başlayıblar:
“Hadisənin ikinci günündə biz TÜRKSOY olaraq 13 nəfərlik heyətlə zəlzələdən zərərçəkənlər üçün ən zəruri ehtiyaclar ola bilən əşyalar, qida və geyimlə dolu iki avtomobillə bölgələrə getdik. Əslində məqsədimiz həm də tərcüməçi kimi dəstək vermək idi. Çünki TÜRKSOY-da rusca, ingiliscə, balkan dillərində bilənlər başqa ölkələrdən gələn xilasedicilərlə əlaqə qurmalarına yardım edə bilərdi. Amma zəlzələ bölgəsinin coğrafiyası o qədər geniş idi ki, ora çatdığımızda bu işləri koordinasiya etmənin o qədər də mümkün olmayacağını anladıq.
Bizim ilk getdiyimiz yerlərdən biri Qaziantepin Beykent kompleksi idi. Biz orada TÜRKSOY heyəti olaraq zəlzələdən zərəçəkənlər üçün qışda soyuğa, yayda istiyə davamlı çadırlar qururduq. Bilirsiniz ki, başda Azərbaycan olmaqla dünyanın müxtəlif ölkələrindən olan xilasetmə qrupları Türkiyədədir. Azərbaycandan olan xilasedicilərlə Türkiyə əhalisi arasında tərcüməyə ehtiyac yoxdur.
Amma türk dünyasından - Qazaxıstan, Qırğızstan və digər ölkələrdən gələn heyətlər üçün tərcüməçiyə ehtiyac olur. Orada məlum oldu ki, Qzaxıstandan gələn xilasetmə qrupu günlərdir tərcüməçisiz çalışır və tərcüməçiyə ehtiyac var. O səbəbdən də onlara tərcüməçi olaraq mən təhkim edildim. Qrupda 16-17 nəfər qazaxıstanlı xilasedicilər vardı. Tam 19 saat səhərə qədər dayanmadan onlarla bərabər çalışdıq. Zəlzələ baş verdiyi andan tam 77 saat sonra ata və iki oğul olmaqla 3 nəfəri dağıntılar altından sağ-salamat çıxarmanın sevincini yaşadıq”.
Vüqar Novruzoğlu deyib ki, Qaziantepdən sonra TÜRKSOY qrupu olaraq Hataya gediblər. Zəlzələnin Hatayı dəhşətli dağıntılara məruz qoymasının şahidi olublar: “Hatayda mənzərə çox dəhşətli idi. Şəhərdə hər nə varsa zəlzələnin zərərini görüb, dağılıb. Şəhərin girəcəyindən etibarən çox böyük dağıntılar var. Bütün binalar ya uçub, ya çöküb, ya da pəncərələri qırılıb, divarları çatlayıb, bəziləri bir-birinin üstünə yatıb, yaxud yerlə bir olub. Təbii ki, inşaatı keyfiyyətsiz olan binalar bütünlükdə yerə çöküb, yalnız damları görünür. Bir sağlam bina varmı deyə axtardıq ki, şəklini çəkək, tapa bilmədik. Yəni bütün bunlar zəlzələnin gücünün göstəricisidir. Avtomobillər yolla getdiyi yerdə yoldan çıxıb, qəzaya uğrayıb, divara çırpılıb”.
“Yollar dağılıb, nəqliyyat, çatdırılma çətinləşib”
Vüqar Novruzoğlu onu da bildirib ki, yollar dağıntıya məruz qaldığı üçün ən böyük problem çatdırılma, nəqliyyatla bağlı olub: “Ən böyük çətinlik şəhərin içərisində hərəkət etməkdə idi. Şəhərin daxilində uçan binalar yolları bağlayıb, bəzi yerlərdə də yollar dağılıb. Daha əvvəldən də Hatayda olmuşam, tanıdığım yollarında 3 dəqiqəyə gedə biləcəyimiz məsafəni 4 saata gedə bildik.
“Yerli əhali çox faciəvi vəziyyətdədir”
Vüqar Novruzoğlu yerli əhalinin çox acınacaqlı vəziyyətdə olduğunu da vurğulayıb: “Bölgədə meydana gələn dağıntı işıq, qaz, su şəbəkələrini yararsız hala salıb. İnsanlar küçələrdə tonqal qalayaraq soyuqdan ölməməyə, həyatda qalmağa çalışır.
Hər şeyləri məhv olmuş insanlar, hər xırda dəstəyə çox böyük təşəkkür edirlər. Üzlərində hüzün çöküb. İnsanların gözlərində dağıntı altında qalan yaxınlarını qurtarmaqla bağlı imdad çağırışı var.”
“Yollarda saysız yardımlar var, çatdırmaq olmur”
Fəlakət bölgəsinə həddən artıq çox yardımların olduğunu vurğulayan Vüqar Novruzoğlu humanitar dəstəklərə ehtiyacı olan vətəndaşlara çatdırılmasının koordinasiya edilmə çətinliyindən də danışıb: “Yardımları ehtiyac olan yerlərə çatdırmaqda kifayət qədər böyük problemlər var. Bunun başlıca səbəbi dağıntının geniş olması, yollarda hərəkət etmənin mümkünsüzlüyü ilə əlaqədardır. Bəzi yollar bağlıdır, bəzi yollarda həddən artıq çox tıxac var, hərəkət etmək olmur.
Apardığımız qida və yardımları toplama mərkəzlərindən birinə verdik. Orda işçi qüvvəsinə ehtiyac çoxdur. Biz də gecə yarısına qədər 2-3 tır yardımın boşaldılmasına kömək etdik, zəlzələdə zərərçəkən kəndlərə ərzaq, yardım apardıq. Təbii ki, TÜRKSOY olaraq hər zaman xalqlarımızın ən çətin anlarında onların yanında olmaq borcumuzdur. Bölgədə fiziki dəstəkdən əlavə, maddi dəstək də verdik. Amma orada pulla heç bir şey almağa ehtiyac yoxdur. Nəyə ehtiyac varsa, AFAD başda olmaqla digər dəstək qurumları zərərçəkən insanlara yardım etməyə çalışır.
Hatayda dövlət idarələri, marketlər açıq deyil, bəlkə də o insanlar özləri də dağıntıların altındadır. Yaxud onlar da köməksiz qalıb, yardıma, qidaya ehtiyacı var.”
“Xəbərdarlıq siqnalı şəhərin səsinə dönüb”
Vüqar Novruzoğlu TÜRKSOY heyətinin Hatayda olduğu müddətdə təcili tibbi yardım və digər təhlükəsizlik üçün fasiləsiz olaraq xəbərdarlıq siqnallarının verildiyini də vurğulayıb: “Hər dəqiqə təcili tibbi yardım maşınlarının səsi gəlir. Dayanmadan xəbərdarlıq siqnalları şəhərin yeganə səsi olub. Bu səs mənə daim Hatayı xatırladacaq. Çox saylı qədim mədəniyyətlərə ev sahibliyi etmiş, Türkiyənin ən qədim, tarixi yerlərindən biri olan Hatay imdad diləyir”.
İnanırıq ki, qüdrətli Türkiyə bu ağır günlərini arxada qoyub, 10 vilayətini daha möhkəm bir quruculuqla bərpa edəcək, türk dünyasının mərkəzi olan bu dövlət öz əzəmətini itirməyəcək.
Sevil Hilalqızı Ünal, Ankara
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

