Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Bakıda ödəmə terminalından 29 min manat oğurlanıb

Bakıda ödəmə terminalından 29 min manat oğurlanıb

07.03.2023 [11:03]

Paytaxtın Nərimanov rayonunda yerləşən ödəmə terminallarından birindən 29 min manat oğurlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, naməlum şəxs terminalı sındıraraq oradan 29 min manata yaxın pulu ələ keçirib.

Həmin şəxsin oğurluq etməsi təhlükəsizlik kameraları vasitəsi ilə də görüntülənib.

Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Rəşad Süleymanov müəyyən edilərək saxlanılıb.

Qeyd edilən faktla bağlı araşdırmalar davam etdirilir.

"Rəşad Süleymanovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, ərazi polis orqanlarına, DİN-in "102" Xidməti Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər", - məlumatda qeyd olunub.

Paylaş:
Baxılıb: 573 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Dünya

2031-ci ilədək...

18 İyul 11:39

İqtisadiyyat

Turizm

Ədəbiyyat

Şənbə üçün nəzm

18 İyul 09:15  

İdman

Ədəbiyyat

“Qəliz” dil

18 İyul 08:38

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31