Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Bayram günlərində regionlarda gözlənilən hava şəraiti açıqlanıb

Bayram günlərində regionlarda gözlənilən hava şəraiti açıqlanıb

20.03.2023 [15:02]

Bayram günlərində regionlarda gözlənilən hava şəraiti açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, regionlarda gözlənilən hava şəraiti belə olacaq:

Qəbələ rayonunda

Martın 21-dən bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. 22-si axşam tədricən kəsiləcəyi, 23-24-də havanın sabit keçəcəyi, mülayim yaz havası olacağı gözlənilir.

Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyinin sürəti 5-10 m/s təşkil edəcək.

Havanın temperaturu gecə 5-7° isti, gündüz 13-16° isti olacaq.

Şahdağda

Gün ərzində arabir yağıntılı olacağı, 21-i gündüz, 22-si gecə və səhər arabir qara keçəcəyi, axşama doğru tədricən kəsiləcəyi gözlənilir. 23-24-də havanın sabit keçəcəyi, mülayim yaz havası olacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyinin sürəti 3-8 m/s təşkil edəcək.

Havanın temperaturu gecə 0-4° şaxta, gündüz 0-3° isti olacaq.

İsmayıllı rayonunda

Martın 21-i səhərdən arabir yağış yağacağı, 22-si axşam tədricən kəsiləcəyi, 23-24-də havanın sabit keçəcəyi, mülayim yaz havası olacağı gözlənilir.Gecə və səhər saatlarında duman olacaq.

Şərq küləyinin sürəti 3-8 m/s təşkil edəcək.

Havanın temperaturu gecə 4-6° isti, gündüz 12-15° isti olacaq.

Lənkəran rayonunda

Martın 21-i səhərdən arabir yağış yağacağı, 22-si gündüz tədricən kəsiləcəyi, 23-24-də havanın sabit keçəcəyi, mülayim yaz havası olacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq.

Şərq küləyinin sürəti 5-10 m/s təşkil edəcək.

Havanın temperaturu gecə 8-10° isti, gündüz 14-17° isti olacaq.

Şəki rayonunda

Əsasən yağmursuz. Lakin 21-i gündüzdən 22-si gündüzədək bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. 23-24-də havanın sabit keçəcəyi, mülayim yaz havası olacağı gözlənilir.

Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyinin sürəti 5-10 m/s təşkil edəcək.

Havanın temperaturu gecə 7-9° isti, gündüz 13-16° isti olacaq.

Paylaş:
Baxılıb: 543 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Dünya

2031-ci ilədək...

18 İyul 11:39

İqtisadiyyat

Turizm

Ədəbiyyat

Şənbə üçün nəzm

18 İyul 09:15  

İdman

Ədəbiyyat

“Qəliz” dil

18 İyul 08:38

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31