Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Azərbaycanlı magistr Kahramanmaraşda zəlzələdən zərəçəkənlərə könüllü aşbazlıq edir

Azərbaycanlı magistr Kahramanmaraşda zəlzələdən zərəçəkənlərə könüllü aşbazlıq edir

21.02.2023 [12:13]

Kahramanmaraş Sütçü İmam Universitetinin magistrı Elxan Qurbanlı bu şəhərdə zəlzələdən zərəçəkənlər və depremzədələrə dəstək verən könüllülərə aşbazlıq edir.

Elxan Qurbanlı “Yeni Azərbaycan” qəzetinə açıqlamasında bu  barədə bildirib.

Azərbaycanın Türkiyədəki Səfriliyinin dəstəyi ilə Azərbaycanlı tələbələrin Kahramanmaraşdan təxliyə olunmaq üçün Ankaraya gətirildiyini deyən tələbə sonradan geri qayıtmağa qərar verdiyini deyib: “Valideyinlərim də narahat qalmasın deyə, onlara zəlzələ bölgəsində deyil, Ankarada olduğumu bildirdim. Əslində geri qayıtmaqda məqsədim başqa ölkələrdən gələn xilasedicilərə tərcümə işində dəstək vermək olsa da, Kahramanmaraşda daha çox aşbaza ehtiyac olduğunu gördüm və işə başladım. 7 illik aşpazlıq təcrübəmlə hər gün min nəfərlik insanın qida ehtiyacını ödəmək üçün burada yeməklər hazırlayıram”. 

Elxan Qurbanlı deyib ki, bir azərbaycanlı olaraq Türkiyədəki depremzədələrə və onlara könüllü dəstək verənlərə xidməti özünə borc və şərəf hesab edir.

Paylaş:
Baxılıb: 537 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Dünya

2031-ci ilədək...

18 İyul 11:39

İqtisadiyyat

Turizm

Ədəbiyyat

Şənbə üçün nəzm

18 İyul 09:15  

İdman

Ədəbiyyat

“Qəliz” dil

18 İyul 08:38

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31