Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / “Yeni Azərbaycan” qəzetinin redaksiyasında...

“Yeni Azərbaycan” qəzetinin redaksiyasında...

27.04.2023 [15:06]

“Heydər Əliyev və Azərbaycan mediası” mövzusunda tədbir keçirilib

Bakı Dövlət Universiteti (BDU) Jurnalistika fakültəsinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan mediası” mövzusunda silsilə tədbirlər keçirilir. Azərbaycan Mətbuat Şurasında baş tutan ilk tədbirdən sonra BDU-nun jurnalistika fakültəsinin professor-müəllim və tələbə heyəti “Yeni Azərbaycan” qəzeti redaksiyasında olublar.

Görüşdə “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Musayev göstərilən təşəbbüsə görə BDU-nun və jurnalistika fakültəsinin rəhbərliyinə təşəkkürünü bildirib. O deyib ki, Ulu Öndər Azərbaycan jurnalistikasının inkişafında hər zaman xüsusi yeri olan şəxsiyyətlərdəndir. Baş redaktor Heydər Əliyevin dövlət başçısı kimi imzaladığı müvafiq fərman və sərəncamların ölkə mətbuatının inkişafında mühüm hadisə kimi qiymətləndirildiyinə diqqət çəkib. 

Görüş zamanı H.Əliyevlə bağlı xatirələrini bölüşən baş redaktor Ulu Öndərin mətbuata və mətbuat işçilərinə hər zaman xüsusi diqqət və qayğı ilə yanaşdığını qeyd edib. O, H.Əliyevin hər zaman jurnalistlərin yanında olduğunu bildirib. 

BDU-nun jurnalistika fakültəsinin professor-müəllim və tələbə heyətinin iştirak etdiyi tədbirdə mövzu ətrafında tələbələri maraqlandıran suallar da cavablandırılıb.

Daha sonra qonaqlar “Yeni Azərbaycan” qəzetinin studiyasında internet televiziyanın fəaliyyəti ilə yaxından tanış olublar.

Paylaş:
Baxılıb: 447 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31