Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Ötən ay KTM-ə zəhərlənmə ilə bağlı 739 nəfər müraciət edib, 9-u ölüb

Ötən ay KTM-ə zəhərlənmə ilə bağlı 739 nəfər müraciət edib, 9-u ölüb

06.03.2023 [09:46]

Fevral ayı ərzində Kliniki Tibbi Mərkəzə (KTM) zəhərlənmə ilə bağlı 739 nəfər müraciət edib.

Mərkəzin Mətbuat xidmətindən verilən məlumata görə, onlardan 116-sı Toksikologiya şöbəsinə qəbul edilib, digərlərinə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

Qəbul olan xəstələrdən 59-u dərmandan, 17-si sirkə turşusundan, 20-si dəm qazından, 4-ü alkoqollu içkidən zəhərlənib. Digərlərindən 4-ü anaflaksiya, 9-u allergik reaksiya, 3-ü isə botulizm səbəbindən xəstəxanaya yerləşdirilib.

Zəhərlənən şəxslərin 52-si qadın, 40-ı kişi, 24-ü isə uşaq olub. Həkimlərin səylərinə baxmayaraq, 1 nəfər dərman zəhərlənməsindən, 3 nəfər sirkə turşusundan, 1 nəfər metil spirtindən, 4 nəfər isə dəm qazından dünyasını dəyişib. Dünyasını dəyişən şəxslərdən 7-si kişi, 2-si qadındır.

Paylaş:
Baxılıb: 554 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Dünya

2031-ci ilədək...

18 İyul 11:39

İqtisadiyyat

Turizm

Ədəbiyyat

Şənbə üçün nəzm

18 İyul 09:15  

İdman

Ədəbiyyat

“Qəliz” dil

18 İyul 08:38

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31