Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Rusiya tərəfinə Ermənistanın törətdiyi təxribatlar barədə məlumat verilib

Rusiya tərəfinə Ermənistanın törətdiyi təxribatlar barədə məlumat verilib

26.04.2023 [11:27]

Azərbaycan və Rusiya Müdafiə nazirlikləri arasında imzalanmış illik hərbi əməkdaşlıq planına əsasən, Bakıda hər iki ölkənin hərbi hüquqşünaslarının işgüzar görüşü keçirilib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Görüşdə Azərbaycan-Ermənistan sərhədində və Qarabağ iqtisadi rayonunda ermənilərin təxribatları barədə Rusiya nümayəndə heyətinə məlumat verilib.

Beynəlxalq humanitar hüququn tətbiqi və digər məsələlərə dair müzakirələr aparılıb.

Həmçinin hüquq xidmətinin təşkili, hərbi qanunvericilik və hərbi hüquqşünasların xidməti fəaliyyəti sahəsində qazanılan təcrübəyə dair qarşılıqlı fikir mübadiləsi aparılıb.

Nicat

Paylaş:
Baxılıb: 486 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

İkisi bir boyda...

23 İyul 12:20  

Sosial

33 il öncə bu gün...

23 İyul 11:28  

YAP xəbərləri

Gündəm

Bir tarixin izi ilə...

22 İyul 13:39  

Analitik

103-cü hökumət...

22 İyul 12:38

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31