Ombudsman növbəti erməni təxribatına münasibət bildirib
05.03.2023 [19:19]
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistan tərəfinin Azərbaycanın Qarabağ iqtisadi rayonu ərazisində Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda törətdiyi növbəti hərbi təxribata münasibət bildirib.
Açıqlamada deyilir:
"Bu gün səhər saatlarında Ermənistan tərəfinin Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edilməklə Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti olaraq yerləşdiyi Azərbaycan ərazilərinə silah və sursatların, şəxsi heyətin, o cümlədən minaların daşınmasının həyata keçirilməsinə cəhd edilmişdir. Qanunsuz hərbi daşınmalar həyata keçirən nəqliyyat vasitələri Azərbaycan Ordusunun bölmələri tərəfindən saxlanılaraq yoxlanılarkən qarşı tərəfdən açılan atəş nəticəsində Azərbaycan silahlı qüvvələrinin üzvləri həlak olmuş və yaralanmışlar.
Ermənistanın 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın müddəlarına zidd olan, insanların yaşamaq, sağlamlığın qorunması, habelə digər fundamental hüquqlarının kobudcasına pozulmasına, regionda yeni münaqişə ocaqlarının yaranmasına, dayanıqlı sülhün təmini istiqamətində aparılan danışıqların dayandırılmasına səbəb olan bu kimi təxribatçı əməllərini kəskin şəkildə pisləyir və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünə hörmət etməyi qarşı tərəfdən tələb edirik.
Hesab edirik ki, tərəflər arasında imzalanmış üçtərəfli Bəyanatın bəndlərinin yerinə yetirilməsi qeyd-şərtsiz və tam təmin edilməli, qanunsuz erməni silahlı dəstələri tezliklə ölkəmizin ərazisindən çıxarılmalı, Azərbaycan Respublikası vətəndaşlarının təhlükəsizliyi təmin edilməlidir.
İnsanların həyat və sağlamlıqlarının qorunması, sülhə təhdid yaradacaq növbəti təxribatların qarşısının alınması məqsədilə Azərbaycanın Qarabağ iqtisadi rayonu ilə Ermənistan Respublikası arasında yeganə istifadə oluna biləcək avtomobil yolunun Xankəndi-Laçın yolu olduğu nəzərə alınmaqla, digər mümkün marşrutlar üzrə hərbi və digər təyinatlı daşınmaların həyata keçirilməsinə qəti şəkildə yol verilməməlidir.
Ermənistandan Qarabağ iqtisadi rayonuna silah-sursat, digər hərbi təchizat, o cümlədən minalar, yanacaq və canlı qüvvənin daşınması faktlarının bundan əvvəl də müəyyən olunduğunu, bununla bağlı beynəlxalq təşkilatlara dəfələrlə müvafiq bəyanatlarla müraciət etdiyimizi, lakin bütün xəbərdarlıqlara baxmayaraq təxribatların davam etdiyini, insanların həyat və sağlamlığına ciddi təhdidin mövcudluğunu nəzərə alınaraq, Azərbaycanın dövlət sərhədində Laçın-Xankəndi yolunun üzərində müvafiq nəzarət-keçid məntəqəsinin yaradılmasını tələb edirik.
Bununla yanaşı, beynəlxalq və regional təşkilatlara, xarici ölkələrin ombudsman və milli insan hüquqları təsisatlarına bir daha müraciət edərək, Ermənistanın regionda törətdiyi insan hüquqları pozuntularına qarşı sərt reaksiya bildirməyə, regionda dayanıqlı sülhün və inkişafın təmin edilməsinə təhlükə yaradan bu kimi əməllərindən çəkindirilməsi istiqamətində beynəlxalq hüququn norma və prinsiplərinə uyğun qəti tədbirlər görməyə çağırırıq".
Xəbər lenti
Hamısına baxDünya
16 İyul 15:19
İdman
16 İyul 15:15
Hadisə
16 İyul 14:51
Dünya
16 İyul 14:22
İqtisadiyyat
16 İyul 14:15
YAP xəbərləri
16 İyul 14:06
Dünya
16 İyul 13:18
Siyasət
16 İyul 12:42
Siyasət
16 İyul 12:41
YAP xəbərləri
16 İyul 12:38
Dünya
16 İyul 12:35
YAP xəbərləri
16 İyul 12:34
Siyasət
16 İyul 12:33
Gündəm
16 İyul 11:58
Gündəm
16 İyul 11:49
Sosial
16 İyul 11:36
İqtisadiyyat
16 İyul 11:31
Dünya
16 İyul 11:17
Gündəm
16 İyul 11:10
Gündəm
16 İyul 11:06
Ədəbiyyat
16 İyul 10:47
Sosial
16 İyul 10:46
Gündəm
16 İyul 10:45
Dünya
16 İyul 10:32
İqtisadiyyat
16 İyul 10:30
Analitik
16 İyul 10:15
Gündəm
16 İyul 10:15
Gündəm
16 İyul 10:12
Siyasət
16 İyul 10:01
Sosial
16 İyul 09:50
YAP xəbərləri
16 İyul 09:35
Mədəniyyət
16 İyul 09:27
Sosial
16 İyul 09:22
Dünya
16 İyul 09:05
Dünya
16 İyul 08:50
İdman
16 İyul 08:34
Siyasət
16 İyul 08:20
Dünya
16 İyul 07:13
İqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Siyasət
15 İyul 18:15
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17
Xəbər lenti
15 İyul 16:57
YAP xəbərləri
15 İyul 16:46
YAP xəbərləri
15 İyul 16:38
YAP xəbərləri
15 İyul 16:32
YAP xəbərləri
15 İyul 16:31
Siyasət
15 İyul 16:21
Elanlar
15 İyul 16:20
Mədəniyyət
15 İyul 16:17
Gündəm
15 İyul 16:16
Sosial
15 İyul 15:58
YAP xəbərləri
15 İyul 15:49
Siyasət
15 İyul 15:29
Sosial
15 İyul 15:27
Xəbər lenti
15 İyul 14:56

