Bu ailələrə ŞAD xəbər!
28.04.2023 [10:37]
İldə 4 dəfə sosial müavinət alacaqlar...
Yeganə BAYRAMOVA
“Sosial müavinətlər haqqında” qanuna təklif edilən düzəlişlər Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsində müzakirə olunaraq plenar iclasa tövsiyə olunub. Dəyişikliklərə əsasən, himayədar ailəyə verilmiş uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə aylıq müavinətlər ödəniləcək.
Bu müavinət himayədar valideynlərlə dövlət qurumu arasında uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın himayədar ailəyə verilməsinə dair müqavilə bağlanıldıqdan sonra ödəniləcək. Müavinətin məbləği dəyişikliklərin qəbulundan sonra müəyyənləşəcək.
Digər dəyişikliyə əsasən, həmin uşaqlara mövsümi geyim alınması üçün birdəfəlik müavinətlər də ödəniləcək. Bu zaman da oxşar müqavilənin bağlanması əsas şərtdir. Müavinət müqavilə bağlanıldıqdan sonra ildə 4 dəfə (mart, iyun, sentyabr və dekabr aylarında) ödənilməklə, həmin müqavilənin qüvvədə olduğu müddətə təyin edilir”.
Dövlətin bu sahədəki siyasətini “Yeni Azərbaycan”a şərh edən millət vəkili Elman Məmmədov bildirib ki, dəyişikliklərin məqsədi uşaqları himayəyə götürən ailələrin sosial vəziyyətini daha da yaxşılaşdırmaq və kimsəsiz uşaqların ailələrdə böyüməsini stimullaşdırmaqdır. Onun sözlərinə görə, Azərbaycan dövləti vətəndaşlarının təhlükəsizliyini və sosial rifahını qorumaq üçün bütün lazımi tədbirləri görür:
“Bu məsələ hər zaman Prezident İlham Əliyevin diqqətində olub. Ölkə başçısı daima yaşlı, tənha insanlara qayğı ilə yanaşıb, aztəminatlı ailələrə sosial yardımların edilməsi üçün lazımi göstərişlər verib, onların problemlərinin həllinə çalışıb. Bu kateqoriyadan olan insanlar həmçinin Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da diqqətində olub”.
Parlament üzvü qeyd edib ki, İlham Əliyevin rəhbərliyi ilə son illərdə Azərbaycanda həyata keçirilən sosial siyasət ölkəmizdə qayğıya ehtiyacı olan bütün insanları əhatə edir: “Bu baxımdan, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, məcburi köçkünlərə, aztəminatlı ailələrə və sosial qayğıya ehtiyacı olan digər şəxslərə göstərilən diqqət xüsusi önəm kəsb edir. Onu da xüsusi olaraq vurğulamaq yerinə düşər ki, bir zamanlar pandemiyanın ölkəmizdə yaratdığı çətinliklərə baxmayaraq, Azərbaycanda həyata keçirilən sosial siyasətin prioritetləri dəyişməz olaraq qalır. Təsadüfi deyil ki, ölkəmizdə sosial-iqtisadi vəziyyətlə bağlı görülən işlərdə dövlət başçısı İlham Əliyev bir daha əhalinin məşğulluğu və sosial rifahına dəstək tədbirlərinin davam etdirilməsinin vacibliyini vurğulayıb”.
“Sosial müavinətlər haqqında” qanuna edilən dəyişikliklər də təqdirəlayiqdir. Himayəsinə uşaq götürən ailələrə ildə 4 dəfə müavinətlərin verilməsi ölkə başçısının yürütdüyü sosial siyasətin əsas hissələrindən birini təşkil edir. Bütün bunların hər biri Azərbaycan xalqına göstərilən diqqət və qayğının əsas təzahürüdür” - deyə E.Məmmədov əlavə edib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15

