Humanizm, yardımsevərlik, mərhəmət...
10.03.2023 [11:02]
103 yaşlı Qızıl Aypara Cəmiyyəti
1920-ci il martın 10-da AXC Müdafiə nazirinin əvəzi, general-leytenant Əliağa Şıxlinskinin və Fətəli Xan Xoyskinin təşəbbüsü ilə Qızıl Aypara Cəmiyyətinin təsis edilməsindən 103 il ötür. Bu cəmiyyət Beynəlxalq Humanitar Hüquq normaları çərçivəsində xeyirxahlıq, mərhəmət və humanizm əsasında əhalinin aztəminatlı təbəqəsinə, təbii və texnogen fəlakətlər zamanı zərərçəkmişlərə, qaçqın və məcburi köçkünlərə, bir sözlə, qayğı uman bütün insanlara təmənnasız tibbi-sosial, humanitar yardım göstərir. Azərbaycanda fəaliyyət göstərən böyük humanitar təşkilatlardan biri olan Azərbaycan Qızıl Aypara Cəmiyyəti dünyanın Qızıl Xaç və Qızıl Aypara Hərəkatı kimi tanınan ən böyük humanitar şəbəkəsinin üzvüdür. Milli Cəmiyyət 100 ildən artıqdır ki, milliyyətinə, irqinə, dini inanclarına, sinfinə və ya siyasi düşüncələrinə görə heç bir ayrı-seçkilik qoymadan insanlara humanitar yardım göstərir.
Azərbaycana gəldiyi gündən ...
Qızıl Aypara Cəmiyyəti təsis olunduqdan sonra Əliağa Şıxlinskinin həyat yoldaşı Nigar Şıxlinskaya cəmiyyətin sədri seçilib. 1923-cü ildən 1991-ci ilə kimi Azərbaycan Qızıl Aypara Cəmiyyəti SSRİ Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Birliyi daxilində fəaliyyət göstərib. II Dünya müharibəsi zamanı cəmiyyət tərəfindən təşkil edilmiş şəfqət bacıları kurslarını bitirənlər döyüş bölgələrində minlərlə insanın həyatını xilas ediblər. Şəfqət bacılarından iki nəfər - Səriyyə Talışzadə və Rəşidə Qasımzadə göstərdikləri xüsusi fədakarlığa görə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının “Florens Naytingel” medalı ilə təltif edilib.
Ümummilli lider Heydər Əliyevin diqqəti sayəsində Azərbaycan Respublikası Milli Məclisin 25 noyabr 1994-cü il tarixli 926 saylı “Azərbaycan Qızıl Aypara Cəmiyyətinin işini yaxşılaşdırmaq haqqında” qərarına əsasən, Azərbaycan Qızıl Aypara Cəmiyyəti dövlət tərəfindən rəsmən tanındı və respublikada Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara hərəkatının tərkib hissəsi kimi fəaliyyət göstərən yeganə rəsmi milli cəmiyyət elan olundu. 2005-ci ildə cəmiyyət Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının “Florens Naytingel” medalını qazanıb.
Prezident İlham Əliyevin təşəbbüsü ilə “Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında” qanun layihəsi Parlamentin müzakirəsinə təqdim olundu. 8 may 2007-ci il tarixində Parlament tərəfindən qəbul edildi və dövlət başçısının 22 may 2007-ci il tarixli Fərmanı ilə qüvvəyə mindi.
Hazırda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 7 regional mərkəzi, Naxçıvan Muxtar Respublikası Rayon Komitəsi və onun rayon və şəhər komitələri, 83 rayon və şəhər komitəsi, “Neft Daşları” və Azərpoçt, BTRİB, Tibb Universiteti, Texniki Universitet, rayon komitəsi var.
İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Qızıl Aypara Cəmiyyəti öz humanitar missiyasını davam etdirərək, digər dövlət qurumları ilə yanaşı, zərər çəkmiş dinc sakinlərə humanitar yardım göstəri? və minalar barədə geniş maarifləndirmə işləri aparıb. Xatırladaq ki, COVID-19 pandemiyası zamanı ehtiyaclılara, xüsusi ilə qocalara və xəstə ahıllara, maliyyə vəziyyəti çətin olan və aztəminatlı ailələrə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin işçiləri və könüllüləri tərəfindən gücləndirilmiş rejimdə humanitar yardım göstərilib.
Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının dəstəyi ilə beynəlxalq şirkət tərəfindən AzQAC üçün müəyyən addımlar atılıb. 1 noyabr 2021-ci il tarixindən etibarən əhali arasında onların ehtiyacları çərçivəsində araşdırma aparılıb. Nəticədə 1 fevral 2022-ci il tarixindən “YARDIM!ET” adlı İanələrin İradəetmə Sisteminin yaradılmasına start verilib.
Şahanə XANKİŞİYEVA
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

