Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Tokayev iyunun 12-ni milli matəm günü elan edib

Tokayev iyunun 12-ni milli matəm günü elan edib

11.06.2023 [13:22]

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev iyunun 12-ni ümummilli matəm günü elan edib.

Bu barədə  Qazaxıstan mətbuatına istinadən xəbər verir.

Dövlət başçısı Abay rayonuna səfər edib, burada Semey Ormanı təbiət qoruğunda baş vermiş irimiqyaslı yanğın nəticəsində həlak olan meşə təsərrüfatı işçilərinin ailələrinə və yaxınlarına başsağlığı verib.

Xatırladaq ki, Batpaevski meşə təsərrüfatının ərazisində ilkin olaraq 0,3 hektar sahədə ağaclar yanıb. Yanğının söndürülməsi üçün helikopter gətirilib. Bundan başqa, meşə yanğınının söndürülməsinə üç rayondan xilasedicilər göndərilib. İlkin yanğın sahəsi artıq 60 min hektardan çoxdur.

“Kazinform” agentliyi xəbər verir ki, yanğın nəticəsində 14 nəfər ölüb.

Paylaş:
Baxılıb: 536 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Analitik

Ədəbiyyat

Ədəbiyyat

Nənəyə məktub

25 İyul 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 İyul 08:37  

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31