Aİ-dən Gürcüstana növbəti xəbərdarlıq
01.06.2023 [11:20]
GÜLAY
Rusiya ilə Gürcüstan arasında birbaşa aviauçuşların bərpa edilməsi Qərb dövlətləri tərəfindən narahatlıqla qarşılanır. Bir müddət öncə ABŞ Dövlət Departamenti bu məsələ ilə bağlı Gürcüstanın bəzi şirkətlərinin sanksiyalara məruz qalacağını bildirmişdi. ABŞ-la eyni narahatlığı Avropa İttifaqı da bölüşür. Belə ki, Avropa İttifaqına üzv 27 dövlətin səfirləri və təşkilatın Gürcüstandakı səfiri Pavel Qerçinski bazar ertəsi Gürcüstanın baş nazirinin müavini, iqtisadiyyat naziri Levan Davitaşvili ilə görüşərək Tbilisi ilə Moskva arasında birbaşa uçuşların bərpası ilə bağlı xəbərdarlıq ediblər. “Biz Davitaşviliyə bildirdik ki, Gürcüstan hökumətinin Rusiyaya birbaşa uçuşları bərpa etmək qərarından təəssüflənirik. Bu qərar Aİ-nin 27 üzvünün Rusiyaya birbaşa uçuşlar həyata keçirməmək və Rusiya təyyarələrinin Aİ-yə üzv dövlətlərin ərazisi üzərində uçmasına icazə verməmək barədə yekdil qərarına ziddir”, - deyə səfir Qerçinski jurnalistlərə bildirib. Diplomat vurğulayıb ki, uçuşların bərpası ilə bağlı qərar Rusiya tərəfindən verilsə də, bunun üçün Gürcüstan hökumətinin də razılığı lazımdır: “Biz, həmçinin narahatlığımızı bildirdik ki, bu qərar Rusiyanı təcrid etmək və Rusiyaya Ukraynada hələ də davam edən qəddar, təcavüzkar müharibə ilə bağlı hərəkətlərini dəyişmək üçün təzyiq etmək əzmimizə ziddir”.
Gürcüstanın baş nazirinin müavini də öz növbəsində avropalı səfirləri əmin edib ki, Aİ-nin sanksiyaları altında olan şirkətlər uçuşlar həyata keçirməyəcək və ölkəyə gələn rusiyalılar diqqətlə yoxlanılacaqlar.
Bəs, Gürcüstanın qəti qərarından dönməməsinin səbəbi nədir? Baş nazirin müavini Davitaşvilinin vədləri Aİ-ni qane edəcəkmi? Xatırladaq ki, aprelin sonlarında Rusiya Prezidenti Vladimir Putinin imzaladığı fərmana görə, 15 maydan etibarən Gürcüstanla viza rejimi ləğv edilmişdi. Həmin tarixdən iki ölkə vətəndaşları arasında gediş-gəliş asanlaşıb. Gürcüstan xarici işlər naziri İlya Darçiaşvilinin sözlərinə görə, Rusiya Federasiyasında bir milyondan çox Gürcüstan vətəndaşı yaşayır: “Qərar vətəndaşlarımızın gündəlik həyatını asanlaşdıracaq”. Lakin Gürcüstan Prezidenti Salome Zurabişvili Rusiyadan Gürcüstana birbaşa viza rejiminin ləğvini “ölkəsinə qarşı növbəti təxribat” adlandırmışdı: “Rusiya Ukraynaya qarşı təcavüzünü davam etdirdiyi və ərazimizi işğal etdiyi müddətdə Gürcüstanla birbaşa uçuşların bərpası və viza rejiminin ləğvi qəbuledilməzdir”. Bununla yanaşı, ABŞ da Rusiyanın bu qərarının Gürcüstanda vəziyyətin gərginləşdirilməsinə xidmət etdiyinə inandığını bəyan etmişdi.
Bu dəfə isə Aİ-nin xəbərdarlıq etməsi tərəflər arasında vəziyyətin bir qədər soyuqlaşmasına səbəb oldu. Xəbərdarlıqlara baxmayaraq, Rusiyanın müvafiq qərarının təsiri ilə uçuşları bərpa edən Gürcüstan, Avropa İttifaqının sanksiyaları altında olan şirkətlərlə uçuşların həyata keçirilib-keçirilməyəcəyi suallar doğurur. Hazırki gedişatda Aİ-nin bu qərardan qane olmayacağını nəzərə alaraq, təşkilatın Gürcüstandakı vəziyyəti daim diqqət mərkəzində saxlayacağı şübhəsizdir. Və kiçik bir yanlışda təkcə etirazını bildirməklə qalmayıb, Tbilisiyə qarşı ciddi sanksiyalar tətbiq edəcəyi istisna deyil.
Xatırladaq ki, iki ölkə arasındakı uçuşlar 2019-cu ildə Rusiya tərəfindən təktərəfli qaydada dayandırılmışdı. Buna səbəb isə Rusiya Dövlət Dumasının deputatı Sergey Qavrilovun Gürcüstan Parlamentinə getməsindən sonra Tbilisidə baş verən kütləvi etirazlar idi. Hadisələrin gedişatının bundan sonra necə davam edəcəyini isə zaman göstərəcək.
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59

