Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / ABŞ britaniyalı “baş katib”ə “hə” deyəcəkmi?

ABŞ britaniyalı “baş katib”ə “hə” deyəcəkmi?

06.06.2023 [11:45]

Bu arada artıq Alyansa rəhbərlik etmək uğrunda mübarizəyə qoşulacaq namizədlərin adları yavaş-yavaş bəlli olur. Belə ki, Böyük Britaniyanın müdafiə naziri Ben Uolles NATO-nun yeni baş katibi vəzifəsinə namizədliyini irəli sürəcək. Bu barədə Böyük Britaniyanın baş naziri Rişi Sunak ABŞ-a gözlənilən səfəri zamanı ABŞ prezidenti Co Baydendən Ben Uollesin NATO-nun yeni baş katibi vəzifəsinə namizədliyini dəstəkləməsini xahiş edəcək. Rişi Sunak bu həftə Vaşinqtona səfərindən Co Baydeni Böyük Britaniyanın müdafiə nazirini NATO-nun yüksək vəzifəsində dəstəkləməyə inandıracaq. Böyük Britaniyanın baş naziri bu mövzunu bu yaxınlarda Xirosimada keçirilən “Böyük Yeddilik” ölkələri liderlərinin görüşü çərçivəsində qaldırıb.

Qeyd edək ki, Stoltenberqi kimin əvəz edəcəyi olduqca böyük maraq kəsb edir və bununla bağlı artıq bir ildir ki, müzakirələr səngimir. Bu dəfə Alyansın baş katibi postuna Aralıq dənizi regionu dövlətlərindən birinin nümayəndəsi təyin edilməlidir - İspaniya və Portuqaliyanın bu siyahıda olmadığını nəzərə alsaq, növbəlilik prinsipi ilə əsas diqqət İtaliyaya tuşlanırdı. Amma bu posta seçkilər sentyabrda keçiriləcək və bu baxımdan bir sıra amillər mütləq şəkildə nəzərə alınmadlıdır:

- həmin dövrə qədər dünya nizamında baş verəcək və ya baş verməsi proqnozlaşdırılan proseslərin inkişafı;

- Rusiya-Ukrayna müharibəsinin nəticələri;

- Alyansın genişlənmə planlarının irəliləmə trayektoriyası - Finlandiyanın ardından İsveçin də bu statusu alması hələ də sual altındadır;

- Ən əsası isə yeni və daha qlobal xarakterli müharibələr.

Beləliklə, Stoltenberqin vəzifədə olduğu dövrün də gərgin hadisələrlə müşayiət olunduğunu nəzərə alsaq, yeni dövr üçün bir sıra proqnozlar səsləndirmək olar. Bu dövr ərzində istər Yaxın Şərqdə baş verənlər, istər Avropadakı fikir ayrılıqları, istərsə də Rusiya - NATO münasibətləri əsas aktuallığı daşıyacaq. Avropanın daxili davranışları da bu məsələdə böyük əhəmiyyətə malik olacaq. Yəni, anqlosakson ittifaqı ilə avrosentristlərin mübarizəsinin qarşıdakı mərhələdə hansı səviyyəyə qalxacağını indidlən proqnozlaşdırmaq mümkün deyil - beləliklə, ABŞ-ın Mərkəzi Avropadan olan namizədə “hə” deyəcəyini gözləmək inandırıcı sayıla bilməz. Əksinə, Qərbi Avropa, konkret olaraq Britaniya nümayəndəsi Vaşinqton üçün daha məqbul sayılacaq.

Sadiq

Paylaş:
Baxılıb: 549 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31