Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / XİN İrəvanda Azərbaycan bayrağının yandırılmasını pisləyib

XİN İrəvanda Azərbaycan bayrağının yandırılmasını pisləyib

15.04.2023 [00:30]

Ermənistanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycanın dövlət bayrağının yandırılmasını pisləyirik.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə tviterdə yazıb.

“Təşkilatçıların bu cür nifrət aksiyalarına qarşı heç bir təhlükəsizlik tədbiri görməməsi narahatedicidir. Günahkarlar müvafiq cəzalarını almalıdırlar!” - deyə əlavə edib.

Qeyd edək ki, ötən gün Ermənistanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində ölkəmizə qarşı təxribat baş verib. İrəvanda keçirilən çempionatın açılış mərasimində Azərbaycanın dövlət bayrağı yandırılıb.

Bayraqların paradında Azərbaycan bayrağı zala gətirildikdən sonra azarkeşlərdən biri səhnəyə çıxaraq qızın əlindən milli simvolumuzu götürərək yandırıb və zaldan çıxarıb.

Paylaş:
Baxılıb: 580 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Kreditlə istirahət

21 İyul 11:55

Ədəbiyyat

Mədəniyyət

Yeni proqram...

21 İyul 10:59

Analitik

YAP xəbərləri

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31