Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Bank əməkdaşı ipoteka ödənişlərini mənimsəməkdə ittiham olunur

Bank əməkdaşı ipoteka ödənişlərini mənimsəməkdə ittiham olunur

15.02.2023 [16:17]

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış istintaq zamanı “Kapital Bank” ASC-nin əməkdaşı Cahandar Əmrahlının vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ipoteka krediti üçün işlədiyi banka müraciət etmiş ayrı-ayrı şəxslərin ödədiyi külli miqdarda vəsait və sığorta haqlarını mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən xəbər verilib.

Cahandar Əmrahlıya Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və digər maddələri ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Həmçinin, istintaq zamanı vurulmuş ziyanın 79 min 100 manat hissəsinin ödənilməsi təmin edilib.

Paylaş:
Baxılıb: 435 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Dünya

2031-ci ilədək...

18 İyul 11:39

İqtisadiyyat

Turizm

Ədəbiyyat

Şənbə üçün nəzm

18 İyul 09:15  

İdman

Ədəbiyyat

“Qəliz” dil

18 İyul 08:38

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31