Mövsümünü gözləməyən çiyələklər...
27.04.2023 [11:25]
Dadı olmasa da, zərərləri var
Nicat Dilqəmli
Günəşli günlər bir-birini əvəz etməyə başlayıb. Yaz mövsümü, həm də dadlı, ətirli meyvələrin bolluğu ilə seçilir. Addımbaşı qarşılaşdığımız piştaxtalarda par-par yanan, gəl-gəl deyən meyvələrin bolluğu, parıltısı istər-istəməz insanı özünə cəlb edir. Son bir neçə gündür ki, tez-tez rastlaşdığımız meyvələrdən biri də çiyələkdir.
Qıpqırmızı, sulu, təravətli olan bu meyvələr çox keçmədi ki, hər kəsin diqqətini çəkdi. Lakin şirin tamı, keyfiyyəti kimi bir çox faydalı tərəfləri ilə yox, filmlərdə, kitablarda, gördüyümüz qədər böyük olan iri ölçüləri ilə. İndi təklif olunan çiyələklər o qədər böyük və eyni zamanda, bərkdir ki, hətta bəzilərini kəsmək üçün bıçaqdan istifadə zərurəti yaranır. Digər bir tərəfdən, daxilinin xüsusilə ağ rəngli hansısa maddələrdən ibarət olması da bu şirin meyvənin acı tərəflərini nümayiş etdirir. Bu isə təbii ki, çiyələyə hansısa kimyəvi qatqıların əlavə edilməsi ilə birbaşa bağlıdır. Çünki mövsümün əvvəlində təbii yolla bu qədər çiyələyin yetişməsi mümkün deyil. Başqa sözlə, indi satılan çiyələklərin hamısı istixanada, xüsusi şəraitdə yetişdirilib. Bu isə o deməkdir ki, görünüşü ilə alıcıları aldadan bu çiyələklərin yetişməsi üçün onlarla dərmandan istifadə edilib.
Mütəxəssislərin sözlərinə görə, açıq havada temperatur 25 dərəcəni keçməyibsə, çiyələyin təbii yolla yetişdirilməsi mümkünsüzdür. Elə ona görə də istər həkimlər, istərsə də qida mütəxəssisləri çiyələk və digər tez xarab olan məhsulları mövsümündən əvvəl alıb yeməyin məsləhətli olmadığını israr edirlər.
Satıcılar isə bəzi alıcıların ehtiyatla yanaşdığını bildirsələr də, çiyələyə tələbatın çox olduğunu qeyd edirlər. Qiymətləri bilmək üçün kiçik bir sorğu etdik. Məlum oldu ki, paytaxtda çiyələyin qiyməti orta hesabla 4-6 manat aralığında dəyişir.
Mövsümü olmayan meyvələrin orqanizmə zərərləri barədə “Yeni Azərbaycan” qəzetinə danışan Səhiyyə Nazirliyinin eksperti, qastroenteroloq Emin Məmmədov bildirib ki, bu meyvələrin qəbulu özünü iki cür göstərə bilər: “Birincisi, onların yetişdirilməsi zamanı meyvə-tərəvəzlərin daha tez yetişməsini təmin etmək üçün istifadə olunan kimyəvi maddələr - busterlər və ölçüsünün böyüməsi üçün lazım olan kimyəvi maddələr insan orqanizminə çox ciddi zərər göstərir. Digər bir məsələ pes?isidlərdir. Bu maddələr orqanizm üçün çox toksiki maddələr hesab olunur. Qara ciyərə, sümük iliyinə toksiki təsirlərini misal göstərmək olar”.
Mütəxəssis mövsümü olmayan meyvə və tərəvəzlərin qida dəyərinin, tərkibində olan vitamin mineralların səviyyəsinin mövsümdə bitən eyni meyvə-tərəvəzlə ciddi şəkildə fərqləndiyini də vurğulayıb: “Çünki maddə və mineralların parçalanması, kimyəvi çevrilmələr vaxt tapmadığı üçün yetişməmiş meyvə-tərəvəzlərdə və ya sürətləndirilmiş proses zamanı o, qida dəyərinə tam çatmır, yarımçıq qalır. Elə ona görə də vətəndaşları mövsümü qidalardan istifadə etməyə çağırıram”.
E.Məmmədov son günlər zəhərlənmə hallarının kəskin şəkildə artmasının müşahidə olunduğunu da diqqətə çatdırıb.
Azad İstehlakçılar Birliyinin sədri, qida mütəxəssisi Eyyub Hüseynov da qəzetimizə açıqlamasında bildirdi ki, çiyələyin kütləvi şəkildə yetişdirilməsi üçün ən azı 30-a qədər kimyəvi dərmandan istifadə olunur: “Çiyələklər çox asanlıqla əmələ gəlmir. Bizdə olan məlumata görə, bıçaqla kəsilə bilən bu çiyələklərin mənbəyi İsraildəndir. Etiraf etməliyik ki, bazarlarda bu çiyələklərə ilboyu rast gəlirik. Artıq xırda, yumşaq çiyələklər yox olmaq üzrədir”.
AİB sədri vətəndaşları xırda, yumşaq çiyələklərə üstünlük verməyə səsləyib: “İri ölçülü çiyələklərin tərkibində müxtəlif dərmanların olması, şübhəsiz ki, bu meyvələrin insan orqanizmi üçün olduqca təhlükəli olması deməkdir. Elə ona görə də əgər kimsə istəyirsə, bir neçəsini alıb istehlak edə bilər. İzafi istehlak məsləhət görülmür”.
Çiyələklərə marağın bu qədər çox olması bu giləmeyvənin insan orqanizminə faydaları ilə birbaşa bağlıdır. Belə ki, A, B və C vitaminləri ilə zəngin olan çiyələk orqanizm tərəfindən asanlıqla həzm olunur. Bundan başqa, gün ərzində 7-8 ədəd çiyələk istehlak etmək günlük C vitamini normasını ödəyir. Amma çiyələk torpaqda yetişdiyi üçün istehlak etməzdən öncə mütləq şəkildə bol su ilə yuyulmalı və üzərindəki torpaq hissəcikləri təmizlənməlidir. Təbii və keyfiyyətli məhsulu seçərkən çiyələyin mövsümü olmasına və rənginə, ətrinə xüsusi diqqət edilməlidir.
Çiyələklərin həddindən artıq istehlakı isə insan orqanizmində allergik reaksiyalar və s. kimi xəstəliklərə səbəb ola bilər.
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

