Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Azərbaycanda küçə yeməkləri ilə bağlı konsepsiya hazırlanır

Azərbaycanda küçə yeməkləri ilə bağlı konsepsiya hazırlanır

06.06.2023 [12:06]

Azərbaycanda “Street food” konsepsiyası üzərində iş gedir.

Bunu Bakıda keçirilən “Azərbaycanın qastroturizm perspektivləri” mövzusunda tədbirdə Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova bildirib.

Onun sözlərinə görə, söhbət əsasən qutab növlərindən gedir. “Ölkəmizdə daha çox Türkiyə mətbəxinə məxsus dönər və lahmacun “Street food” kimi tanınır. Amma biz istəyirik ki, özümüzün milli yeməklərimizi təqdim edək. Bu da əsasən qutab növləri ilə bağlı olacaq. Həmçinin biz Türkiyə, İsrail kimi dost ölkələrdə milli qutab mərkəzlərinin fəaliyyət göstərməsini istəyirik. Hələ ki, milli mətbəximizin ölkəmizdə təbliği məqsədilə 14 müxtəlif regionda iş aparmışıq və tezliklə platforma təqdim edəcəyik”, - deyə turizm rəsmisi əlavə edib.

Paylaş:
Baxılıb: 547 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Analitik

Ədəbiyyat

Ədəbiyyat

Nənəyə məktub

25 İyul 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 İyul 08:37  

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31