Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / ABŞ Azərbaycanın yaşıl enerjinin inkişafı sahəsində fəaliyyətini müsbət qiymətləndirir

ABŞ Azərbaycanın yaşıl enerjinin inkişafı sahəsində fəaliyyətini müsbət qiymətləndirir

01.06.2023 [20:32]

ABŞ Azərbaycanın yaşıl enerjinin inkişafı sahəsində fəaliyyətini müsbət qiymətləndirir.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ Dövlət katibinin enerji ehtiyatları üzrə köməkçisi Cefri Pyatt söyləyib. 

“ABŞ-da yaşıl hidrogen sahəsində irimiqyaslı layihələr həyata keçirilir. Səfər zamanı mənə Azərbaycanın külək enerjisinin və yaşıl enerjinin digər növləri üzrə imkanları barədə məlumat verildi”, - deyə Cefri Pyatt bildirib.

Onun sözlərinə görə, ABŞ şirkətləri bu sahədə liderdir və onların təcrübələrindən və texnologiyalarından Azərbaycanda da istifadə oluna bilər: “Azərbaycanın bu istiqamətdə fəaliyyətini çox müsbət qiymətləndiririk. Yaxın 50 ildə dünyanın enerji sistemləri çox dəyişəcək və bu, Azərbaycan üçün çox vacib məsələdir”.

Paylaş:
Baxılıb: 539 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31