Heydər Əliyev Bilkent universitetinə niyə gəlmişdi?
28.04.2023 [11:19]
Bilkent Universitetinin rektoru: Heydər Əliyevin universitetimizdə İhsan Doğramacıya ucaltdırdığı heykəl bizim üçün ən böyük dəyərdir
“2023-cü il bizim üçün mühüm olan iki hadisəyə təsadüf edir. Bu il bir əsrdir ki, Osmanlı dövlətinin yerinə qüdrətli Türkiyə Cümhuriyyəti qurulub. İkinci önəmli hadisə də odur ki, Azərbaycanın qurucu liderlərindən biri Heydər Əliyev anadan olub”. Bu fikirləri “Yeni Azərbaycan” qəzetinin Türkiyə bürosuna Ankaradakı İhsan Doğramacı adına Bilkent Universitetinin rektoru, professor Abdurrahman Kürşat Aydoğan bildirib.
Rektor Türkiyə Cümhuriyyətinin qurulduğu 1923-cü ildə Heydər Əliyevin anadan olmasını “xoş təsadüf” adlandırıb: “Bundan 100 il öncə Osmanlı küllərindən Türkiyə doğuldu. Eyni ildə Azərbaycan Respublikasının lideri Heydər Əliyev doğulması xoş bir təsadüfdür. Bu təsadüf də bir zərurət yaradıb ki, hər iki qurucu liderin atdığı möhkəm təməllər sayəsində iki qüdrətli türk dövləti sarsılmaz qardaşlıq münasibətini bütün dünyaya nümayiş etdirir”.
Abdurrahman Kürşat Aydoğan Azərbaycana ilk dəfə 1992-ci ildə yeni müstəqillik qazandığında getdiyini bildirərək qeyd edib ki, 30 il sonra 2022-ci ildə Azərbaycana səfər edib, ölkədə xeyli inkişafa, tərərqqiyə şahid olub: “Gördüyüm mənzərəyə inanmadım. Həqiqətən qürur duydum. Əlbəttə bütün bunların arxasında güclü lider dayanır.
Heydər Əliyevin türk dünyası və ölkəsi üçün reallaşdırdığı bir çox böyük layihələri var. Amma məncə, Heydər Əliyevin ən dəyərli projesi dövlət adamı olaraq yetişdirdiyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir”.
Rektor Bilkent Universitetində Heydər Əliyevlə bağlı özəl bir xatirəni də bölüşüb: “Heydər Əliyevin universitetin qurucusu İhsan Doğramacı ilə yaxın dostluq münasibəti olub. Türkiyəyə hər gəldiyində universitetimizi ziyarət edərdi. Bir dəfə azərbaycanlı heykəltaraş Ömər Eldarova İhsan Doğramacının heykəlini düzəltdirib. Heykəli Ankaraya göndərib və deyib ki, heykəl universitetin layiqli bir yerində yer tutsun.
İhsan Doğramacı da heykələ baxır, bu sənət əsərinə heyran olur, sağlığında yox, o, həyatda olmayanda bu heykəlin qoyulmasını vəsiyyət edir. Heykəli münasib bir yerdə saxlayır. Heydər Əliyev heykəlin durumu ilə maraqlananda məlum olur ki, İhsan Doğramacı heykəli universitetdə müvafiq bir yerdə yerləşdirməyib. Heydər Əliyev prinsipiallıq nümayiş etdirir və deyir ki, bunun üçün Ankaraya gələcək.
26 iyun 2002-ci ildə Heydər Əliyev Bilkent Universitetinə gəldi və 3 metrəlik heykəl? universitetimizin həyətində ən görkəmli yerində yerləşdirtdi. Bu heykəl universitetimiz üçün ən dəyərli bir xairədir. Onu da bildirim ki, universitetimiz tərəfindən Heydər Əliyevə fəxri doktor adı da verilib”.
Sevil Hilalqızı Ünal,
Ankara
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15

