Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / ABŞ ticarət nazirinin köməkçisi: Azərbaycanda “yaşıl enerji” istehsalı sahəsindəki layihələri dəstəkləyəcəyik

ABŞ ticarət nazirinin köməkçisi: Azərbaycanda “yaşıl enerji” istehsalı sahəsindəki layihələri dəstəkləyəcəyik

03.04.2023 [11:26]

ABŞ Azərbaycan ilə “yaşıl enerji” istehsalı sahəsində əməkdaşlıq etməkdə maraqlıdır.

Bu sözləri ABŞ ticarət nazirinin köməkçisi Arun Venkataraman Bakıda keçirilən Azərbaycan-ABŞ “Yaşıl enerji” forumunda çıxışında deyib.

Onun sözlərinə görə, Şərq-Qərb nəqliyyat dəhlizinin Azərbaycan ərazisindən keçməsi ABŞ-ın nəqliyyat sahəsində fəaliyyət göstərən şirkətlərinin ölkəmizə marağını artırır.

Arun Venkataraman qeyd edib ki, ABŞ Azərbaycanda “yaşıl enerji” istehsalı üçün yerli şirkətlərlə əməkdaşlıqda maraqlıdır. ABŞ-ın “Eksim” bankı Azərbaycanda həyata keçirilən “yaşıl enerji” layihələrinə dəstək göstərməyə hazırdır.

Azərbaycanın alternativ enerji mənbələrinə malik olması ABŞ şirkətlərinin marağına səbəb olub. Dünyada baş verən iqlim dəyişikliyi “yaşıl enerji”nin inkişafını zərurətə çevirib. Buna görə də Azərbaycanda “yaşıl enerji” istehsalını və dünya bazarlarına ixracını dəstəkləyəcək.

Paylaş:
Baxılıb: 501 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Dünya

2031-ci ilədək...

18 İyul 11:39

İqtisadiyyat

Turizm

Ədəbiyyat

Şənbə üçün nəzm

18 İyul 09:15  

İdman

Ədəbiyyat

“Qəliz” dil

18 İyul 08:38

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31