Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Cəbrayıl və Qubadlı rayonlarında ilk kəndin layihələndirilməsinə başlanılıb

Cəbrayıl və Qubadlı rayonlarında ilk kəndin layihələndirilməsinə başlanılıb

18.02.2023 [14:31]

Cəbrayıl və Qubadlı rayonlarında artıq ilk kəndin layihələndirilməsinə başlanıb.

Bunu jurnalistlərə açıqlamasında Prezidentin Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsi Vahid Hacıyev bildirib. 

Onun sözlərinə görə, Cəbrayıl və Qubadlıda kəndlərin ilkin layihəsi formalaşdırılıb. Hər bir rayonda ən azı 2 kəndin layihəsi hazırlanmalıdır. 

“Amma bu il daha çox kəndin layihələndirilməsi həyata keçiriləcək. Bütün bunlar mərhələli şəkildə olmalıdır. Tikinti işləri isə azı il yarım çəkəcək. Ümumilikdə bu ərazilərin tikintisi və sakinlərin köçürülməsi 2022-2026-cı il Dövlət Proqramı çərçivəsində reallaşacaq. Bu illər ərzində minlərlə insanın bu ərazilərə köçürülməsi planlaşdırılır”, - deyə Vahid Hacıyev vurğulayıb.

Paylaş:
Baxılıb: 477 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Dünya

2031-ci ilədək...

18 İyul 11:39

İqtisadiyyat

Turizm

Ədəbiyyat

Şənbə üçün nəzm

18 İyul 09:15  

İdman

Ədəbiyyat

“Qəliz” dil

18 İyul 08:38

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31