Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Torpaqların bütün növ tullantılarla çirkləndirilməsinə görə cərimə tətbiq olunacaq

Torpaqların bütün növ tullantılarla çirkləndirilməsinə görə cərimə tətbiq olunacaq

06.06.2023 [13:59]

Azərbaycanda torpaqların bütün növ tullantılarla çirkləndirilməsinə görə cərimə tətbiq olunacaq.

Bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi I oxunuşda müzakirəyə çıxarılıb.

Əgər hazırda torpaqların yalnız istehsalat və məişət tullantıları ilə çirkləndirilməsinə görə cərimələr nəzərdə tutulursa, təklif olunan dəyişikliklə bütün növ tullantılarla çirkləndirməyə, o cümlədən kimyəvi, çirkab suları ilə çirkləndirməyə, bakterial-parazitik və zərərli karantin orqanizmləri ilə yoluxdurmaya görə fizki şəxslər 500-800 manat, vəzifəli şəxslər 2 000- 2500 manat, hüquqi şəxslər isə 7 500 - 10 000 manat cərimə ödəməli olacaqlar.

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

Günel ABBAS

Paylaş:
Baxılıb: 515 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31