Bazardan uzaqlaşdırılmalıdırlar
06.04.2023 [10:48]
Ətin qiyməti niyə bahalaşır?
Nicat Dilqəmli
Son bir neçə ay ərzində ölkədə ətin qiymətində xeyli artım müşahidə edilir. Belə ki, təxminən 2 il bundan öncə 1 kiloqramı 10-11 manata olan mal əti bu gün bazarlarda 15 manata təklif olunur. İqtisadçılar ətin qiymətinin bahalaşmasına bir sıra əsaslı faktlar göstərsə də, vətəndaşlar hazırkı qeyri-stabil vəziyyətdən narahatdırlar. Analoji durum ət kəsimi və satışı ilə məşğul olan sahibkarların da qazancının əhəmiyyətli dərəcədə azalmasına səbəb olub. Onların sözlərinə görə, indiki vəziyyətdə 1 kiloqram ət satışından əldə olunan gəlir 50 qəpikdən yuxarı deyil.
Ətin qiymətinin bahalaşmasının ən əsas səbəblərindən biri heyvan yeminin bahalaşmasıdır. Belə ki, Rusiya-Ukrayna müharibəsi səbəbindən ölkəyə gətirilən yemin miqdarının azalması ilə daxildəki yem məhsullarına tələbat artıb. Bu məhsulların qiyməti isə digərlərinə nisbətdə çox bahadır. Təbii olaraq yemin qiyməti bahalaşdıqca, satıcılar da qiymətləri yüksəltməyə məcbur olurlar.
Ət və ət məhsullarının qiymətindəki artımın səbəbləri barədə fikirlərini “Yeni Azərbaycan”a bölüşən Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynovun sözlərinə görə, ətin qiymətinin bahalaşmasına təsir edən çoxsaylı amillər var. Birlik sədri bildirib ki, ciddi amillərdən biri örüş torpaqlarının azalması məsələsi və örüş torpaqlarının bəzən suvarılan torpağa çevrilərək pambıq əkininə çevrilməsi məsələsidir: “Əvvəllər Rusiyadan, Ukraynadan ölkəmizə ət gətirilirdi. İndi isə bu proses xeyli zəifləyib. Heyvan yemlərinin bahalaşması da qiymət artımına ciddi təsir edir. Digər səbəb kimi isə heyvandarlıq sənayesinin getdikcə təmərküzləşməsi, böyük heyvandarlıq fermalarının əlində birləşməsidir. Belə birləşmə isə qiymətin kartel sövdələşmələri ilə diktə olunmasına gətirib çıxarır. Qiymətlərin artmasında kartel sövdələşmələrinin xüsusi rolu var”.
E.Hüseynov bahalaşmaya səbəb olan digər bir amil kimi rayonlardakı heyvan bazarlarında aralıq zəncirinin, yəni, alverçilərin ortaya çıxmasını göstərib: “Bizdə olan məlumata görə, alverçilərin əli olmadan, demək olar ki, heç bir heyvanı satmaq mümkün olmur. Bazara yeni bir subyekt daxil olub. Hətta bir sıra digər maraqlı məlumatlar da var. Belə ki, onların müdaxiləsi olmadan satılan heyvanla bağlı xoşagəlməz fikirlər səsləndirərək, satışa əngəl törətməyə çalışırlar. Yəni, sərbəst satış mümkünsüz hala çevrilib. Təbii ki, belə olan halda onlar da öz maraqları naminə qiymətlərə əlavələrini edirlər və bu da nəticədə ətin qiymətinin daha da bahalaşmasına gətirib çıxarır”.
Birlik sədrinin sözlərinə görə, hazırda bazarda kiloqramı 3-4 manata olan ətlər də var: “Bunlar qoca heyvan ətləridir. Hətta bu cür ət məhsullarına Bakının ən müasir supermarketlərində də rast gəlmək mümkündür. Lakin həmin mağazalar bu ətləri yüksək qiymətə satır. Hazırda ən baha isə quzu ətidir. Bu tendensiya getdikcə intensiv hal alır, qiyməti qalxır. Quzu ətinin bazarda qiyməti 17 manat ətrafında dəyişir”.
Mütəxəssis qiymət artımının qarşısını almaq üçün təkliflər də səsləndirib: “Düşünürəm ki, kartel sövdələşməsinin aradan qaldırılması, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən vəziyyətin müsbət istiqamətdə dəyişməsi üçün ciddi işlər görməlidir. Haqqında danışdığımız alverçilərin bazardan çıxarılması da qiymət artımının qarşısını ala bilər”.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

