Yaddaşımızda əbədi yaşayan Liderimiz
10.05.2023 [10:54]
Hər bir tarixi hadisənin aparıcı qüvvəsi xalqdır. Xalqın istəyini reallaşdıran, arzularını gerçəkləşdirmək gücünə malik şəxsiyyət isə xalqın lideridir. Əbəs deyil ki, millətlərin və xalqların taleyində həlledici rol oynayan, xalqını və dövlətini xilas edən, millətini millətlər içində tanıdan liderlərin adı tarixin yaddaşında əbədi yaşayır. Tanrının seçilmiş bəndələri olan şəxsiyyətlər Ümummilli Lider, Böyük öndər, dahi, müdrik siyasətçi, millətin atası kimi statuslar qazanırlar: Ulu öndər, görkəmli dövlət xadimi və böyük strateq Heydər Əlirza oğlu Əliyev kimi!
Məlum olduğu kimi, 2023-cü il Azərbaycan xalqının Ümummilli Lideri, müasir Azərbaycan dövlətinin banisi, dünya şöhrətli siyasi və dövlət xadimi Heydər Əliyevin ilidir. Böyük Öndərin anadan olmasının 100 illik yubileyi münasibətilə ölkəmizdə “Heydər Əliyev İli” dövlət səviyyəsində qeyd olunur. Əlbəttə, bu tarixi hadisəni şərtləndirən ölkə, dövlət əhəmiyyətli amillər mövcuddur.
Qüdrətli şəxsiyyətin istər Azərbaycana rəhbərliyinin birinci dövrünə, istərsə də ötən əsrin 90-cı illərindəki fəaliyyətinə nəzər salanda onun Vətən, Torpaq, Azərbaycançılıq ideologiyası naminə göstərdiyi misilsiz xidmətlərinin, fədakarlığının, həyata keçirdiyi fundamental daxili və xarici siyasətin şahidi oluruq:
- Ulu öndərin yenidən hakimiyyətə qayıdışı Azərbaycanı parçalanmaq, dağılmaq təhlükəsindən xilas etdi
- Uzaqgörən siyasəti ilə Azərbaycanın müstəqilliyinin qorunması kimi taleyüklü məsələni kökündən həll etdi
- Ölkəmizdə həyata keçirilən quruculuq işləri, neft sənayesinin inkişafı, sosial-iqtisadi strategiya rifahın, tərəqqinin əsasını qoydu
- Müdrik siyasəti sayəsində mümkünsüz sayılan ən çətin layihələri həyata keçirərək sarsılmaz bünövrəyə malik bir dövlət qurdu
Bugünkü Azərbaycan dövləti həmin fundamental bünövrənin üzərində daha da güclənərək inkişaf edir, Ulu Öndərin dediyi kimi, "Azərbaycan dünyaya günəş kimi doğur".
Dünyanın nüfuzlu siyasətçilərinin Ümummilli Lider Heydər Əliyevi tarixi şəxsiyyətlərlə bir sırada şərh etməsi Heydər Əliyev şəxsiyyətinə beynəlxalq miqyasda verilən qiymətdir. Lakin ona ən böyük qiyməti, yolunda canını fəda etdiyi Azərbaycan xalqı və dövləti verdi: Ümummilli Lider, Ulu Öndər!
Yuxarıda qeyd olunduğu kimi, bu gün hansı sahədən, hansı uğurdan, hansı zəfərdən danışsaq, orda Heydər Əliyev izi, Heydər Əliyev siyasətinin bəhrəsi var. Azərbaycan adının dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üzbəüz qalanda, Heydər Əliyev xalqın israrlı tələbi ilə yenidən hakimiyyətə qayıdanda DQ ərazisi erməni separatçıları tərəfindən işğal edilmiş, ölkə vətəndaş müharibəsi girdabına sürüklənmişdi. Dünya miqyasında siyasi reytinqi sıfıra bərabər olan, müstəqilliyini yenicə əldə edən bir ölkənin yalnız Heydər Əliyev kimi bir müdrik siyasətçiyə ehtiyacı vardı. Belə bir tarixi məqamda Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın böyük şansı, Tanrının xalqımıza lütfü idi. O vaxtdan başlayaraq iqtisadi və siyasi platformalarda həyata keçirilən misilsiz layihələr Azərbaycanı bugünkü durumuna addım-addım yaxınlaşdırırdı...
Heydər Əliyev Azərbaycan torpaqlarının bütövlüyünü qorumaq, milliyyətindən-dinindən, siyasi mənsubiyyətindən asılı olmayaraq Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarını təmin etmək, xalqın sosial vəziyyətini yaxşılaşdırmaq, müstəqil Azərbaycanı dünya birliyinin tam hüquqlu üzvü etmək üçün uzun və çətin bir yola çıxdı. Bunu dərk edən xalq Azərbaycan dövlətçiliyini və müstəqilliyini qorumaq üçün ən çətin məqamlarda, dövlət çevrilişinə edilən cəhdlər zamanı öz liderinin çağırışına səs verib, dövlət-xalq həmrəyliyini qorudu, müdafiə etdi. 30 ilə yaxın keçən bu zaman kəsiyində qazanılan və qorunan hər bir dəyər birmənalı şəkildə əbədiyaşar liderimizin adı ilə bağlıdır. Xalqımız xoşbəxtdir ki, onun Heydər Əliyev kimi Ulu Öndəri, dünya ictimaiyyətinin hörmətlə yanaşdığı və qəbul etdiyi ümummilli lideri var. Hər birimiz dərk edirik ki, müstəqil Azərbaycan dövləti adı tariximizə qızıl hərflərlə həkk olunmuş Heydər Əliyevin şah əsəridir. Şübhəsiz ki, xalq öz liderini tarixində və qəlbində əbədi yaşadacaq. Azərbaycan və Heydər Əliyevin adı əsrlər boyu qoşa səslənəcəkdir.
Tarix uzaqlaşdıqca biz Heydər Əliyev dühasının əzəmətini, onun şəxsiyyətinin böyüklüyünü daha aydın dərk edirik. Əslində bu qeyri-adi şəxsiyyət misilsiz xidmətləri ilə hər zaman bizim əhatəmizdədir. Çünki Ulu Öndərin layiqli davamçısı prezident İlham Əliyev, Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycanı məhz onun miras qoyduğu dövlətçilik prinsipləri ilə idarə edir, onun həyata keçirə bilmədiyi idealları tarixə çevirir.
Fakt: Ulu Öndərin davamçısı 44 günlük savaşda Azərbaycan tarixinə ZƏFƏR yazdı. Tarixə qızıl hərflərlə yazılmış bu ZƏFƏR xalqın yaddaşında əbədi iz qoydu. Ulu Öndərin layiqli davamçısı, Azərbaycan Respublikasının prezidenti, dünya azərbaycanlılarının lideri, qalib Sərkərdə, Ali Baş Komandan İlham Əliyevin ötən ilin sentyabrında “Heydər Əliyev ili”ylə bağlı imzaladığı sərəncam həm də şərti xarakter daşıyır. Çünki ölməz liderin ideyaları və əməlləri hər hansı bir məhdudiyyət tanımır. Onun zamanı əbədiyyətə qədər davam edəcək. Necə ki, Ümummilli Liderimiz özü də buna inanır və deyirdi: "Mən Azərbaycanda əbədi olacağam".
Afət Həsənova
Tibb üzrə fəlsəfə doktoru, dosent,
Yeni Azərbaycan Partiyasının üzvü, “Tərəqqi” medallı
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

