“YENİ Klub” gənclərin inkişafına təkan verəcək
07.04.2023 [18:40]
Bakı Mühəndislik Universitetində “YENİ Klub” təsis olunub
Bakı Mühəndislik Universitetində (BMU) “YENİ Klub”un təsis toplantısı keçirilib.
Əvvəlcə ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Toplantıda çıxış edən BMU-nun rektoru, professor Havar Məmmədov dövlətin uğurlu gənclər siyasətindən ətraflı bəhs edib. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə cəmiyyətin aparıcı qüvvəsi olan gənclərin təhsilinə hərtərəfli dəstəyin verildiyini, formalaşan gənc kadrların ölkəmizin inkişafına töhfələr verdiklərini vurğulayan Havar Məmmədov gənc nəslin vətənpərvərlik ruhunda yetişməsi üçün müstəqillik dönəmində görülən işləri xüsusi qeyd edib. 44 günlük Vətən müharibəsinin ölkəmizdə güclü vətənpərvərlik hisslərinin daşıyıcısı olan, savadlı, milli ruhda tərbiyə almış gənc nəslin formalaşdığını bir daha isbat etdiyini önə çəkən rektor müasir gəncliyin Heydər Əliyev siyasi məktəbinin, Prezident İlham Əliyev idarəçiliyinin yetirmələri olduğunu bildirib.
BMU-da gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi, onların şəxsiyyət kimi yetişməsi üçün görülən işləri sadalayan Havar Məmmədov universitetdə tələbələrin sosial-ictimai həyatının təşkilində mühüm rol oynayan Tələbə Gənclər Təşkilatı, Tələbə Elmi Cəmiyyəti, Tələbə Həmkarlar İttifaqı Komitəsi, həmçinin müxtəlif tələbə klublarının səmərəli fəaliyyətindən söz açıb. Rektor BMU-da gənclərin karyera məsələlərinin xüsusi diqqət mərkəzində saxlanıldığını, məzunların işlə təmin olunması göstəricinin yüksək olduğunu nəzərə çatdırıb və yeni yaradılan Klubun universitetin Müəssisələrlə əlaqələr və karyera departamenti ilə əlaqəli fəaliyyəti, həmçinin bir sıra məsələlərlə bağlı tövsiyələrini verib.
“YENİ Klub”un gənclərin inkişafına təkan verəcəyinə, onların həyatında mühüm mərhələ açacağına ümidvar olduğunu söyləyən Havar Məmmədov Klubun fəaliyyətinə uğurlar arzulayıb.
YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov isə çıxışında ölkənin ali təhsil müəssisələrində təsis olunan “YENİ Klub”ların fəaliyyətinə diqqət çəkib. Sədr bildirib ki, bu klublar tələbələrin iştirakı ilə ictimai-sosial, vətənpərvərlik, fərdi inkişaf, idman və bir sıra digər istiqamətlərdə müxtəlif təşəbbüslərin həyata keçirilməsində, çoxşaxəli layihələrin reallaşdırılmasında aktiv rol oynayacaq.
YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev də ölkədə gənclər siyasətinin prioritet istiqamətlər sırasında yer aldığını, gənclərin inkişafının dövlət tərəfindən hər zaman dəstəkləndiyini bildirib. YAP-ın bu siyasətə müxtəlifproqram və layihələr vasitəsi ilə böyük töhfələr verdiyini deyən Abbas Əliyev “YENİ Klub”un tələbələrin təhsildən sonrakı peşəkar fəaliyyətlərə hazırlanmasına mühüm töhfələr verəcəyini söyləyib.
Daha sonra “YENİ Klub”un rəhbəri Adəm Babayev, koordinatorlar - Cavad Məmmədli, Rəvan Hacıyev, Aişə Məhərrəmova təqdimatlarla çıxış ediblər. Təqdimatlarda “YENİ Klub”un fəaliyyəti, məqsədləri, istiqamətləri, həyata keçiriləcək layihələr (yarışlar, müsabiqələr, təlimlər, xarici dillərdə tədbirlər) və s. haqqında ətraflı məlumat diqqətə çatdırılıb, digər ali təhsil müəssisələrinin nəzdindəki klublarla birgə fəaliyyətin əsas istiqamətlərinə toxunulub.
Xəbər lenti
Hamısına baxDünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32

